“Onlar cangüdənləri hansı vəsait hesabına saxlayırlar?”
07.02.2014 [09:17]
“Bütün siyasi partiyalar maliyyə hesabatını ictimaiyyətə təqdim etməlidir. “Siyasi partiyalar haqqında” qanunda da yazılıb ki, ildə bir dəfədən az olmamaq şərtilə siyasi partiyalar maliyyə hesabatı verməlidirlər. Həmişə ayrı-ayrı strukturları qeyri-şəffaflıqda ittiham edən partiyalar özlərinin fəaliyyətləri barədə ictimaiyyətə məlumat verməkdən yayınırlar. Çıxışlarında deyirlər ki, orduya və başqa sahələrə ictimai nəzarət olmalıdır, həmin qurumlar ictimaiyyət qarşısında hesabat verməlidirlər. Bəs, özləri niyə hesabat vermirlər? Məsələn, Müsavat Partiyası 20 ildən artıqdır fəaliyyət göstərir, bu günə qədər hansı maliyyə mənbələri ilə fəaliyyət göstərdiyi haqda ictimaiyyətə məlumat vermir”. Bunu Modern.az-a Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi siyasi partiyaların maliyyə hesabatı verməmələrinə münasibət bildirərkən deyib. O qeyd edib ki, partiyalarda istər üzvlük haqqı, istərsə də ianələr bank vasitəsilə həyata keçirilməlidir: “Onlar buna əməl etmirlər. Gəlirləri barədə bəyannamə verəndə də “0” rəqəmi yazırlar, guya, heç bir gəlirləri yoxdur. Onda bunlar hava ilə dolanırlar? AXCP və “Müsavat”ın qərargahlarında onlarla insan çalışır, bunlar hansı əsasla çalışırlar? Cangüdənləri hansı vəsait hesabına saxlayırlar? Onların maliyyə mənbələrinin hamısı qaranlıqdır. Qaranlıq mənbə də qaranlıq qüvvələrə xidmət edir. Həmin partiyalar qaranlıq qüvvələr tərəfindən maliyyələşdirildiklərindən Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, təxribat törətməyə sövq edilirlər. Buna görə də onlar hesabat verməkdə çətinlik çəkirlər. Amma Yeni Azərbaycan Partiyası maliyyə mənbələri barədə hesabat verdi”.
S.Novruzov qeyd edib ki, bütün partiyalar müvafiq orqanlar qarşısında hesabat verməlidirlər: “Dövlət büdcəsindən maliyyələşən partiyalar hər rübdə hesabatlarını təqdim edirlər. Bu, qanunun tələbidir. Digər partiyalar da özlərinin gəlirləri barədə məlumat verməlidirlər. Yeni qanun qəbul etdik. Qanuna görə, əmək müqaviləsini gizlədən hüquqi şəxs məsuliyyətə cəlb olunacaq. Əvvəlcə cərimə, sonra isə cinayət məsuliyyəti nəzərdə tutulub. Orada çalışan insanların əmək haqlarından Sosial Müdafiə Fonduna pul köçürməlidirlər ki, həmin insanlar təqaüdə çıxanda pensiya ala bilsinlər. Onlar hesabat verməməklə həm də vergidən yayınırlar”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

