Müasir dövlət qulluğunda kadr siyasətinin rolu
07.02.2014 [09:03]
Müasir və güclü dövlətçilik ənənəsinin möhkəmlənməsi, səmərəli və demokratik idarəetmənin formalaşdırılması istiqamətində aparılan islahatlar insan faktoruna istiqamətlənmiş müasir dövlət qulluğunun formalaşdırılması, dövlət qulluğunun “cəmiyyətə, xalqa qulluq” mənasını qazanması ilə yanaşı, kadr siyasətinin səmərəli dövlət qulluğundakı rolunun da konkretləşdirilməsinə səbəb olmuşdur.
Kadr siyasətinin obyektiv məntiqi cəmiyyətin kadr tələbatının ödənilməsi və əmək potensialının inkişafı üçün görülən tədbirlərin koordinasiyasında təcəssüm edir. Onun məqsədi vahid dövlət siyasətinin məzmunundan, dövlətin idarəetmə formasından, icra mexanizmlərinin demokratikliyindən, dövlət qulluğunun modelindən, idarəetmənin konsepsiyasından və s. asılıdır. Kadr siyasəti kadrlarla işin təşkilinə, kadr potensialının yaradılmasına və inkişafına, kreativ kadrların formalaşdırılmasına yönələn, bu sahədə inkişafın davamlılığını şərtləndirən strateji hədəfləri müəyyənləşdirən strategiyadır. Akademik R.Mehdiyev kadr siyasətinin strateji istiqaməti barədə yazır: “Vətəndaşların öz peşə qabiliyyətlərini sərbəst surətdə inkişaf etdirmək və bundan istifadə sahəsində, insanın imkanlarını üzə çıxarmaq üçün optimal şərait yaradılması sahəsində konstitusiya təminatlarının reallaşdırılmasında dövlətin rolunu gücləndirmək Azərbaycanda kadr siyasətinin strateji istiqamətidir”. (R.Ə.Mehdiyev. XXI əsrdə milli dövlətçilik. Bakı-2003. s.157)
Kadr siyasətinin strateji istiqaməti dövlətin inkişafı üçün vacib olan kadr potensialının yaradılmasına və ondan səmərəli istifadəyə xidmət etməklə müvafiq olaraq dövlətin gücləndirilməsinə və peşəkar dövlət qulluğunun formalaşdırılmasına yönəlir. Ümumdövlət siyasətinin əsasında formalaşan, mürəkkəb struktura və obyektiv məzmuna malik olan kadr siyasəti səmərəli dövlət qulluğu üçün zəruri əhəmiyyət kəsb edir. Məhz kadrlar dövlət qulluğunun vəzifələrinin yerinə yetirilməsi üçün mühüm amildir. Dövlət qulluğunda kadr siyasəti dövlət qulluqçularının seçilməsi, yerləşdirilməsi, qiymətləndirilməsi və inkişafı sahəsində həyata keçirilən tədbirlərin sistemidir. O, dövlətin vahid siyasətinin tərkib hissəsi olub, müvafiq olaraq onun vəzifələrinin yerinə yetirilməsinə xidmət edir. Hazırda respublikamızda kadr siyasəti peşəkarlığa, müasirliyə, milli ideologiyaya və milliliklə ümumbəşəri dəyərlərin optimal vəhdətinə əsaslanır. Milli-mənəvi dəyərlərə bağlı, dövlətini və millətini sevən, yaradıcı təfəkkürlü, yüksək ixtisaslı, geniş dünyagörüşlü, peşəkar kadrların dövlət qulluğuna cəlb olunması üçün mühüm tədbirlər görülür.
Dövlət qulluğunda kadr siyasətinin strateji istiqamətindən irəli gələn vəzifələrinə kadr tələbatının planlaşdırılmasını, dövlət qulluğuna vətənpərvər, məsuliyyətli, yüksək ixtisaslı, müasir dünyagörüşlü və yeniliklərə meyilli kadrların seçilməsini və yerləşdirilməsini, gənclərin dövlət qulluğuna cəlb olunmasını, qiymətləndirmədə obyektivliyin təminini, insan resurslarının məqsədyönlü idarə olunmasını, rəhbər vəzifələr üçün ehtiyat kadrların formalaşdırılmasını, kadr potensialının, kadrların fərdi inkişafını və s. aid etmək olar. Bu vəzifələrin icrası üçün müsabiqə, müsahibə, qulluqda irəliləyiş, attestasiya, fəaliyyətin qiymətləndirilməsi kimi mexanizmlərdən istifadə olunur.
