/ / Fövqəladə Hallar Nazirliyi Akademiyasının məzunları onlara bəslənilən etimadı öz bilik və bacarıqları ilə doğruldacaqlar
Fövqəladə Hallar Nazirliyi Akademiyasının məzunları onlara bəslənilən etimadı öz bilik və bacarıqları ilə doğruldacaqlar
19.07.2014 [11:08]
İyulun 18-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasını bitirən məzunların buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Əvvəlcə Akademiyanın rəhbərliyi, kursantlar Fəxri xiyabanda xalqımızın Ulu öndəri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirib, məzar önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn akademiyanın kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.
Akademiyanın rəhbərliyi və kursantlar daha sonra Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
AzərTAc xəbər verir ki, məzunların buraxılışına həsr olunmuş təntənəli mərasimdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Prezident Administrasiyası rəhbərinin müavini, Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, akademiyanın rəisi, general-mayor Pənah Süleymanov, şəxsi heyət, məzunlar və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla anıblar.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
FHN-in Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov akademiyanın məzunu olan 95 kursantı təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Akademiyanın rəisi 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması barədə Sərəncamının ölkədə mülki müdafiə, ərazilərin təbii, həmçinin, texnogen xarakterli fövqəladə hallardan qorunması və əhalinin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitdən danışan P.Süleymanov bildirib ki, 2009-cu ildən fəaliyyət göstərən akademiya ikinci məzun buraxılışını həyata keçirir. Azərbaycan fövqəladə hallar orqanlarını ixtisaslı kadrlarla, peşəkar mütəxəssislərlə təmin etmək baxımından mühüm rol oynayan akademiyanın yaradılması Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə, onun şəxsi heyətinə diqqət və qayğısının daha bir təzahürüdür.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov vətənpərvərliyi və Ali Baş Komandana sadiqliyi ilə seçilən FHN-in zabit heyətinə qəbul olunmaları münasibətilə kursantları təbrik edib, onlara xidmətdə uğurlar arzulayaraq tövsiyələrini verib.
Nazir Kəmaləddin Heydərov dörd il əvvəl Akademiyaya daxil olan gənclərin FHN sistemi üzrə vacib ixtisaslara yiyələndiklərini, eyni zamanda, yüksək insani keyfiyyətlər əxz etdiklərini bildirib. Bu təhsil ocağının Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olduğunu diqqətə çatdıran nazir burada gənclərimizin ixtisaslara yiyələnməklə yanaşı, Vətən qarşısında borclarını da yerinə yetirdiklərini qeyd edib. Belə ki, akademiyada təhsil alan gənclər təkcə ixtisaslı zabit kimi deyil, eyni zamanda savadlı kadr kimi müxtəlif sahələrdə xidmət edəcəklər.
K.Heydərov məlumat verib ki, FHN-in canlı qüvvə və texnikası texnogen qəzalar, təbii fəlakətlər və digər fövqəladə hadisələr baş verdikdə dərhal həmin əraziyə cəlb olunur, digər qurumlarla birlikdə fəsadların aradan qaldırılmasını təmin edir. Bu gün FHN-in güclü maddi-texniki bazaya sahib səkkiz regional mərkəzi fəaliyyət göstərir. Ölkə ərazisində fövqəladə halların, xüsusən texnogen qəzaların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülür. Vurğulanıb ki, ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi bir dövrdə yeni avadanlığın quraşdırılması, istismara verilməsi çox böyük diqqət tələb edir. Bu diqqət nazirliyin strukturları tərəfindən həyata keçirilir.
Nazir əminliklə bildirib ki, akademiyanın builki məzunları gələcəkdə ən yüksək ixtisaslı əməkdaşlar olacaqlar. Onların qazandığı bilik, bacarıq və təcrübə fövqəladə hadisələrin öhdəsindən layiqincə gəlməyə, dövlətin və vətəndaşların mülkiyyətinin təhlükəsizliyini təmin etməyə imkan yaradacaq.
K.Heydərov, həmçinin, akademiyanın fəaliyyət göstərdiyi müddətdə gəncləri yüksək səviyyədə tərbiyə etdiklərinə və tədrisi dövrün tələblərinə uyğun qurduqlarına görə müəllimlərə, valideynlərə təbriklərini çatdırıb.
Bildirilib ki, bu gün Azərbaycanda iri regional layihələr reallaşdırılır. Sənaye müəssisələrinin, boru kəmərlərinin və digər mühüm infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində FHN-nin üzərinə böyük məsuliyyət düşür. Akademiyanın məzunlarının təhsil səviyyəsi bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan verəcək.
K.Heydərov FHN-nə göstərdiyi yüksək diqqət və qayğıya görə nazirliyin kollektivi və akademiyanın şəxsi heyəti adından Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Akademiyanı fərqlənmə diplomu ilə bitirmiş məzun Sənan Nəsirli bütün məzunlar adından çıxış edərək Vətənə sədaqətlə xidmət edəcəklərini, onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını vurğulayıb.
Mərasimdə məzunlara diplom və rütbələr verilib.
Akademiyanı “əla” qiymətlərlə bitirmiş məzun Həsən Nəsirov xatirə lövhəsini “Yaş kötüyü”nə vurub.
Sonra akademiyanın bayrağı məzunlar tərəfindən IV kurs müdavimlərinə təhvil verilib.
Kursantlar təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.
Xəbər lenti
Hamısına baxDünya
08 May 23:34
Formula 1
08 May 22:46
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20

