Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP-nin möhtəşəm qələbəsinin səbəbləri nədir?
02.04.2014 [09:19]
30 mart bələdiyyə seçkilərini Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın özü üçün də bir ümumxalq referendumu hesab etmək olar. Təkcə partiyası deyil, o, özü də şəxsən bu referendumdan qalib kimi çıxdı. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Ədalət və İnkişaf Partiyasının bələdiyyə seçkilərində inamlı qələbəsi ilə bağlı onu təbrik edib, qardaş Türkiyə xalqına firavanlıq və tərəqqi arzularını çatdırıb. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan göstərdiyi diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnun olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Ümumiyyətlə, siyasətin fizikadan çətin olduğunu söyləyən dahi Albert Eynşteynin məşhur bir fikrinə görə, “bir şeyin qeyri-mümkün olduğunu hər kəs bilir, lakin bunu bilməyən şəxs kəşfi edir”. Eynşteyn məntiqini Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkiləri və onun nəticələrinə tətbiq etsək, Baş nazir Rəcəb Tayyib Ərdoğanın möhtəşəm siyasi kəşfə imza atdığı qənaətinə gəlmək olar. 17 dekabr rüşvət-korrupsiya qalmaqalı, “kaset” ifşası və digər “kataklizmlər”in hədəfinə çevrilmiş və elə bu səbəbdən də qalib gəlməsi ilk baxışdan mümkünsüz görünən 30 mart bələdiyyə seçkilərini AKP bir “istiqlal mücadiləsi” kimi dəyərləndirərək 43,18 faizlik səsə sahib oldu. Bununla da “qələbə çələngi”ni boynuna keçirdi. Onu daban-dabana izləyən ana müxalifət partiyası CHP-yə səslərin 26,66, MHP-yə 17,63, BDP-yə 4,09 faizini toplamaq nəsib oldu. Müstəqil namizədlərə isə seçicilərin 0,21 faizi səs verdi. Bütün bu statistik göstəricilər nəticəni inikas etdirir. Bəs Baş nazir Rəcəb Tayyib Ərdoğan başda olmaqla AKP-nin möhtəşəm qələbəsinin səbəbləri nədir? Bu qələbənin kökündə dayanan amillər hansılardır? Məlum qələbədə xarizmatik lider fenomeninin rolunu necə qiymətləndirmək olar? Bu və digər suallara cavab verməyə çalışaq.
Birincisi, AKP-nin bələdiyyə seçkilərində qalib gəlməsinin ilkin səbəbini onun yeritdiyi uğurlu iqtisadi siyasətdə axtarmaq lazımdır. Məlum olduğu kimi, Türkiyə 1994-2001-ci illərdə, yəni 7 ildə 5 iqtisadi böhran yaşamışdı. 2001-ci ildə isə Türkiyə çağdaş tarixinin ən üzücü iqtisadi böhranının məngənəsində çabalayırdı. Bir gündə Türkiyə lirəsi təxminən 100 faiz ucuzlaşmışdı. Bir neçə gün ərzində ölkədən 7 milyard dollar kapital axını olmuşdu. İnflyasiya fəlakətli həddə - 67 faizə çatmışdı. Büdcə kəsiri ÜDM-nin 15 faizini ötmüşdü. Dövlət borcu ÜDM-nin 90 faizini keçmişdi. Ağır iqtisadi sarsıntılar məngənəsində sıxılan əhalinin sabahına olan inamı itmişdi. Xalq depressiya vəziyyətində heç bir siyasi qüvvəyə güvənə bilmirdi. Bax, bu reallıqlar fonunda AKP Türkiyə siyasi həyatına ildırım sürəti ilə daxil oldu. 2002-ci ildə siyasi olimpin zirvəsinə yüksəldi. Xalqın etimadını doğrultdu. AKP son 10 il ərzində ÜDM-ni düz 5 dəfə yüksəltməyə nail oldu. Onu 150 milyard dollardan 790 milyard dollara çatdırdı. İnflyasiya 67 faizdən 6,5 faizə düşdü. Ölkənin ixrac qabiliyyəti 10 il əvvəl 25 milyard dollar təşkil edirdisə, hal-hazırda 152 milyard dollara yüksəlmişdir. Xarici valyuta ehtiyatları müvafiq dövrdə 20 milyard dollardan 125 milyard dollara qədər artmışdır. Ölkədə işsizliyin səviyyəsi 2013-cü ilin yanvar ayının göstəricisinə görə, 8,4 faiz təşkil etmişdir. Dünyadakı müasir iqtisadi konyukturanı nəzərə aldıqda, bu göstəricini də məqbul hesab etmək olar. AKP 2023-cü ilə, yəni, Türkiyə Cümhuriyyətinin 100 illiyinə 2 trilyon dollar ÜDM və 500 milyard dollar ixracatla daxil olmaq niyyətindədir. Bu nəticə ilə Türkiyə inkişaf etmiş dövlətlərin 10-luğunda yer almağı hədəfləmişdir. Hal-hazırda Türkiyə iqtisadi inkişaf etmiş 20 dövlətin sırasında 17-ci mövqedədir.