Məlumdur ki, yeni dövlət menecmentinin əsas xüsusiyyətlərindən biri də insan resurslarının səmərəli idarə olunmasıdır. Resursların idarə olunması onların yetişdirilməsindən, seçilməsindən başlayaraq karyera müddəti boyunca davam edir. Qanunvericiliyə əsasən, dövlət qulluğunun kadrlarla təmin olunması üçün müsabiqə, müsahibə və qulluqda yüksəlişdən istifadə olunur. Dövlət qulluğuna namizədlərin seçilməsi üçün müsabiqə və müsahibə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilir.
Qloballaşan dünya uzun müddətə hesablanmış strateji hədəfləri müəyyənləşdirməyi zəruri etdiyi kimi, təfəkkür tərzinə, düşüncə formasına da yeni stereotiplər gətirir, yeni mənəvi dəyərlər formalaşdırır. Belə bir dövrdə hər bir azərbaycanlı, ilk növbədə, öz milli-mənəvi dəyərlərinə, dövlətinə, dilinə və dininə sadiq olmalı, vətənin tarixi, görkəmli şəxsiyyətləri, ictimai və dövlətçilik həyatında baş vermiş mühüm hadisələr və onların səbəbləri barədə məlumatlı olmalıdır. Dövlət qulluğunda müasir kadr siyasətinin əsas istiqamətlərindən birini milli-mənəvi dəyərlərə bağlılıq və siyasi varislik təşkil edir. Dövlət qulluğuna peşəkar, kreativ, məsuliyyətli, dövlətin maraqlarını öz marağından üstün tutan kadrların cəlb olunması kadr siyasətinin optimal icra mexanizmləri vasitəsilə mümkündür. Bu məqsədlə müsabiqədə namizədin biliyi ilə fərdi xüsusiyyətləri paralel qiymətləndirilir. Namizədlərin Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərinin də yoxlanılması kadr siyasətində milli ideologiyanın təzahürlərindən biri kimi çıxış edir. Qürurverici haldır ki, milli inkişaf ideologiyasının əsasını təşkil edən milli ideya, azərbaycançılıq ideyası dövlətin kadr siyasətinin də inkişaf istiqamətlərini müəyyənləşdirən əsas meyarlardan biridir.
Kadr siyasəti dövlət orqanlarının kadr potensialını zənginləşdirməklə yanaşı, ölkənin təhlükəsizliyi üçün təhlükə törədə bilən, vətəndaşların hüquq və azadlıqlarını pozan neqativ təzahürləri də aradan qaldırmağa qadirdir. Bunun üçün namizədin kompleks şəkildə qiymətləndirilməsi ciddi əhəmiyyət daşıyır. Peşəkarlıq və bilik səviyyəsi qədər şəxsi keyfiyyətlərin də düzgün qiymətləndirilməsi vacibdir. S.İsmayılov dövlət qulluqçusunun peşəkarlığının qiymətini onun mənəvi istiqaməti ilə müəyyənləşdirərək, yalnız cəmiyyətin və dövlətin mənafeyinə xidmətə tabe olan peşəkarlıq keyfiyyətlərinə malik olan şəxsin dövlət qulluğuna yararlı ola biləcəyini yazır. (S.A.İsmayılov. Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bu günü və perspektivləri. Bakı - “Oğuz Eli”- 2013. s.12.) Mənəvi keyfiyyətləri, məsuliyyət hissi, mədəniyyəti aşağı olan şəxs peşəkar olsa da, dövlət orqanının işini çətinləşdirəcəkdir. Çünki dövlət qulluğu mexanizmi cəmiyyətin etimadına əsaslanır və ondan güc alır.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dövlət siyasətinin, o cümlədən də kadr siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinin qarşısında geniş inkişaf perspektivləri ilə bağlı mühüm vəzifələrin durduğunu və bu vəzifələrin öhdəsindən gəlməyə qadir olan vətənpərvər, yüksək savadlı gənclərin hazırlanmasını ölkəmizin tərəqqisinin, xalqımızın firavan həyata qovuşmasının mühüm şərtlərindən biri kimi qiymətləndirir. Gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakının təmin olunmasına, o cümlədən də dövlət qulluğuna cəlb olunmasına xüsusi diqqət yetirilir. Gənclərin dövlət qulluğuna cəlb olunması və irəliləyişi müasir kadr siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Yeni məzunlara müsabiqədə iştirak imkanının yaradılması üçün Nazirlər Kabinetinin “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulmasının Ümumi Şərtləri”nin təsdiq edilməsi barədə 17 sentyabr 2009-cu il tarixli qərarına əsasən, iş stajına dair tələblər bir qayda olaraq müəyyən edilmir. Ehtiyat kadrların formalaşdırılmasının da əsas prinsiplərindən birini məhz gənc perspektivli kadrların irəli çəkilməsi və rotasiyası təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” təsdiq edilmişdir. Nazirlər Kabinetinin 20 iyun 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Gənclərin kadr potensialı barəsində məlumat bankı haqqında Əsasnamə” gənclərin kadr potensialı barəsində məlumat bankının formalaşdırılması, zənginləşdirilməsi, idarə və istifadə qaydalarını müəyyən edir. Qara qızılın insan kapitalına çevrilməsi kontekstində də geniş dünyagörüşünə, əhatəli biliklərə malik, yaradıcı təfəkkürlü, gənc kadrların formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsi də bu sahədə mühüm tədbirlərdən biridir.
