Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Krım başqa, Qarabağ başqa

Krım başqa, Qarabağ başqa

13.05.2014 [09:17]

“Krım məsələsilə Dağlıq Qarabağ məsələsini eyniləşdirmək düzgün deyil”. Publika.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ əzəldən Azərbaycanın tarixi ərazisi olub. Ermənistanın Rusiyadakı səfirinin Krımda baş verən hadisələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini eyniləşdirməsi məsələsinə də toxunan S.Novruzov deyib: “Ermənilər həmin ərazilərə müəyyən bir vaxtda gəliblər və orada yaşayırlar. Krımda baş verənlər isə tamamilə başqa proseslərlə əlaqədardır. Krım illər boyu müxtəlif ölkələrin tərkibində olub. Yəni, bu məsələyə yanaşma tərzi tamam başqa olmalıdır. Vaxtilə, Dağlıq Qarabağın girişində ermənilərin ora köçüb gəlməsi ilə əlaqədar abidə qoyulub. Əsasən, “Türkmənçay” və “Gülüstan” müqavilələrindən sonra ermənilər həm Azərbaycanın digər ərazilərinə köçüb, həm də Dağlıq Qarabağ ərazisinə yerləşdiriliblər”.

Paylaş:
Baxılıb: 926 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30