/ / “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrasına dair müzakirələr səmərəli olub
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrasına dair müzakirələr səmərəli olub
12.02.2014 [09:19]
Fevralın 11-də Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, Əlaqələndirmə Şurasının sədri, gənclər və idman naziri Azad Rəhimov əvvəlcə ötən dövrdə görülən işlər barədə məlumat verib.
Dövlət Proqramının reallaşdırılmasına gənclər təşkilatlarının fəal qoşulduqlarını deyən Şuranın sədri bildirib ki, ölkəmizdə 3 milyona yaxın gənc var. Onların mənəvi və fiziki sağlamlığı, məşğulluğu, ictimai işlərdə fəallığı, vətənpərvərlik ruhunda tərbiyəsi, yaradıcılıqlarının dəstəklənməsi, qeyri-formal təhsili, intellektual inkişafı, beynəlxalq səviyyədə əməkdaşlığı və digər istiqamətlərdə əhəmiyyətli işlər görülüb. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri bir çox uğurlara imza atır, cəmiyyətdə fəal rol oynayırlar.
“Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır”, - deyən A.Rəhimov bildirib ki, “2014-cü il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” dövlətimizin başçısının 2014-cü il 1 fevral tarixli Sərəncamına əsasən elm, təhsil, mədəniyyət, ədəbiyyat və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən bir qrup gəncə mükafatlar verilib.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi tərəfindən ötən il 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilib, 23 şəhər və rayonda gənclər evi-mərkəzi istifadəyə verilib, daha 14-ünün tikintisinə başlanılıb.
Gəncə şəhərinin Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə 2016-cı ilin “Avropa gənclər paytaxtı” seçilməsi isə xüsusi qeyd olunmalıdır.
Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev hesabat xarakterli məruzə ilə çıxış edib. Ötən bir ildə görülən işlərdən danışan İ.Babayev deyib ki, gənclər arasında keçirilmiş sosioloji tədqiqatlarların nəticəsi olaraq bir çox sənədlər, o cümlədən “Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması” aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib.
Vurğulanıb ki, dövlət gənclər siyasətinin ən vacib istiqamətlərindən olan vətənpərvərlik tərbiyəsi işinin həyata keçirilməsi, gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə edilməsi sahəsində bir çox işlər görülüb.
Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva “İstedadların hazırlığı laboratoriyası” layihəsi barədə məlumat verib.
Əlaqələndirmə Şurasının iclası digər çıxışlarla davam etdirilib, dövlət orqanlarına təqdim edilmək üçün bir sıra təkliflər irəli sürülüb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

