Azərbaycan Cənubi Qafqazın lider dövlətidir
04.07.2014 [09:52]
Ötən əsrin sonlarında keçmiş ittifaq məkanında baş verən geosiyasi proseslər nəticəsində Azərbaycan xalqı 1991-ci ildə XX yüzillikdə ikinci dəfə müstəqillik arzusuna qovuşdu. İki onillik müstəqil dövlət quruculuğu baxımından elə də böyük zaman kəsiyi olmasa da, bu illərdə müstəqil Azərbaycan bütün istiqamətlərdə yeni, müasir çağırışlarla səsləşən böyük uğurlara imza ataraq qlobal miqyasda öz yeri olan və regional əhəmiyyət daşıyan gücə çevrilib. Hazırda istənilən parametrlər baxımından müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.
Güclü liderlərin məqsədyönlü praqmatik siyasəti ilə müəyyənləşən uğurlu inkişaf yolu
Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: “Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyət tarixi yaradır”. Azərbaycanın nümunəsi bu fikrin əyani təsdiqidir. Azərbaycanın müasir tarixi məhz Ümummilli lider Heydər Əliyevin xalqın milli-mənəvi dəyərlərinə sadiq qalaraq gələcəklə bağlı müəyyənləşdirdiyi strategiyalar, siyasi-ideoloji əsaslarla zənginləşib. İctimai-siyasi platformadan asılı olmayaraq Onun parlaq şəxsiyyəti bütün dönəmlərdə xalqımız üçün mayaka, tərəqqi simvoluna çevrilib.
Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin fenomen xüsusiyyətləri Onun 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra bir daha bütün cəhətləri ilə öz təsdiqini tapdı.
Azərbaycanın dövlət müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşdiyi, ölkənin vətəndaş qarşıdurmasının astanasında dayandığı çox ağır, böhranlı bir tarixi şəraitdə siyasi rəhbərliyə gələn Heydər Əliyev özünəxas müdrikliklə qısa müddətdə respublikadakı anarxiyaya son qoydu və Azərbaycan tədricən inkişaf etməyə başladı.
Siyasi hakimiyyətdə varisliyin təmin olunması müstəqil Azərbaycanın uğurlarını şərtləndirən əsas amildir. 2003-cü ilin oktyabrında keçirilən seçkilərdə böyük səs çoxluğu ilə Azərbaycanın Prezidenti seçilən İlham Əliyev andiçmə mərasimində söylədiyi nitqində dövlət başçısı kimi Ümummilli lider Heydər Əliyevin siyasətini davam etdirməklə xalqın Ona bəslədiyi ümidləri doğruldacağına söz verdi. Seçicilərinə, xalqa verdiyi vədə əməlləri ilə sadiq qalan Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı yeni çağırışlar nəzərə alınmaqla daha da zənginləşdirərək uğurla reallaşdırır.
Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir
Prezident İlham Əliyevin səyləri ilə həyata keçirilən tədbirlər sayəsində respublikamızda iqtisadiyyatın keyfiyyətcə yeni səviyyəyə qalxması təmin edilib. İqtisadi inkişaf tempi baxımından dünya liderinə çevrilən Azərbaycanda son 10 ildə ümumi daxili məhsul 3 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə artıb. Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil edib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdəndir.
2013-cü ildə ölkə iqtisadiyyatına rekord həcmdə - 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Sevindirici haldır ki, iqtisadiyyatımıza yatırılan investisiyalar portfelində daxili sərmayələrin həcmi üstünlük təşkil edir.
Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, Azərbaycan neft ölkəsi olsa da, son illərdə burada iqtisadi inkişaf dinamikası əsasən qeyri-neft sektorunun payına düşür. Son 10 ildə qeyri-neft sektorunda 2,6 dəfə artıma nail olunub.
Ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlar nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapıb. “Dünya rəqabətqabiliyyətliyi 2013-2014” hesabatında Azərbaycan artıq 5 ildir ki, MDB ölkələri arasında birincidir. Dünyanın nüfuzlu reytinq agentlikləri “Fitch”, “Moodys” və “Standard and Poors” Azərbaycanın investisiya səviyyəli kredit reytinqini bir daha təsdiqləyiblər.
Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkədir
Azərbaycanda daxili imkanlar və beynəlxalq təcrübə nəzərə alınmaqla elm tutumlu, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulmasına böyük önəm verilir. Bu cəhətdən böyük gələcəyə malik İKT sektorunun inkişafı diqqəti daha çox cəlb edir. 2003-cü ildə Milli İKT Strategiyasının, sonrakı illərdə isə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul olunması bu sahənin inkişafında mühüm rol oynayıb. Son 10 ildə informasiya-kommunikasiya sahəsində 8,2 dəfə artım müşahidə edilib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, 2013-cü il fevralın 7-dən 8-nə keçən gecə Azərbaycanın müstəqillik tarixində ən əlamətdar hadisələrdən biri baş verdi-Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarıldı. Bununla da Azərbaycan Cənubi Qafqazda ilk və yeganə kosmik ölkəyə çevrildi.
Kosmik ailənin üzvü olan ölkəmiz bu sahədə uğurlarını gələcəkdə daha da artırmaq əzmindədir. Qarşıdan gələn 2015-ci və 2016-cı illərdə Azərbaycanın daha iki peykinin orbitə çıxarılması nəzərdə tutulub.
