Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

Heydər Əliyev və müasir Azərbaycan gəncliyi

08.05.2026 [16:26]

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının təşəbbüsü ilə Ağdaş Dövlət Humanitar Kollecində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayeva Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək bildirib ki, ölkəmizdə gənclər siyasətinin əsası dahi şəxsiyyətin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində ölkəmizdə vətənpərvər nəsil yetişib.

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov geniş məruzə ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həm Sovetlər dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi zamanı həyata keçirdiyi uzaqgörən siyasətdən geniş söz açıb. Əlişah Rəcəbov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan gənclərinin SSRİ-nin və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün böyük işlər görüb. Bu siyasət müstəqillik illərində də davam etdirilib. Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan  gəncliyinə xüsusi diqqət və qayğı göstərib.

Tədbirdə çıxış edən partiya fəalları - Elza İskəndərli, Ülkər Əzizova, Gülər Zakirova, Nigar Məmmədli və Şölə Fərmanlı qeyd ediblər ki, müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Dahi şəxsiyyət müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas edərək ölkədə ictimai asayişi bərqərar edib. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin edilib, Azərbaycan qalib dövlətə çevrilib.

Sonda Ağdaş Dövlət Humanitar Kollecinin tələbələrinin ifasında bədii kompozisiya təqdim edilib.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31