/ / “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir
“Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir
19.03.2014 [10:06]
Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Məclisin deputatı, Mətbuat Şurasının idarə heyətinin üzvü, fəlsəfə doktoru Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabının təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri və nüfuzlu kütləvi-informasiya vasitələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdim olunan kitabın təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının həyatında müstəsna yer tutduğunu vurğulayıb. Bildirilib ki, indiki Avropa İttifaqı bir model kimi hazırda quruma üzv olan dövlətlərin siyasətində uzunmüddətli hədəf halına gəlməzdən əvvəl düşüncələrdə təşəkkül tapıb, çeşidli kitablar vasitəsilə cəmiyyətə təqdim olunub. Türk birliyi məsələsi isə məhz vahid konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya bilməyib, nəticə etibarilə türklərin toplum olaraq dünya düzəninə təsiri aktuallaşmayıb.
Ə.Amaşov deyib ki, “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı, ilk növbədə, məhz bu təsiri aktuallaşdıran, ona yeni çalarlar gətirən, cilalayan düşüncənin məhsuludur.
Qeyd olunub ki, C.Feyziyev türkçülüyün türk və dünya xalqları üçün həm milli, həm də ümumbəşəri əhəmiyyətini Mahmud Kaşğarinin, Bahəddin Ögəlin, Yusif Akçuranın, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ziya Göyalpın və digər dühaların yaradıcılığına əsaslanaraq sistemləşdirib, ayrı-ayrı baxışlardan bəhrələnərək müqayisəli təhlilləri ilə vahid ideya platforması yaradıb. Monoqrafiyanın məhz bu üstün cəhəti onu türk xalqları tarixinin, siyasi düşüncələr məcmusunun, mədəniyyətinin, məişətinin tədrisi prosesində də mənbəyə çevirir.
Mətbuat Şurasının sədri deyib ki, tarixin müxtəlif dövrlərində baş vermiş hadisə və proseslərin türkçülük maraqları nöqteyi-nəzərindən uzlaşdırıldığı, mükəmməl yanaşmanın dolğun analitik təhlillərlə əsaslandırıldığı belə bir nəşrin məhz azərbaycanlı müəllif tərəfindən qələmə alınması çox sevindirici haldır.
Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Yaqub Mahmudov isə deyib ki, görkəmli filosof, professor Fərman İsmayılovun redaktorluğu ilə yenicə çapdan çıxmış “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir.
Y.Mahmudov bildirib ki, bu gün dünyanı ədalət, beynəlxalq hüquq normaları deyil, ədalətsizlik və güc idarə edir. Bəs qalan xalqlar, o cümlədən yenicə müstəqilliyə qovuşmuş türk dövlətləri üçün çıxış yolu nədədir?! “Belə bir taleyüklü sualın tarixi dəlillərə söykənərək elmi əsaslarla cavablandırılması baxımından Cavanşir Feyziyevin böyük məmnuniyyətlə oxuduğum bu əsəri çox qiymətli bir tədqiqatdır”.
Diqqətə çatdırılıb ki, kitabda Türk Dövlətləri Birliyi ideyası ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülür. Kitabda hər bir suveren türk respublikası və onun müasir inkişaf səviyyəsi, eyni zamanda, digər dövlətlərin ərazisində bu və ya digər statusda yaşayan türk toplumları haqqında gərəkli informasiyalar verilir.
Professor Y.Mahmudov bu qiymətli əsərin qardaş türk xalqlarının dillərində də nəşr olunmasının vacibliyini vurğulayıb.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov diqqətə çatdırıb ki, müəllifin elmi axtarışlar apararkən müxtəlif dillərdə olan çoxsaylı ilk mənbələrdən və elmi ədəbiyyatdan zəngin faktiki materialları nəzərdən keçirməsi, dərin analitik təhlillər aparması və gələcəyə istiqamətlənmiş elmi nəticələr çıxarması kitabın dəyərini daha da artırır. Eyni zamanda, müəllifin şüarçılıqdan uzaq olması, real siyasi şəraiti nəzərə alması da kitabın üstün cəhətlərindəndir.
Azərbaycan Mətbuat Şurası idarə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva kitabın ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, geniş oxucu kütləsi, ayrıca sosial qruplar üçün nəzərdə tutulan kitablar var. Türk dövlətçilik ənənələrindən bəhs edən bu nəşr isə hər bir ziyalının yaddaş kitabıdır. Çünki bu kitab türkün keçmişini özünə qaytarır, bizə öz milli kimliyimizi xatırladır. Biz özümüzə qayıdanda güclü oluruq.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının sabiq xarici işlər naziri Hikmət Çətin müəllifi bu uğurlu nəşrə görə təbrik edib, kitabda irəli sürülən ideyanın türk xalqlarının ziyalılarını, xüsusilə siyasətçilərini düşündürəcəyinə əminliyini bildirib.
Digər çıxış edənlər də Cavanşir Feyziyevin uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan bu tədqiqat əsərini Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış kimi dəyərləndirib və Azərbaycan elminin mühüm uğuru hesab ediblər.
Tədbirdə, həmçinin XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri, böyük maarifpərvər ziyalı Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

