Müharibə təkcə ön cəbhədə deyil, informasiya cəbhəsində də aparılır
21.06.2014 [11:10]
Hərbi vəziyyət və ya şəraitlə bağlı dezinformasiya yaymaq bilavasitə həm ictimai şüura neqativ təsir etməkdir, həm də strateji baxımdan milli maraqlara qarşı yönəlmiş seçimdir
Müasir dövrdə informasiya siyasi, ictimai, iqtisadi, hərbi və digər proseslərə təsir edən strateji faktor kimi çıxış edir. Xüsusilə də hərbi-psixoloji amillərin mövcud tendensiya və proseslərdə əhəmiyyətli rol oynadığı bir dönəmdə informasiya institutlarının fəaliyyəti birbaşa təsir mexanizmidir. Müharibə şəraitində olan dövlətlər isə informasiya amilinə, klassik (əsasən yazılı) və sosial medianın bu sahədəki fəaliyyətinə xüsusi diqqət yetirirlər. Çünki müharibə təkcə ön cəbhədə deyil, eyni zamanda, informasiya cəbhəsində də aparılır.
Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dolayısıyla, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu və ölkəmizin müharibə şəraitində olması media institutlarını bu vəziyyətlə əlaqədar daha həssas - məsuliyyətli və diqqətli olmağa vadar edir.
Hərblə bağlı informasiyalar hərbi əməliyyatlar qədər müstəsna əhəmiyyət kəsb edir
Belə olan halda, hərblə bağlı informasiyalar hərbi əməliyyatlar qədər müstəsna əhəmiyyət kəsb edir. Çünki müharibə şəraitində olan Azərbaycan düşmənə qarşı həm diplomatik cəbhədə, həm də informasiya müharibəsində strateji üstünlük əldə etmək məqsədindən çıxış edir. Bu cür şəraitdə klassik və sosial medianın məsələyə yanaşması sırf milli maraqlar kontekstində reallıqlara söykənməlidir. Yəni, sözügedən məsələdə hər hansı bir manipulyasiyaya, dezinformasiya və spekulyasiyaya yol vermək qəbuledilməzdir. Çünki nəzərə almaq lazımdır ki, hərbi vəziyyət və ya şəraitlə bağlı dezinformasiya yaymaq birbaşa həm ictimai şüura neqativ təsir etməkdir, həm də strateji baxımdan milli maraqlara qarşı yönəlmiş seçimdir.
İnformasiya ciddi hərbi-psixoloji təsir vasitəsi kimi...
Beləliklə, göründüyü kimi, informasiya ciddi hərbi-psixoloji təsir vasitəsi kimi çıxış edir. Ümumiyyətlə, bilik cəmiyyətinin yeni sosium növü kimi mövcud olduğu XXI əsrdə əsas təhdidlər məhz informasiya cəbhəsindən gəlir. Belə ki, “xam maddə” səciyyəsi daşıyan informasiyadan media institutları - kütləvi informasiya vasitələri, eləcə də sosial media ən müxtəlif məqsədlər naminə fərqli formalarda istifadə edirlər və bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bu sırada qeyd olunmalıdır ki, modern informasiya cəmiyyətlərində media institutlarının xüsusilə də hərbi-psixoloji informasiyalardan siyasi manipulyasiya məqsədilə istifadə etmələri, demək olar ki, adi hala çevrilib. Beləliklə, bir çox hallarda neqativ tendensiyaya rast gəlinir: informasiya hərbi-psixoloji silaha çevrilir...
Klassik və sosial media məsələyə fərqli rakurslardan yanaşır
Əlbəttə, hərbi-psixoloji məsələlərlə bağlı informasiyaların yayılması kontekstində klassik, yaxud çap mediası ilə sosial medianın yanaşmalarındakı fərqlilik aşkar görünür. Bunu daha aydın anlamaq üçün ilk növbədə, hər iki media növünün xarakteristikasına diqqət yetirmək lazımdır.
Bəlli olduğu kimi, klassik media təsisatı (əsasən yazılı mətbuat) modern cəmiyyətlərdə başlıca məlumat mübadiləsi vasitəsidir. Müasir dövrün qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə kütləvi informasiya vasitələri yerinə yetirdiyi funksiyalar etibarilə ictimai rəyi formalaşdıran, istiqamətləndirən, milli münasibətlər zəminində ideoloji amillərin təşəkkül tapmasını təmin edən və mənəvi-ideoloji müstəvidə dinamikliyi şərtləndirən təsisatlardandır. Məhz buna görə də, politoloji leksikonda kütləvi informasiya vasitələri hakimiyyətin dördüncü qolu adlandırılır. Bu baxımdan, kommunikasiya vasitəsi kimi media təsisatından səmərəli surətdə istifadə edilməsi strateji önəm kəsb edən fundamental vəzifə kimi dəyərləndirilir. Beləliklə, təsir dairəsinə görə klassik medianın funksionallığı daha üstündür. Məhz bunun da qanunauyğun nəticəsidir ki, əsasən yazılı mətbuat bəhs olunan məsələlərə daha məsuliyyətli və rasional yanaşır. Bunun əsas səbəbi klassik medianın özünütənzimləmə mexanizminə malik olmasıdır.
