Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün dövlət tərəfindən lazımi şərait yaradılıb
06.02.2014 [09:25]
Hər bir ölkənin ictimai-siyasi, elmi-mədəni-humanitar, sosial-iqtisadi həyatında gənclər mühüm rola malik olub, potensial qüvvə kimi proseslərdə önəmli yer tutur. İstər dövlətçiliyin, istərsə də müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektual kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı, gənclərin inkişafı, gənc nəslin sağlam həyat tərzinin təşkili hər zaman dövlətin diqqət mərkəzində olub. Bu baxımdan ölkəmizdə gənclərlə iş sektorunda görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, həmçinin, onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.
Hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçirdi. 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda hökm sürən hərc-mərclik şəraitində çoxlu sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meyilləri öz əksini aydın şəkildə tapmışdı. Buna baxmayaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya qoydu. Bildiyimiz kimi, respublikamızda gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu. Azərbaycanda müasir dövlət quruculuğu prosesi məhz 1993-cü ildə Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra başlandı.
Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. O, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Gənclər Günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” Fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi Ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının bariz nümunəsi idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Onu da qeyd etmək lazımdır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Gənclər Günü Azərbaycanda qeyd olunduqdan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada isə yalnız 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.
Ulu öndərin gənclərə dövlət qayğısı siyasəti hazırda uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ümummilli liderimiz Heydər Əliyevin siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün Öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində mühüm işlər görür. Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutudur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait həyata keçirilən uğurlu işlərin nəticəsidir. Dövlət başçısının təsdiq etdiyi və gənclərin xaricdə təhsil almasına dəstək verən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Hal-hazırda bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil alır. Gəncliyin inkişafında növbəti mərhələ kimi 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq olunmasını, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasını qeyd etmək olar. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.
Respublikamızda fəaliyyət göstərən ayrı-ayrı gənclər təşkilatları, eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) il boyu gəncləri və yeniyetmələri müxtəlif layihələrə cəlb edir, onların hərtərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, gənc lider kimi formalaşmalarına kömək məqsədilə çoxsaylı tədbirlər həyata keçirir. Respublikamızın müxtəlif bölgələrində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən gənclər üçün təşkil olunan yay və qış liderlik məktəbləri bu baxımdan böyük önəm daşıyır.
Ölkəmizin aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ( YAP GB ) gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan gənclərinin xarici ölkələrdə də təşkilatlanması prosesi uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın çoxsaylı nüfuzlu beynəlxalq gənclər təşkilatlarında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilirlər. “Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı” (RAGT) isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın həm Azərbaycanda, həm də ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət öz növbəsində sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Kamil Yaqubov,
Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının Qeyri-Hökumət Təşkilatları və Məktəblərlə iş
departamentinin direktoru
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

