/ / Vüqar Əliyev: Dövlət siyasətinin prioritetlərindən biri də informasiyanın azad dövriyyəsinin təmin edilməsidir
Vüqar Əliyev: Dövlət siyasətinin prioritetlərindən biri də informasiyanın azad dövriyyəsinin təmin edilməsidir
05.02.2014 [09:21]
Qarşıda duran vəzifələrdən biri də onlayn informasiya təhlükəsizliyini təmin etməkdir. Qloballaşan dünyada internet mediasının rolu artır. Trend-in məlumatına görə, bunu dünən Azərbaycan İnternet Forumu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “İnternet-medianın informasiya təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.
V.Əliyev bildirib ki, ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini keçib.
Onun sözlərinə görə, internet informasiya sektorunun sürətlə inkişaf edən sahəsidir: “Dövlət siyasətinin prioritetlərindən biri də məhz informasiyanın azad dövriyyəsinin təmin edilməsi, bu prosesin əsas instrumenti kimi KİV-in sərbəst fəaliyyətinə zəruri şəraitin yaradılmasıdır”.
Sektor müdiri qeyd edib ki, son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb.
O bildirib ki, bu gün Azərbaycanda siyasi, iqtisadi, sosial, mədəni və digər sahələri əhatə edən 300-ə yaxın aktiv portal, xəbər saytı və internet informasiya resursu fəaliyyət göstərir: “Qarşıda duran vəzifələrdən biri bütövlükdə dövlətin informasiya təhlükəsizliyinin, eləcə də milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsidir”.
V.Əliyev vurğulayıb ki, milli internet məkanının, onlayn medianın təhlükəsizliyinin təmin edilməsi bilavasitə dövlətin informasiya təhlükəsizliyinin tərkib hissəsidir: “Çünki hazırda dünya siyasətində aparıcı yer tutan dövlətlər deyil, inkişaf etməkdə olan ölkələr də daxili və xarici siyasətlərinin öncül istiqamətlərini toplanmış və təhlil edilmiş informasiya əsasında müəyyənləşdirirlər”.
Onun sözlərinə görə, həqiqi məlumatların vaxtında verilməsi daxili və xarici siyasət məsələləri ilə bağlı operativ qərarların qəbuluna təsir göstərir: “Belə olduqda milli KİV-lərin, onlayn medianın təhlükəsiz şəraitdə funksionallığının təmin edilməsi dövlət üçün böyük əhəmiyyət kəsb edir, onun təhlükəsizliyinin vacib elementi qismində çıxış edir. İnformasiya təhlükəsizliyi yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Biz azad cəmiyyətdə yaşayırıq, heç kim medianın informasiya yaymaq hüququnu məhdudlaşdıra bilməz. Lakin bu, heç də medianın məsuliyyətdən kənarda qalması kimi anlaşılmamalıdır. Dövlət media üçün təhlükəsiz şərait yaratdığı kimi, media da dövlətin təhlükəsizliyi, ümummilli məsələləri daim diqqətdə saxlamalıdır. Bəzən hansısa yoxlanılmamış, qərəzli, yaxud sifariş xarakterli informasiyalar ölkədə gedən proseslərin, konkret hadisələrin mahiyyətini təhrif edir, ictimaiyyəti çaşdırmağa xidmət göstərir. Bəzi hallarda isə bu, dövlətlərarası münasibətlərə mənfi təsir edir, əlaqələrə zərbə vurur. Bu məsələ Azərbaycan kimi müharibə şəraitində yaşayan, ərazisi işğal olunan ölkələr üçün daha çox aktualdır. Deməli, həm dövlətin informasiya təhlükəsizliyi, həm də onlayn medianın təhlükəsiz mühitdə fəaliyyəti dövlət və medianın, bütövlükdə isə bütün cəmiyyətin birgə səyi nəticəsində əmələ gələn məsələdir”.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40

