/ / Müstəqil Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
Müstəqil Azərbaycan dövlətinin qazandığı bütün uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
06.05.2014 [09:06]
Daşkəsəndə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daşkəsəndə ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Daha sonra rayon Mədəniyyət evində davam etdirilən tədbirdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək müstəqil Azərbaycanın memarı, qurucusu və xilaskarı Ulu öndərin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən danışıb. Əhəd Abıyev deyib ki, Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş Sovetlər birliyində, ən geridə qalan, aqrar bir respublika idi: “Qısa bir vaxt ərzində Ulu öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda, o cümlədən, Daşkəsəndə, ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Ötən əsrin 70-ci illərinin sonunda, Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi”.
Natiq onu da bildirib ki, 1993-cü ildə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi: “Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq, sabitlik yarandı. Ulu öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda, möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı”.
Sonra Daşkəsən rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının sədri Elman Məmmədov, Çanaqçı İnzibati Ərazi Dairəsi Üzrə nümayəndənin müavini Ramin Ələsgərli çıxış edərək Ulu öndərin tarixi xidmətlərindən danışıblar.
Daha sonra çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, inkişaf etdirilməsi istiqamətində misilsiz xidmətlərindən danışıb, Onun zəngin həyat və fəaliyyətinin bəzi məqamlarına qısa ekskurs edib. M.Qurbanlı bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu uzun müddət müzakirə ediləcək: “Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. Ümummilli liderimizin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi. Hesab edirəm ki, bu, hər bir millətin inkişafında əsas şərtlərdən biridir. Yəni, Ümummilli liderimiz düzgün seçimin yolunu göstərdi ki, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimiz vacibdir”.
YAP İcra katibinin müavini deyib ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar Ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, əslində, çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olub. “Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi, o dövrdən başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut edir. Ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini düşünən bir öndər olub, bu istiqamətdə apardığı ardıcıl və məqsədyönlü siyasət Onun bütün fəaliyyətinin əsasını təşkil edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir daha sübut edir”, - deyə M.Qurbanlı vurğulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyasına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim olunub, Ulu öndərin anadan olmasının ildönümü münasibətilə müxtəlif tədbirlərdə, idman yarışlarında, eləcə də inşa yazı müsabiqəsində fərqlənmiş gənclərə və məktəblilərə Fəxri fərmanlar verilib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

