/ / Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclası keçirilib
Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının 59-cu iclası keçirilib
05.06.2014 [09:06]
Dünən Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Gömrük Xidməti Rəhbərləri Şurasının (MDB GXRŞ) 59-cu iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev qonaqları salamlayaraq ümidvar olduğunu bildirib ki, onlar Azərbaycanın nailiyyətləri, ölkəmizin mədəniyyəti, milli mətbəxi və görməli yerləri ilə tanış ola biləcəklər.
A.Əliyev may ayında Azərbaycana idxal edilmiş avtomobillərin sayının azalması məsələsinə toxunaraq qeyd edib ki, avtomobil bazarında boşluq yaranmayacaq. DGK sədri daha sonra deyib: “Azərbaycana gətirilən avtomobillər yalnız buraxılış ili göstəricisinə əsasən idxal edilmir. Maşınlara baxış keçirilir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə birlikdə zəruri nəzarət tədbirləri həyata keçirilir”.
İclasda 2014-cü il üçün MDB GXRŞ katibinin təyin edilməsi, Şuranın əvvəlki iclasında qəbul edilmiş qərarların yerinə yetirilməsinin gedişi məsələlərinə baxılıb, malların təkrar ixracı və təkrar ixraca icazə verilməsi qaydalarına dair 15 aprel 1994-cü il tarixli sazişə dəyişikliklər edilməsi haqqında protokolun layihəsi, MDB ölkələrinin gömrük bəyannaməsi və onun doldurulması qaydaları, internet-ticarət problemləri, habelə MDB GXRŞ-nin 60-cı iclasının keçiriləcəyi vaxt və yer məsələsi müzakirə edilib.
Sonda Azərbaycan və Moldovanın gömrük xidmətləri arasında saziş imzalanıb.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

