Azərbaycan dövləti daxili siyasətlə bağlı prinsipial xəttini davam etdirəcək
19.06.2014 [09:48]
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Daha doğrusu, ölkəmizin müxtəlif istiqamətlərdə uğurlar əldə etməsi ayrı-ayrı beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir.
Lakin onu da vurğulamaq yerinə düşər ki, bu uğurları əldə etmək elə də asan olmayıb. Çünki müstəqilliyimizin ilk illərində səriştəsiz qüvvələrin yarıtmaz idarəçiliyi ucbatından respublikamız ağır sınaqlarla baş-başa qalmışdı. Bir tərəfdən, Ermənistanın ölkəmizə hərbi təcavüzü, digər tərəfdən, daxildəki qeyri-sabitliyin olması Azərbaycan dövlətçiliyini məhvə aparırdı. Yalnız 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində ölkəmizin üzləşdiyi təhlükələr dəf olundu, ictimai-siyasi sabitlik təmin edildi. Bundan sonra isə, Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Beləliklə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Bu uğurlar Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən, regionlarımızın inkişafında da müstəsna rol oynayıb. Yəni, həm BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməyimiz, həm də iqtisadi müstəvidə böyük nailiyyətlərin əldə olunması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Yeri gəlmişkən, 28 May-Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında bu məqamlara toxunan Prezident İlham Əliyev Azərbaycanın daha güclü dövlətə çevrilməsinin əsas məqsədimiz olduğunu vurğulayıb: “Bizim əsas məqsədimiz Azərbaycanı daha da güclü dövlətə çevirməkdir, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdır. Biz daxili siyasətlə bağlı prinsipial xəttimizi bundan sonra da aparacağıq. İslahatlar dərinləşəcəkdir. Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, azad cəmiyyətin formalaşması istiqamətində islahatlarımız davam etdiriləcəkdir. Bu islahatları kiminsə xoşuna gəlmək üçün deyil, gələcəyimiz üçün edirik, aparırıq və aparacağıq.
Bu gün Azərbaycan müasir dövlətdir və bu dövlətin çox möhkəm əsasları vardır. Bu əsaslar bizim milli dəyərlərimizdir, Azərbaycan dəyərləridir. Bu da çox önəmlidir. Daxili siyasətdə bu amil daim diqqət mərkəzindədir. Biz bundan sonra da ölkəmizin inkişafı üçün bütün tədbirləri görəcəyik. Biz bu möhkəm təməli daha da möhkəmləndirəcəyik”.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanın ötən dövr ərzində böyük inkişaf yolu keçməsi, ilk növbədə, həyata keçirilən düzgün iqtisadi siyasətlə əlaqədardır. Belə ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi siyasət müasir dünya iqtisadiyyatının tələblərinə müvafiq olmaqla ölkəmizin tərəqqisini təmin edir. Ölkənin qeyri-neft sektorunda müşahidə olunan dinamizmi də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən siyasətin mühüm nəticəsi hesab etmək olar. Xüsusilə Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru ölkəmizdə valyuta gətirə biləcək strateji bölməyə çevrilib.
Təbii ki, sürətli iqtisadi inkişaf vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasında da əks olunur. Xüsusilə də ölkəmizdə yoxsulluğun aşağı salınması və əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən fundamental tədbirlər bu istiqamətdə qarşıya qoyulan məqsədlərin təmin olunmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, Azərbaycanda məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi nəticəsində insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 10 ildə ölkəmizdə 1 milyon 200 mindən çox yeni iş yeri yaradılıb, yüzlərlə yeni müəssisə fəaliyyətə başlayıb. Bunların böyük hissəsi bölgələrin payına düşür.
Bununla yanaşı, ölkəmizdə sənayeləşmə siyasəti də uğurla davam etdirilib və əldə edilən nəticələr yalnız iqtisadiyyatın inkişafına və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bildiyimiz kimi, son illərdə Azərbaycanın artan iqtisadi göstəricilərində sənayenin xüsusi çəkisi hiss olunur. Sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son illərdə keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan verib. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin əhəmiyyətli dərəcədə inkişaf meyilləri ilə müşayiət olunmasına imkan yaradıb. Sənayenin strukturuna diqqət yetirdikdə, qeyri-neft sənayesi sahələrinin artım tempinin daha yüksək olduğunu görmək mümkündür. Başqa sözlə, rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin əsas prioritetlərindən biri də müxtəlif sahə və sektorlarda təhlükəsizliyin təmin olunmasıdır. Bu sırada ərzaq təhlükəsizliyi isə xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli işlər görülür. Azərbaycan hökuməti respublikamızın ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün güclü iqtisadi imkanlara malikdir. Hökumət daxili bazarın qorunması, istehlakçıların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi və qiymətlərin sabit şəkildə qorunub saxlanması üçün möhkəm iradəyə, güclü idarəçilik təcrübəsinə və potensial iqtisadi resurslara malik olmaqla yanaşı, iqtisadiyyatın dinamikasının yüksəlməsinə zəmin yaradan davamlı islahatlar həyata keçirməyə qadirdir.
Onu da qeyd etmək vacibdir ki, Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya da ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Əlbəttə, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur.
Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına, həmçinin, islahatları dərinləşdirmək iradəsinə malikdir. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Heç şübhəsiz, regionların sosial-iqtisadi inkişafının da xüsusi diqqət mərkəzində saxlanılması Azərbaycanın tərəqqisinə təkan verir. Heç kimə sirr deyil ki, regionlarda mövcud olan iqtisadi potensialdan səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi ötən dövr ərzində infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub.
Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsində bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir. Birmənalı şəkildə vurğulamaq olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir. Digər tərəfdən, seçki prosesi, onların reallaşdırılma vasitələri və demokratiklik səviyyəsi baxımından da Azərbaycan olduqca yüksək səviyyədə qiymətləndirilir.
Əlbəttə, bütün bunlar vətəndaşların siyasi həyatda daha azad və layiqli şəkildə iştirakına spesifik töhfələr verməkdədir. Nəticə etibarilə, vətəndaş-dövlət münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə təmin edilməkdə və arzulanan nəticələri verməkdədir. Siyasi-hüquqi islahatların mütəmadi qaydada və prinsipiallıqla davam etdirilməsi milli təhlükəsizliyin təmin olunmasına önəmli töhfələr verməklə yanaşı, demokratik inkişafı sürətləndirməkdə və ictimai-siyasi sabitliyin əsaslarını möhkəmləndirməkdədir. Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan yüksək sürətlə ardıcıl olaraq inkişaf edən ölkəyə çevrilib və bu siyəsət davamlı xarakter daşıyır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