Azərbaycan investisiya idxal edən ölkədən sərmayələr ixrac edən ölkəyə çevrilib
Azərbaycan xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Cənubi Qafqazda liderdir və MDB məkanında ilk yerlərdən birini tutur. Ölkəmizin xarici dövlətlərin sərmayə bazarlarına yatırdığı investisiyaların həcmi təxminən 8 milyard dollar təşkil edir. Azərbaycanın investisiyalar yönəltdiyi ölkələrin coğrafiyasına Türkiyə, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya, Çexiya, Malayziya və digər dövlətlərin sərmayə bazarları daxildir.
Respublikamız, həmçinin, Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına sərmayələr yönəldən və regional infrastruktur layihələrini maliyyələşdirən investor rolunda çıxış edir. Təbii ki, Ermənistan məlum səbəblərdən Azərbaycanın investisiya imkanlarından məhrum qalıb. Digər Cənubi Qafqaz respublikası olan Gürcüstan isə Azərbaycanın ən çox investisiya yönəltdiyi ölkələrdəndir. Azərbaycan şirkətləri bu ölkənin yanacaq, energetika, turizm və digər sektorlarına iri həcmdə sərmayələr yönəldiblər. Hazırda Gürcüstanın “mavi yanacaqla” təminatının təxminən 70 faizi SOCAR-ın bu ölkədəki törəmə müəssisəsi tərəfindən həyata keçirilir. Bundan başqa, “SOCAR-CEORGİA” törəmə müəssisəsi qonşu ölkədə çoxlu sayda müasir standartlar səviyyəsində qurulan yanacaqdoldurma məntəqələri açıb.
Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 milyon dollar həcmində sərmayə yatırıb. Ümumiyyətlə, respublikamız bu Cənubi Qafqaz dövlətinə investisiyalar yönəldən ölkələr sırasında ilk beşlikdə qərar tutur.
Ölkədə iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılır
Azərbaycan yalnız iqtisadi göstəricilər baxımından deyil, eyni zamanda, siyasi təsisatlar, demokratik cəmiyyət quruculuğu, vətəndaşların fundamental hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətin demokratikləşməsi, innovasiyaların tətbiqi nöqteyi-nəzərindən də Cənubi Qafqazda lider mövqedə dayanır. Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində qazanılan nailiyyətlər region ölkələri üçün yaxşı nümunə sayıla bilər. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin tövsiyələri nəzərə alınmaqla hazırlanan və referendumla qəbul edilən Konstitusiyada təsbit olunan vətəndaşların geniş spektrli hüquq və azadlıqları Azərbaycanın bu sahədə inamlı mövqeyini ortaya qoydu. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin təmin edilməsi istiqamətində məqsədyönlü işlər davam etdirilir. Korrupsiya və rüşvətxorluğa, insan alverinə qarşı mübarizənin gücləndirilməsi, elektron hökumətin qurulması, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, müxtəlif sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi və digər addımlar bunu təsdiq edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla irəliləyir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları dövlətin artan dəstəyini hiss edirlər. Ölkədə fikir plüralizmi, mətbuat və internet azadlığı təmin edilib. KİV üzərində senzura ləğv edilib, dövlət siyasi oriyentasiyasından asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrinin maddi-texniki təminatının, o cümlədən də, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə dəstək verir.
Respublikanın beynəlxalq nüfuzu və qlobal əməkdaşlığa töhfələri getdikcə artır
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan paralel surətdə regionun beynəlxalq əməkdaşığa və təhlükəsizliyə verdiyi töhfələrin artmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərlə və beynəlxalq əlaqələr sistemi ilə bağlı öz mövqeyi olan, böyük beynəlxalq nüfuza malik bir ölkə hesab edilir. Ölkəmiz qısa müstəqillik tarixində xarici siyasət sahəsində bir sıra uğurlara imza atıb. Azərbaycanın 2011-ci ildə BMT təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının parlaq təzahürüdür. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu iki il ərzində, həmçinin, təşkilata sədrliyi dövründə Azərbaycan qlobal təhlükəsizliyə, dünyada əməkdaşlığın və sülhün bərqərar olmasına, sivilizasiyalararası dialoqa, o cümlədən, beynəlxalq terrorizmə qarşı aparılan mübarizəyə öz töhfəsini verib.
Son illərdə Azərbaycanın beynəlxalq əməkdaşlıq, tolerantlıq və sivilizasiyalararası dialoq məkanına çevrildiyini məmnunluqla qeyd edə bilərik. Ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da artırır. Ötən il Azərbaycan Davos İqtisadi Forumunu Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna gətirən ilk ölkə olmuşdur. Bundan başqa, 2013-cü ildə respublikamızda İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə beynəlxalq konfransın, III Beynəlxalq Humanitar Forumun, II Mədəniyyətlərarası Dialoq Forumunun, bu günlərdə isə Avropa İttifaqının “Rouz-Rout” seminarının, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının və digər qlobal miqyaslı tədbirlərin keçirilməsi də Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzuna, eləcə də ölkəmizin, xalqımızın xoş niyyətinə dəlalət edir. 2015-ci ildə isə Azərbaycan ilk Avropa Oyunlarını Cənubi Qafqaza gətirəcək.
Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, Azərbaycan Cənubi Qafqazda əksər regional layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP enerji dəhlizləri və digər layihələr buna misaldır.
Cənubi Qafqazın qlobal əməkdaşlığa verdiyi töhfələrdə mühüm payı olan Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. BMT, ATƏT, AŞ PA, İƏT kimi beynəlxalq təşkilatlar münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etsələr də, hələ də ədalətin bərpası mümkün olmayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğalçılıq siyasətini davam etdirməsi üzündən münaqişənin həllinin uzanması Cənubi Qafqazda iqtisadi inkişafa, regional əməkdaşlığa və təhlükəsizliyə təhdiddir.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

