Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın növbəti iclası keçirilib
09.05.2014 [10:04]
Mayın 8-də Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş növbəti iclası keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş iclasda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Şuranın bu iclası daha əlamətdardır. Çünki bu tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Nazir dahi rəhbər Heydər Əliyevin gənclərə daim diqqət göstərdiyini, onların problemlərinin həlli üçün mühüm işlər gördüyünü deyib.
A.Rəhimov Ulu öndərin müəllifi olduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. 2016-cı ildə Gəncənin “Avropanın gənclər paytaxtı” seçilməsinin Azərbaycanda aparılan gənclər siyasətinin beynəlxalq səviyyədə tanınmasının nəticəsi olduğunu deyən nazir dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən diqqətdən danışıb. Bildirib ki, on il əvvəl Azərbaycanda 51 gənclər təşkilatı var idisə, bu gün onların sayı 250-ni keçib. Prezident İlham Əliyev gənclərin dövlət quruculuğunda fəal iştirakını zəruri sayır. Bu da gənclərə diqqətin daha da artacağından xəbər verir. Nazir bu baxımdan 2014-cü il gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında dövlətimizin başçısının Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirib.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev 1994-cü ildən etibarən fəaliyyət göstərən Şuranın əsas məqsədinin dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etmək olduğunu bildirib.
Xalqımızın Ulu öndəri Heydər Əliyevin ölkəmizdə dövlət gənclər siyasətinin əsasını qoyduğunu diqqətə çatdıran N.Mehdiyev Azərbaycan Gəncləri Gününün təsis edilməsini dahi rəhbərin gənclərimizə hədiyyəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan gəncliyinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas hədəflərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycan gəncliyi hər zaman olduğu kimi, bu gün də bu siyasəti dəstəkləyir.
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, Azərbaycan gəncliyi bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə layihələrin həyata keçirilməsində fəal rol oynayır. Çünki Azərbaycan gənclər ölkəsidir. Bu siyasətin təməlini Ulu öndər Heydər Əliyev qoyub. O, Ulu öndər Heydər Əliyevin gənclərin bilikli, savadlı və intellektual səviyyədə yetişməsi üçün gördüyü işlərdən danışıb. F.Muradov gənclərimizin bundan sonra da onlara göstərilən yüksək etimadı doğruldacaqlarını bildirib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında Azərbaycan gəncliyinin bu gün ölkəmizin haqlı mövqeyini dünyada cəsarətlə dəstəklədiyini vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan gənclərinin səsi dünyanın aparıcı elm mərkəzləri, universitetləri, nüfuzlu təşkilatlarından gəlir. Bu, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Ümummilli lider Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı ilə bağlı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqət göstərib, onların sosial problemlərinin həlli istiqamətində tarixi işlər görüb. O bildirib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün gənclərimiz dünyanın nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi Seymur Hüseynov deyib ki, gənclərimiz gündən-günə ölkəmizin ictimai-siyasi həyatında daha fəal rol oynayırlar. O, ölkəmizdə gənclər təşkilatlarının uğurla fəaliyyət göstərməsinin Azərbaycan gəncliyinə dövlət dəstəyi nəticəsində mümkün olduğunu vurğulayıb.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk illərdən gənclərə xüsusi diqqət göstərdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın Avropaya fəal inteqrasiya siyasətini həyata keçirməyə başladığını deyən G.Səfərova bu istiqamətdə gənclərə geniş şərait yaradıldığını bildirib. O vurğulayıb ki, məhz bu siyasətin nəticəsində Azərbaycan gəncləri ölkəmizin Avropaya inteqrasiyasına mühüm töhfə verirlər.
İclasa yekun vuran Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Azərbaycan cəmiyyətinin ən avanqard hissəsi olan gənclərin Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü geniş qeyd etdiklərini diqqətə çatdırıb.
Bildirilib ki, bu, təsadüfi deyildir. Çünki ölkəmizdə digər sahələr kimi, dövlət gənclər siyasətinin də təməlini xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub.
Müstəqilliyimizin ilk illərində ölkə həyatının bütün sahələri kimi, Azərbaycan gəncliyinin də ağır sosial-iqtisadi böhrana məruz qaldığını vurğulayan Əli Həsənov məhz bu dövrdə bəzi qüvvələr tərəfindən gənclərimizin silahlandırılaraq hakimiyyət uğrunda mübarizəyə cəlb olunduğunu deyib. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə Gənclər və İdman Nazirliyini yaradıb və bununla da gəncliyi birbaşa dövlət siyasətinin hədəfinə çevirib. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan gəncləri ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Əli Həsənov deyib ki, bunun nəticəsində biz bu gün Azərbaycan dövlətinin bütün sahələrində sağlam, rəqabətə davamlı gəncliyi görürük. Azərbaycan gənclər siyasətinin təməlində Ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Bu gün Azərbaycan gəncliyi haqlı olaraq öz Ümummilli lideri ilə qürur duyur, Onun ideyalarının daşıyıcıları qismində bütün imkanlarını səfərbər edir və Heydər Əliyevin dövlətçilik və azərbaycançılıq ideyalarını yaşadır, həyata keçirir.
Prezident Administrasiyasının şöbə müdiri deyib ki, dövlətimizin başçısı İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda gənclər siyasətinə diqqət daha da artırılıb. Çünki Prezident İlham Əliyevin Özü də dövlət siyasətinə məhz gənclik sırasından daxil olub.
Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə gənclər məsələsinin ölkəmizdə həyata keçirilən bütün dövlət proqramlarında diqqət mərkəzində saxlandığını vurğulayan Əli Həsənov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nı, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını (2007-2015-ci illər)”, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasını və bu qəbildən digər tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bölgələrdə gənclər evlərinin açılmasının Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və onların bütün sahələrdə idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirdiyini bildirən Əli Həsənov dövlətimizin başçısının ölkəmizdə bütün sahələr üzrə ən çox fərqlənən, nailiyyətlər əldə edən gənclər üçün mükafatların verilməsi barədə Sərəncamını diqqətə çatdırıb.
Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətindən danışan Prezident Administrasiyasının şöbə müdiri gənclərin milli mənəvi dəyərlər ruhunda yetişməsi, istedadlı gənclərə xüsusi qayğının göstərilməsi, gənclərin sağlamlığının qorunması, məşğulluqlarının təmin edilməsi, gənc ailələrə və gənclər təşkilatlarına dövlət dəstəyinin artırılmasını bu siyasətin əsas istiqamətlərindən olduğunu diqqətə çatdırıb.
Ölkəmizdə gənclər siyasətinin təməlində real işlərin dayandığını bildirən Əli Həsənov Azərbaycan gəncliyinin böyük ümidlər verdiyini, gələcək nəsillərin formalaşmasının uğurla getdiyini vurğulayıb. O deyib ki, biz bu gün gələcəkdə hakimiyyətdə bizi əvəzləyəcək yeni nəslin formalaşmasından razıyıq və bu prosesə bütün sahələrdə ciddi diqqət yetirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