AKP iqtidarına 30 mart seçkilərində xalqın yenidən etimad göstərməsində başqa bir faktın da rolu az olmamışdır. Belə ki, 2013-cü il 20 may tarixində Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borclarını tam ödəmişdir. Sonuncu ödəniş 422 milyon dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə, yəni AKP iqtidara gəlməmişdən 1 il öncə Türkiyənin BVF-yə borcu 23,5 milyard dollar təşkil edirdi. Deməli, AKP bu nailiyyəti ilə Türkiyəni “BVF-yə borcu olmayanlar klubu”na daxil etdi. Xalqın gözü tərəzidir. Yuxarıda qeyd etdiyimiz faktlar və arqumentlərin natamam təqdimatı belə göstərir ki, AKP hakimiyyəti Türkiyəni dünya iqtisadiyyatında iqtisadi “autsayder”dən, onun “favoriti”nə çevirə bilmişdir. 2008-ci ildən başlayan və hələ də tam yekunlaşmamış dünya maliyyə-iqtisadi böhranı Türkiyə iqtisadiyyatının möhkəmliyinin və rəqabətəqabilliyinin sınağı oldu. Türkiyə bu sınaqdan üzüağ çıxdı. Avropa vətəndaşlarının öz maliyyə vəsaitlərini labüd bankrotdan hifz etmək üçün Türkiyə banklarına çoxsaylı müraciətləri də yuxarıda səslənən fikirlərin məntiqi təsdiqi kimi dəyərləndirilə bilər.
İkincisi, Türkiyənin iqtisadi inkişafının daxili amilləridir. Bu amilləri şərti olaraq 5 qrupa bölmək olar: 1980-ci illərdə Turqut Özalanın islahatları; Orta sinfin və mühafizəkar burjuaziyanın yaranması (İslamçı kalvinistlər); Əvvəlki böhranlardan dərs alınması; “Təhsilli uşaqlar” faktoru; Səmərəli siyasi rəhbərlik. Sonuncu amilin üzərində xüsusi olaraq dayanmağa dəyər. Türkiyənin son 100 ildə 3 nəhəng siyasi lider yetişdirdiyini mübaliğəsiz söyləmək mümkündür. Bunlar Mustafa Kamal Atatürk, Turqut Özal və Rəcəb Tayyib Ərdoğandır. Xüsusilə müasir dövrümüzün xarizmatik liderləri sırasında Rəcəb Tayyib Ərdoğanın özünəməxsus yeri vardır. Dünyada qlobal lider kasadlığının mövcud olduğu çağdaş reallıqda bu amilin rolu daha da artmışdır. Məhz Rəcəb Tayyib Ərdoğanın və komandasının yeritdiyi çevik və nəticəyə hesablanmış siyasət Türkiyəni regional fövqəldövlət statusuna yüksəldə bilmişdir. Bu reallığı həzm edə bilməyən daxili və xarici əleyhdarlar hər vəchlə bu inkişafa mane olmaq istəyirlər. Türkiyəyə müxtəlif yarlıqlar asır, onu “Yeni Osmançılıq”da ittiham edirlər. Hətta iş o yerə gəlib çatmışdır ki, Baş nazirin komandasının mühüm simalarından biri olan və ABŞ-da Türkiyənin “Kissenceri” adlandırılan xarici işlər naziri Əhməd Davudoğluna keçmiş dövlət katibi Hillari Klinton belə bir ritorik sualla müraciət etmişdir: “Türkiyə nədən bu qədər fəaldır?”. Əhməd Davudoğlunun məntiqli cavabı özünü çox gözlətməmişdir: “Türkiyənin ətrafında diametri 1000 km olan bir çevrə cızdıqda, 20 dövlətin əhatəsinə düşürük. Diametri 3000 km-ə çatdırdıqda isə dövlətlərin sayı 70-i ötür. Eyni qaydanı ABŞ-a tətbiq etdikdə isə hər dəfə Kanada, Meksika və okeanları görürük. Hər iki dövlət isə ABŞ-ın dostu, müttəfiqidir. Bizim fəallığımız bax bu reallıqlardan qaynaqlanır”.
Xanım Klinton bir daha bu məsələyə qayıtmamışdır. Zənnimizcə, burada əlavə şərhə ehtiyac yoxdur. Buna baxmayaraq, müttəfiq olsa da belə, ABŞ Türkiyəyə qarşı təsir və təzyiq rıçaqlarını əldə saxlamaqda hər zaman maraqlıdır.
Məlumdur ki, Türkiyə reallıqlarında dəfələrlə təsdiqlənmiş nəticəyə görə, bələdiyyə seçkilərində qalib gələn siyasi qüvvə prezident və parlament seçkilərində də analoji göstəriciyə imza atır. Bu ilin avqust ayında Türkiyədə prezident seçkiləri keçiriləcək. Biz artıq proqnozumuzu verdik... Təbii ki, bələdiyyə seçkilərinin nəticələri qarşıdan gələn prezident seçkiləri üçün də bir işarədir.
Elman Nəsirov
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi
Araşdırmalar İnstitutunun
direktoru, siyasi elmlər doktoru, professor
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16

