Azərbaycanda internet azaddır
31.01.2014 [10:26]
AŞ PA-nın qış sessiyasında “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” adlı hesabat müzakirə olunub
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında “İnternet və siyasət: yeni informasiya və kommunikasiya texnologiyalarının demokratiyaya təsiri” adlı hesabatın müzakirəsi zamanı Azərbaycanda internetin azad olduğu və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığı diqqətə çatdırılıb. Mövzu ətrafında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qeyd edib ki, qlobal şəbəkə dövlət orqanları və vətəndaşlar arasında real vaxtda sabit ictimai-siyasi fikir mübadiləsini təmin edir. Onun sözlərinə görə, elektron hökumətin yaradılması insanlar və hökumət arasında daha güclü, daha şəffaf və daha asan əlaqələrin qurulmasında böyük bir töhfədir. İnternet vasitəsi ilə gənclər siyasi liderlər, siyasi partiya və bloklar, onların platforması haqqında məlumat əldə edir və bu onların əsas informasiya mənbələrindən birinə çevrilir. Bununla yanaşı gənclərin dünyagörüşünə bəzi internet resurslarının mənfi təşiri də müşahidə olunur. Millət vəkili çıxışında Azərbaycanda internetin azad olduğunu da diqqətə çatdırıb. “Müasir dünyada internet demokratiyanın, söz və ifadə azadlığının göstəricisidir. Azərbaycanda internet azaddır. Bu gün əhalinin təxminən 65 faizi internet istifadəçisidir. İstər bloqqerlər, istər media nümayəndələri internet vasitəsilə öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Hər bir ölkədə olduğu kimi, sosial şəbəkə həyatımızın ayrılmaz hissəsinə çevrilib” - deyə, S.Fətəliyeva bildirib. O, əlavə edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı ölkədə və dünyada gedən bütün siyası proseslərə öz münasibətini azad şəkildə sosial şəbəkə vasitəsilə bildirir və fikir mübadiləsi aparır. “Lakin unutmamalıyıq ki, bizim şəxsi baxışlarımız və mövqeyimiz, kiminsə tərəfindən təqdim olunan, bəzən qərəzli, düzgün interpretasiya olunmayan və qeyri-konstruktiv məlumatlar əsasında yox, real hadisələr və proseslər əsasında qurulmalıdır” - deyə, nümayəndə heyətinin üzvü, qeyd edib.
Hesabat ətrafında çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova internetin müasir cəmiyyətdə xüsusi rolunu vurğulayıb və hazırda internetin kütləvi informasiya vasitələri arasında geniş yayılan informasiya vasitəsi olduğunu qeyd edib. S.Qafarova internet resuslarının son 10 ildə Azərbaycanda sürətli inkişaf yolu keçdiyini xatırladıb və ölkəmizdə internetə çıxışa və ondan istifadəyə heç bir məhdudiyyət qoyulmadığını diqqətə çatdırıb. “İfadə azadlığı, plüralizm və cəmiyyətin inkişafı üçün vacib olan digər şərtlər obyektiv məlumatın əldə edilməsində, tam demokratik idarəçiliyə nail olmaqda mühüm amillərdir. Vətəndaş cəmiyyətinin inkişafında və demokratik sistemlərin tərəqqisində internetdən və sosial şəbəkələrdən lazımınca istifadə vacibdir” - deyə, S.Qafarova bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

