Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib
30.01.2014 [09:57]
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərinə səfəri zamanı Pakistanın Xayber Paxtunxva əyalətinin qubernatoru Şövkatullah Xan ilə görüşüb.
Görüşdə səfir Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. D.Şikarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq edib.
Söhbət zamanı səfir Azərbaycanda gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar haqqında məlumat verib, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Diplomat iqtisadi əlaqələrin daha da inkişafı üçün birbaşa uçuşların bərpa edilməsinin, iş adamları arasında əlaqələr yaradılmasının, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Şövkatullah Xan əyalətdə yaşayan xalqların azərbaycanlılarla oxşar mədəniyyət və adət-ənənələrə malik olduqlarını qeyd edib, Pakistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin önəmindən danışıb.
Qubernator Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini deyib, rəsmi Bakının da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Ş.Xan əyalətdə həyata keçirilən investisiya layihələri haqqında məlumat verib, Azərbaycan iş adamlarını həmin layihələrdə iştiraka dəvət edib. Xayber Paxtunxvada zəngin kömür, xrom, mis, mərmər yataqlarının olduğunu bildirən qubernator bu təbii sərvətləri Azərbaycan tərəfi ilə birgə istehsal etməyə hazır olduqlarını deyib.
Qubernator, həmçinin 2005-ci ildə əyalətdə baş vermiş zəlzələ zamanı azərbaycanlı xilasedicilərin və həkimlərin fəaliyyətini yüksək qiymətləndirib, bunun qardaşlıq rəmzi olduğunu vurğulayıb, yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
Ş.Xan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xeybər Paxtunxva əyalətinin müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, bu kimi layihələrin həyata keçirilməsi iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

