Milli-mənəvi dəyərlərimiz və mədəniyyətimiz daim dövlət tərəfindən himayə edilir
05.02.2014 [09:33]
Prezident İlham Əliyev: Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır
Məlum olduğu kimi, bu günlərdə Bakıda Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəstəkar və pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin abidəsinin açılışı olub. Açılışda iştirak edən Prezident İlham Əliyev çıxışında ölkədə mədəniyyət sahələrinin qorunmasına və inkişafına dəstək verildiyini bildirib: “Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir”.
Şübhəsiz, Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan yenidənqurma və inkişaf fonunda mədəniyyət sahəsindəki müsbət dəyişikliklər diqqəti cəlb edir. Qədim və zəngin mədəniyyətə sahib olan ölkəmizdə mədəniyyət və incəsənət sahələrinin müasir zamanın tələblərinə uyğun şəkildə inkişaf etməsinin təmin olunması məqsədilə görülən işlər təqdirəlayiqdir.
Ümumiyyətlə, Azərbaycanda mədəniyyətin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin söylədiyi “Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir” müdrik kəlamı bu sahədə görülən işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoyur. Eyni zamanda, Ulu öndərin kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində son 10 ildə Azərbaycan mədəniyyəti özünün yüksəliş dövrünü yaşayıb, təkrarsız milli mədəni sərvətlərimizin dünyada təbliği indiyədək görünməmiş zirvəyə yüksəlib.
Milli mədəniyyətin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Sözügedən mərasimdə çıxışı zamanı dövlət başçısı qeyd edib ki, biz uzun illər, əsrlər boyu müstəqillikdən məhrum idik: “Ancaq müstəqilliyə olan sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi qorudu və bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir”.
Bildiyimiz kimi, Azərbaycan özünəməxsus qədim maddi və mənəvi irsi, mədəni dəyərləri olan bir ölkədir. Müxtəlif tarixi şəraitlərlə üzləşən Azərbaycan xalqı məhz ana dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də, milli-mənəvi dəyərlərinə bağlılığı sayəsində bu günədək özünün milli identikliyini, özünəməxsusluğunu qoruyub saxlaya bilib. Bunun nəticəsidir ki, xalqımız tərəfindən əsrlər boyunca yaradılan və yaşadılan milli-mənəvi irsimizin böyük bir hissəsi bu gün cəmiyyət həyatının müxtəlif sferalarında qorunub saxlanılır və dövlətin siyasətində də əksini tapır.
Bu gün Azərbaycanın timsalında milli dəyərlərə söykənən dövlət quruculuğunun şahidi oluruq. Hələ 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi həyata keçirdiyi quruculuq siyasəti ilə xalqın milli mənəviyyatına əsaslanan milli dövlətin təməlini qoydu. Azərbaycan xalqına məxsus dəyərlər ölkə qanunvericiliyində, hüquqi sferada, ilk növbədə, Konstitusiyamızda əksini tapdı, ana dilinə hörmət, tolerantlıq, mədəniyyətin qorunması kimi məsələlər müvafiq hüquqi sənədlərdə təsbit olundu. Xalqımızın vətənpərvərlik, adət-ənənələrə bağlılıq, humanizm, dözümlülük kimi mənəvi dəyərlərini özündə cəmləşdirən azərbaycançılıq ideologiyası milli birliyi təmin edən mühüm vasitəyə çevrildi.
Müsbət haldır ki, Azərbaycan bu gün də bu yolda irəliləyir. Milli-mənəvi dəyərlərə bağlılığın qorunub saxlanması Prezident İlham Əliyevin daim diqqətindədir. Son illərdə istər maddi, istərsə də mənəvi mədəniyyətimizin qorunması və yaşadılması yönündə dövlətin dəstəyi ilə xeyli işlər görülür, milli bayramlarımız dövlət səviyyəsində qeyd edilir, muzeylərimiz bərpa olunur, yeniləri yaradılır, gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi, milli dəyərlərə bağlılığının artırılması yönündə müsabiqələr, tədbirlər təşkil olunur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycandakı dövlət quruculuğu milli dəyərlərə söykənsə də, bu, heç də bəşəri dəyərlərin inkar olunması anlamına gəlmir. Çünki ilk növbədə, öz milli çalarları ilə digər xalqların mədəniyyətlərindən seçilən müasir Azərbaycan mədəniyyəti bəşəri dəyərlərlə də uzlaşır, yeni keyfiyyətlər qazanır. Bildiyimiz kimi, Azərbaycan Qərbə inteqrasiya edən bir dövlətdir və Azərbaycan cəmiyyəti də dünya mədəniyyətinə açıqdır. Müasir qloballaşma prosesinin təsirləri burada da özünü göstərir. Lakin qloballaşmanın bir parçasına çevrilmək, ümumdünya mədəniyyətinin tərkib hissəsi olmaq milli özünəməxsusluğun, milli mədəniyyətin və dəyərlərin itirilməsi ilə müşayiət olunmamalıdır. Milli şüura və milli mədəniyyətə sahib olan cəmiyyətin yetişməsi qloballaşma mühitində milli-mənəvi dəyərlərin, dövlətçiliyin əhəmiyyətini inkar edən düşüncə tərzinin yayılmasının qarşısını alır. Bu gün Azərbaycan dövlətinin bu məsələdə mövqeyi də dünya ilə harmonik inkişaf fonunda milli dəyərlərin qorunmasından ibarətdir.
Xatırladaq ki, bir müddət əvvəl, Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupunun “2013-cü ilin adamı” mükafatının təqdim olunması mərasimindəki nitqində Prezident İlham Əliyev Azərbaycanın milli əsaslarda inkişafının vacibliyini aydın ifadə edib: “Bizim cəmiyyətimiz müasirləşməlidir. Dünyada mövcud olan ən müsbət praktika Azərbaycanda tətbiq edilməlidir, əlbəttə ki, əgər bizim milli adət-ənənələrimizə zidd deyilsə”.
Həmçinin, 2013-cü il noyabrın 24-də mətbuat nümayəndələri ilə görüşündə çıxışı zamanı dövlət başçısı bu məsələ barədə fikirlərini bir daha cəmiyyətə çatdırıb. Prezident İlham Əliyev söyləyib ki, qloballaşma bir çox hallarda dünyada eyniləşmə prinsipi əsasında təsvir edilir, lakin buna yol vermək olmaz: “Biz öz milli və dini adət-ənənələrimizi qorumalıyıq, saxlamalıyıq və gələcək nəsillər, gənc nəsil də milli ruhda böyüməlidir”.
Beləliklə, mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və bəzən “əridiyi” indiki qloballaşan dünyada Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini mühafizə edərək gələcək nəslə ötürməsi həyati önəm daşıyır. Əminliklə demək olar ki, qloballaşan dünyada xaricdən gələn mədəni təsirlərə baxmayaraq, Azərbaycan xalqı bu mənəvi xüsusiyyətini bundan sonra qoruyub saxlaya biləcək. Çünki Azərbaycan dövlətçiliyi məhz bu dəyərlər üzərində qurulub və dövlətin siyasəti də milli ənənələri qorumağa yönəlib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39

