İran-Azərbaycan münasibətləri regional təhlükəsizlik və əməkdaşlığa mühüm töhfələr verir
12.04.2014 [09:57]
Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin zəruriliyini bəyan etməkdədir
Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlərə təsir edən əhəmiyyətli amillərdən biri də regional əməkdaşlıqdır. Siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən tərəfdaşlıq münasibətləri həm regional təhlükəsizlik, həm də beynəlxalq əməkdaşlıq baxımından müstəsna önəm kəsb edir. Əlbəttə, bu cür əməkdaşlıq əlaqələrinin səmərəli olması və perspektiv üçün önəmli nəticələr vəd etməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasından asılıdır.
Qeyd etmək lazımdır ki, Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan da öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir. Bu sırada İran İslam Respublikası ilə qarşılıqlı-faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Öz növbəsində, İran da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, İran-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Azərbaycanla İran arasındakı çoxşaxəli əməkdaşlıq əlaqələrindən bəhs edərkən hər iki ölkənin bir-birini beynəlxalq aləmdə daim dəstəklədiyini qeyd etmək lazımdır. Bu, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlardakı çoxtərəfli münasibətlər zəminində özünü göstərir. Ümumiyyətlə, ölkələrimiz regional və beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələrinə malikdirlər. Hər iki ölkə BMT, İƏT, EKO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində səmərəli əlaqələrinin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər.
Şübhəsiz, hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından da mühüm əhəmiyyət kəsb edir. Sıx əməkdaşlıqdan doğan qarşılıqlı-faydalı münasibətlər gələcəkdə regionda hər iki ölkənin iştirakı ilə yeni əməkdaşlıq platformalarının yaradılmasını mümkün edir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində məsələ ilə əlaqədar bildirib ki, bu ölkələrin müstəqil, öz milli maraqlarına uyğun daxili və xarici siyasəti, öz strateji seçimi, dünyada və regionda gedən proseslərə öz baxışı mövcuddur.
Vurğulamaq gərəkdir ki, qarşılıqlı-faydalı əməkdaşlıq çərçivəsində İranın Azərbaycana dəstək verdiyi mühüm məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rəsmi Tehran mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, bu münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin zəruriliyini bəyan edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri zamanı aparılan müzakirələrdə və səsləndirilən fikirlərdə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi diqqət mərkəzində olub. İran İslam Respublikası Prezidentinin “Regiondakı problemlərin, o cümlədən, Dağlıq Qarabağ məsələsinin beynəlxalq normalar və ədalət çərçivəsində həll olunmasına var gücümüzlə hazırıq” deməsi, rəsmi Tehranın aydın, konkret və dəyişməz mövqe sərgilədiyinin göstəricisidir. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində İranın bu prinsipial mövqeyi mətbuat üçün səsləndirdiyi bəyanatında İran Prezidenti Həsən Ruhani tərəfindən də xüsusi vurğulandı: “İranın dövlət başçısı qeyd etdi ki, regiondakı bütün münaqişələr, o cümlədən, Qarabağ münaqişəsi beynəlxalq səviyyədə qəbul edilmiş hüquq normaları və ədalət çərçivəsində öz həllini tapmalıdır, regiondakı coğrafi sərhədlərin dəyişdirilməsinə yol verilməməlidir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

