Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Beynəlxalq simpozium işə başlayıb

Bakıda Beynəlxalq simpozium işə başlayıb

08.04.2014 [09:28]

Aprelin 7-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu və Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin (BBEC) birgə təşkilatçılığı ilə “Subtropik və mülayim iqlim qurşağı meyvə və qərzəkli bitkilərinin yabanı əcdadları” mövzusunda II Beynəlxalq simpozium işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə dünyanın 15 ölkəsindən 80-nə yaxın alim və mütəxəssis iştirak edir.
Simpoziumun açılışında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov çıxış edərək iştirakçıları AMEA-nın rəhbərliyi adından salamlayıb, tədbirin əhəmiyyətindən, Azərbaycanda elm və təhsilə göstərilən diqqət və qayğıdan, burada dinləniləcək mühazirələrin aktuallığından danışıb.
Azərbaycanda elmin inkişafının dövlət qayğısı ilə əhatə edildiyini söyləyən akademik bildirib ki, Prezident İlham Əliyev tərəfindən elm, xüsusən də aqrar elm qarşısında çox mühüm vəzifələr qoyulub. Bu vəzifələrin səmərəli icrası üçün elm sahələrinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, müvafiq istiqamətdə fəaliyyətin hərtərəfli canlandırılması, gənclərin bu sahəyə daha intensiv cəlb edilməsi vacibdir. Bu mənada bugünkü mühüm tədbirin Bakıda keçirilməsi əlamətdar hadisə hesab edilə bilər.
Vurğulanıb ki, simpozium qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi, aqroekosistemlərin müxtəlif səbəblərdən deqradasiyaya uğradığı bir dövrdə dünya əhalisinin sağlam qida və təsərrüfat məhsullarına artan tələbatının ödənilməsi və ümumən ərzaq təhlükəsizliyinin təmin edilməsində meyvə bitkilərinin genetik ehtiyatlarından səmərəli istifadə olunması kimi ümumdünya əhəmiyyətli bir mövzuya həsr olunub. Simpoziumda son illərdə dünya üzrə meyvə bitkilərinin genetik müxtəlifliyinin, xüsusən yabanı əcdadlarının mühafizəsi, toplanması, qiymətləndirilməsi, seleksiyada səmərəli istifadəsi sahələrində aparılmış elmi-tədqiqat işlərinin nəticələri, digər müvafiq fundamental problemlər geniş müzakirə ediləcək.
Qərib Məmmədov simpoziumun işinə uğurlar arzulayıb.
Tədbirdə Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin bölmə müdiri, tanınmış italiyalı meyvəçi alim Damiano Avanzato təmsil etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən geniş söz açıb.
Qonaq bildirib ki, könüllülük əsasında yaradılmış BBEC-in hazırda sıralarında 7 min insan birləşib. Dünyanın 60-dan çox ölkəsi bu cəmiyyətdə bir araya gəlib. Ümidvaram ki, Azərbaycan da BBEC-in sıralarına qoşulacaq. Bu təşkilat yarandığı 20 il ərzində görkəmli alimlərin tədqiqatları əsasında dünya elminə dəyərli töhfələr verməkdədir. Biz Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyəti olaraq alimlərin bu istiqamətdəki axtarışlarına yüksək qiymət verir və elmi əsərləri kitab və jurnallar vasitəsilə yayırıq. Bakı simpoziumu, şübhəsiz, bu sahədə yeni elmi əsərlərin yaranmasına gəlməsinə təkan verəcək.
İlk simpoziumun 3 il əvvəl ABŞ-ın Devis Universitetində keçirildiyini diqqətə çatdıran alim deyib ki, növbəti tədbirə Azərbaycanın ev sahibliyi etməsi olduqca təqdirəlayiqdir.
Damiano Avanzato Beynəlxalq Bağçılıq Elmləri Cəmiyyətinin prezidenti adından bu mötəbər tədbirin təşkilində xidmətlərinə görə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkpərova təşəkkürnamə və medalı təqdim edib.
Simpoziumda çıxış edən Zeynal Əkpərov son illərdə rəhbərlik etdiyi elm müəssisəsində görülmüş işlərdən və əldə olunan nailiyyətlərdən söz açıb.
Bildirilib ki, bu mötəbər beynəlxalq elmi tədbirdə Azərbaycanda bitki genetik müxtəlifliyinin idarə olunması və inkişafı üzrə akademik C.Əliyevin rəhbərliyi ilə həyata keçirilib, digər ölkələr üçün örnək sayıla biləcək elmi və təşkilati fəaliyyətlər, qazanılmış uğurlar, kadr hazırlığı məsələləri iştirakçıların diqqətinə çatdırılacaq.
Sonra simpozium işini bölmə iclasında davam etdirib.
İclasda “Meyvə və qərzəkli bitkilərin yabanı əcdadlarının mühafizə, idarəetmə və istifadə vəziyyətinə baxış”, “Müasir təhlükələrin və mühafizə prioritetlərinin tədqiqi”, “Molekulyar və ənənəvi seleksiya strategiyaları” və digər mövzularda məruzələr dinlənilib.
Simpozium aprelin 12-dək davam edəcək.

Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31