Yazılı mətbuatdan fərqli olaraq isə sosial media həm hüquqi, həm də ictimai tənzimləmə mexanizminə malik olmadığı üçün informasiya kirliliyinə yol verir, nəticə etibarilə, media məsuliyyəti anlayışı heçə sayılır. Beləliklə, sosial media istifadəçiləri dəqiqləşdirilməmiş, spekulyasiya xarakterli informasiyaları mənimsəyərək neqativ təsirə məruz qalırlar.
Bir çox ekspertlərin qənaətinə görə, əsas məsələ budur ki, “sosial media öz məsuliyyətini dərk etməlidir”. Amma məsələyə geniş çərçivədən yanaşma bunu deyir ki, sosial medianın məsuliyyətini formalaşdırmaq üçün ilk növbədə, virtual hüquqi tənzimləmə mexanizmi, yaxud “kiber hüquq” sistemi yaradılmalıdır.
Sosial medianın məsuliyyətinin müəyyən olunması və tənzimlənməsi məsələsi: “kiber hüquq” sistemi çıxış yolu kimi
Əslində, sosial mediada yayılan hərbi-psixoloji xarakterli dezinformasiya və manipulyasiyalar kiberterror kateqoriyasına daxildir. Dolayısıyla, bununla informasiya təhlükəsizliyi pozulur ki, bu da, eyni zamanda, hərbi təhlükəsizliyə qarşı yönəlmiş təhdid kimi dəyərləndirilə bilər. Beləliklə, qeyd etdiyimiz kimi, virtual müstəvidə kiberterrorun qarşısının alınması istiqamətində institusional mexanizmlər formalaşdırılmalıdır. Burada, əsas etibarilə, tənzimləmə metodları düzgün seçilməlidir. Bildiyimiz kimi, tənzimləmənin təşkilati-hüquqi, iqtisadi və sosial-psixoloji metodları mövcuddur. Amma bu məsələdə (kiber təhlükəsizlik, internet və sosial medianın tənzimlənməsi) hüquqi tənzimləmə mexanizmi əsas götürülməlidir. Ümumiyyətlə, hüquqi tənzimləmə mexanizmi dedikdə, mövcud münasibətlərə təsir göstərmək, neqativ halları aradan qaldırmaq üçün istifadə edilən hüquqi vasitələr sistemi başa düşülür. Ekspertlərin qənaətinə görə, internetin, eləcə də sosial medianın fəaliyyəti ilə əlaqədar meydana çıxan ictimai münasibətlərin effektiv şəkildə tənzimlənməsi sahəsində aşağıdakı hüquqi mexanizmlər tətbiq edilir və ya edilə bilər:
- qanunvericilik normaları;
- sosial normalar (adətlər, ictimai nəzarət və təcrübə);
- özünütənzimləmə;
- beynəlxalq təcrübədən istifadə.
Bununla yanaşı, bəzi ekspertlər sosial medianın məsuliyyətinin müəyyən olunması üçün spesifik - ayrıca qanunlar sisteminin mövcud olmamasını əsas gətirərək (bəzi hallarda iddia edərək) bu sahədə tənzimləmənin çətin olduğunu bildirirlər. Amma əslində, müəyyən ictimai münasibətlərin tənzimlənməsi üçün qanunvericilikdə birbaşa nəzərdə tutulan hüquq normalarının olmaması bütün hallarda problem yaratmır. Çünki bu halda, oxşar münasibətləri tənzimləmək üçün nəzərdə tutulan hüquq normaları tətbiq edilir. Hüquqi leksikonda buna “hüquq normalarının analogiya üzrə tətbiqi” deyilir. İnternetlə bağlı ictimai münasibətlərin tənzimlənməsi üçün xüsusi qanunvericilik bazasının hələ zəif olduğu indiki şəraitdə analogiyalardan geniş istifadə edilir. Bu isə “kiber hüquq” sisteminin yaradılmasını zəruri edir. Bu istiqamətdə artıq hüquqi zəmin də mövcuddur. Belə ki, 2003-cü ildə Budapeştdə Avropa Şurası tərəfindən imzalanan Kibercinayətkarlıq haqqında Konvensiya kibercinayətkarlıqla beynəlxalq miqyasda mübarizə sahəsində ən mühüm sənəd kimi çıxış edir.
Göründüyü kimi, sosial mediada tənzimləmə mexanizminin formalaşdırılması üçün çıxış yolu kifayət qədər sadə və asandır. Bu istiqamətdə gələcəkdə müsbət nəticələrin əldə ediləcəyi ilə bağlı optimist proqnozlar vermək mümkündür.
Bütün hallarda, hüquqi tənzimləmə məsələsindən asılı olmayaraq, həm sosial, həm də klassik - yazılı media bəhs etdiyimiz məsələlərə məsuliyyət prinsipi əsasında yanaşmalıdır. Və biz də sonda həmkarlarımızı bu cür strateji (hərbi-psixoloji) məqam və məsələlərdə olduqca həssas və məsuliyyətli olmağa çağırırıq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxMEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09

