Siyavuş Novruzov: Müxalifətin arzuları bu dəfə də puç olacaq
25.02.2014 [09:42]
“Gic Jirinovski çıxışında bir fikir səsləndirdi, indi onu radikal müxalifətçilər əllərində bayraq ediblər”
“Zamanla müxtəlif ölkələrdə inqilablar baş verəndə Azərbaycan müxalifətinin radikal qanadının nümayəndələri dərhal geyimlərini dəyişərək gah narıncı, gah da başqa rəngdə geyinib ortaya düşürlər”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov radikal müxalifət düşərgəsinə yaxınlığı ilə seçilən mətbuat orqanlarının Ukrayna hadisələrinin Azərbaycana sıçrayacağı ilə bağlı mövzuları gündəmə gətirmələrinə, müxalifətçi ekspertlərin bu kimi iddialarla çıxış etmələrinə münasibət bildirərkən deyib.
“Yavaş-yavaş rənglərini də, xasiyyətlərini də dəyişdilər” -deyə vurğulayan Siyavuş Novruzov onu da qeyd edib ki, bunlar hər hansı bir ölkədə gedən siyasi prosesin digər ölkəyə keçməsi prosesini gündəmə gətirməyə cəhd edirlər: “Bu hansı zərurətdən yarana bilər axı? Bu gün Azərbaycan hər hansı bir dövlətin diktəsi olmadan müstəqil siyasət yürüdən, ədalətli, demokratik bir dövlətdir. Dövlətimizin bütün ölkələrlə istər siyasi, istərsə də iqtisadi münasibətləri mövcuddur”.
Millət vəkili həmçinin vurğulayıb ki, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları ölkəmizi inkişaf tempinə görə lider ölkələr sırasına daxil edirlər. Belə ki, Azərbayacan Avropaya inteqrasiya etməklə yanaşı, İslam dövlətləri ilə də əlaqələrini düzgün şəkildə qurur: “Azərbaycanda bütün sahələrdə inkişaf yüksək templə irəliləməkdədir. Əhalinin sosial-rifah halı daha da yaxşlaşdırılaraq işsizlik aradan qaldırılır”.
Siyavuş Novruzov radikal müxalifət “liderləri”nin normal ağılla hərəkət etmədiklərini deyərək onların əsassız nəticəyə gəldiklərini də bildirib: “Bütün bunlar onu deməyə əsas verir ki, bu sözləri deyənlər normal ağıla sahib deyillər. Hansı ölkədə bir hadisə baş verirsə, bunun Azərbaycana gəlməsini və yaxud gəlməməsini nəyə əsaslandırırlar? Gic Jirinovski çıxışında bir fikir səsləndirdi, indi onu radikal müxalifətçilər əllərində bir bayraq ediblər. Yəni görün, bunlar nə gündədirlər ki, bunlara fərqi yoxdur sözü kim dedi, niyə dedi. Azərbaycanı istəməyənlərin, dövlətimizin əlehinə olanların dedikləri hər bir fikir bunlara xoş gəlir. Çünki bunlarda o qədər hakimiyyət hərisliyi var ki, istəyirlər ölkə dağılsın, viran qalsın, ancaq bunlar hakimiyyətə gəlsinlər. Budur bunların xisləti. Uzaqgörən xalqımız bunların iç üzünü yaxşı görür. Ona görə də həmişə bunların arzuları puç olub, bu dəfə də puç olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

