Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan nümayəndə heyəti Həştərxanda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan nümayəndə heyəti Həştərxanda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

13.05.2014 [09:29]

Mayın 12-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Ulu öndərin bu şəhərdə ucaldılan abidəsini ziyarət edib.
AzərTAc-ın Həştərxana ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq Ümummilli liderin xatirəsini anıblar.
Sonra nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Arzu” uşaq şəhərciyindəki kafedə uşaqlarla görüşüblər. Uşaqlar qonaqları şeirlərlə qarşılayıblar. Sonra uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.
Daha sonra nümayəndə heyəti knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoyub.

Paylaş:
Baxılıb: 977 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30