Cəmiyyətdəki sürətli dəyişikliklər qlobal transformasiyaların meyarlarına adekvat cavab verən, mürəkkəb vəzifələrin öhdəsindən çevikliklə gələn, analitik təhlilə, çevik düşüncəyə, təşəbbüskarlığa malik kadrların yetişdirilməsini tələb edir. Bu işdə isə əlavə təhsilin rolu danılmazdır. Onun növü, forması, müddəti və maliyyə təminatı qaydaları Nazirlər Kabinetinin 2009-cu il 19 mart tarixli qərarı ilə təsdiqlənmişdir. Əlavə peşə təhsilinin məqsədinə dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onlar tərəfindən nəzəri və praktiki biliklərinin əldə edilməsi və artırılması, qabiliyyətlərin və peşəkar vərdişlərin inkişafı və ümumi intellektual səviyyənin artırılması aiddir. Hazırda dövlət qulluqçularının ixtisasının artırılmasını Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası həyata keçirir. Akademiyanın “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin bu sahədə xüsusi rolu vardır.
Kadrın şəxsi keyfiyyətləri də peşəkarlığı qədər vacibdir. Kadrların potensialı onların iş qabiliyyəti, bilik və bacarıqları ilə yanaşı, şəxsi xüsusiyyətlərinin dinamikasının və inteqrasiyasının da təsirilə formalaşır. Bunların inkişafı üçün qısamüddətli təlimlər, mütəmadi tədris kursları təşkil olunur. İdarəetmə qabiliyyətləri, analitik təhlil, təşəbbüskarlıq, səmərəli ünsiyyət qurmaq, fikirlərini ifadə etmək kimi qabiliyyətlər səmərəli kadr siyasəti vasitəsilə inkişaf etdirilərək müasir dövlət qulluqçusunun zəruri xüsusiyyəti kimi çıxış edir.
Ehtiyat kadrların formalaşdırılması da kadr siyasətinin mühüm istiqamətlərindəndir. Bu işin öz peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinə görə layiqli kadrların müəyyənləşdirilməsi və seçilmiş namizədlərin müntəzəm inkişafı üzərində qurulması mühüm əhəmiyyət daşıyır. Prezidentin 2006-cı il 27 iyul tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması Qaydaları”na əsasən, bu işdə məqsəd vakant vəzifə yarandıqda, namizədlərin müsabiqədənkənar təyini üçün dövlət orqanına təqdiminin təminindən ibarətdir.
Beləliklə, dövlət qulluğunda kadr siyasəti dövlət orqanlarını vətənpərvər, məsuliyyətli, müasir və yaradıcı təfəkkürlü, peşəkar kadrlarla təmin etməyə, kadr potensialını inkişaf etdirməyə, səmərəli qiymətləndirmə və motivasiya mexanizminin formalaşdırılmasına xidmət edir. Müasir kadr siyasəti güclü, modern dövlətin vacib atributu kimi səmərəli, şəffaf, peşəkar dövlət qulluğunun formalaşdırılmasında mütərəqqi inkişaf meyilləri ilə siyasi varisliyin və milli-mənəvi dəyərlərə bağlılığın vəhdətini ifadə edir.
Nazənin Hüseynova
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosenti
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

