Beynəlxalq ictimaiyyət güclü, müstəqil Azərbaycan gerçəkliyini qəbul edir
26.07.2014 [10:45]
Vladimir Jirinovskinin ölkəmiz barədə səsləndirdiyi fikirlər həm etiraf, həm də dövlət idarəçiliyinin Azərbaycan təcrübəsindən nümunə götürməyə çağırış xarakteri daşıyır
Xəbər verildiyi kimi, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) sədri, Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski bu günlərdə “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycandakı inkişaf prosesi və ölkə rəhbərliyinin uğurlu idarəçiliyindən bəhs edib. Bu isə heç də təsadüfi deyil. O mənada ki, Azərbaycanın müstəqil daxili və xarici siyasəti, milli maraq, yaxud qlobal əhəmiyyət kəsb edən bütün məsələlərdə ardıcıl, prinsipial mövqeyi, ən nəhayət, ölkənin inkişafı, həyata keçirilən siyasi kursun hər bir sahədə özünü doğrultması hətta ölkəmizə və xalqımıza münasibəti heç də birmənalı olmayan, qatı millətçi Vladimir Jirinovskini belə həqiqətləri etiraf etməyə, dilə gətirməyə vadar edib.
PREZİDENT İLHAM ƏLİYEV GÜCLÜ LİDER KİMİ DÜNYAYA ÖRNƏKDİR
Kimsəyə sirr deyil ki, bu gün beynəlxalq aləmdə kifayət qədər mürəkkəb, dəyişkən, bir çox hallarda ən güclü beyin mərkəzlərinin belə proqnozlaşdırılmaqda çətinlik çəkdiyi proseslər gedir. Təbii ki, belə vəziyyət ayrı-ayrı ölkələrin rəhbərlikləri qarşısında dövlətin, xalqın gələcəyi, rifahı ilə bağlı siyasi, sosial, iqtisadi, hərbi baxımdan bir çox yeni çağırışlar meydana çıxarır. Müasir dünya təcrübəsi və ayrı-ayrı ölkələrin daxilindəki hadisələr göstərir ki, heç də bütün dövlətlərin liderləri bu çağırışlara adekvat cavab verə, milli maraqlara və zamanın tələblərinə uyğun siyasət yürüdə bilmirlər. Bu uğursuzluq isə çox zaman həmin ölkələrin əhalisi və dövlətçiliyi üçün kifayət qədər ağır nəticələrə gətirib çıxarır.
Eyni zamanda, bütün bu hadisələrin fonunda, Azərbaycan və onun rəhbərliyinin timsalında tamamilə fərqli bir prosesi müşahidə edirik. Belə ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq, hər bir sahədə sürətli inkişafa, möhkəm daxili sabitliyə nail olub, xarici siyasətdə isə inamlı və qətiyyətli mövqeyi ilə beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanıb. Təsadüfi deyil ki, son illərdə müxtəlif nüfuzlu sorğu mərkəzlərinin, jurnalların ayrı-ayrı dövlətlərdə keçirdiyi sorğuların nəticələrinə əsasən, Prezident İlham Əliyev dəfələrlə ən nüfuzlu lider seçilib. Öz növbəsində, beynəlxalq analitiklər və təcrübəli politoloqlar da dövlət başçımızın liderlik xüsusiyyətlərini, Azərbaycanın inkişaf modelini araşdırır, təhlil edirlər.
Bu gün beynəlxalq aləm Azərbaycan Prezidentinin fəaliyyətində həqiqi lider, bacarıqlı, uğurlu dövlət başçısı nümunəsinin şahididir. Bu məqamda xatırlatmaq yerinə düşər ki, son on ildə istər ölkəmizin yerləşdiyi regionda, istərsə də dünya miqyasında olduqca mürəkkəb hadisələr baş verib, beynəlxalq siyasi, iqtisadi münasibətlər bəzən böhran həddinə çatıb, bəzən kəskin dönüşlərlə müşayiət olunub. Lakin bütün bunların fonunda Prezident İlham Əliyev Azərbaycana rəhbərliyi, dövlət başçısı kimi müstəqil siyasəti ilə təsdiq edib ki, güclü lider beynəlxalq münasibətlərin konyukturasından, geosiyasi proseslərin axarından asılı olmayaraq, daim dövlətin maraqlarını qoruya bilən şəxsdir.
Həqiqi lider həm də düşünülmüş siyasi gedişlər, peşəkar diplomatiya yolu ilə başqa dövlətləri, beynəlxalq qurumları ölkənin maraqlarına uyğun olan əməkdaşlıq əlaqələrinə cəlb edə bilir. Yəni, məhz Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu bu gün Azərbaycana maksimum sayda xarici tərəfdaşlar, dostlar qazandırıb. Elə 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də ölkəmizə göstərilən etimadın nəticəsi idi. Quruma üzvlüyü dövründə olduğu kimi, bu gün də Azərbaycan fəal xarici siyasət yürüdür, sıx əlaqələr qurduğu ölkələrin sayını artırır, əməkdaşlıq arealını genişləndirir.
Əlbəttə ki, bu siyasi xətt möhkəm təmələ əsaslanır. Təsadüfi deyil ki, Vladimir Jirinovski məlum müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderlik bacarığını Ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqələndirib. Ulu öndəri şəxsən tanıdığını bildirən V.Jirnovski deyib ki, “O, böyük azərbaycanlı, parlaq və qeyri-adi şəxsiyyət idi”.
Şübhəsiz, Azərbaycanın müstəqil daxili və xarici siyasət kursunun müəyyənləşdirilməsi, ölkədə sosial-siyasi sabitliyin bərpası, iqtisadi inkişaf yoluna qədəm qoyması, dövlətçiliyin gücləndirilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev isə öz növbəsində, mövcud strategiyanı zamanın tələblərinə və milli maraqlara uyğun şəkildə davam etdirərək ölkəmizi bir vaxtlar təsəvvür edilməsi mümkün olmayan zirvələrə yüksəldib.
Əlbəttə ki, ölkəmizin uğurlarına sevinən dövlətlərlə yanaşı, ilk gündən etibarən Azərbaycanın inkişafını istəməyən, bu inkişafa mane olmağa çalışan qüvvələr də var. Lakin Prezident İlham Əliyev özünün çevik zəkası, yüksək manevrliliyi, hadisələri düzgün qiymətləndirərək, gələcəyi proqnozlaşdırmaq bacarığı, həmçinin, həyata keçirdiyi daxili və xarici siyasətin səmərəliliyi ilə bugünkü uğurlu Azərbaycan gerçəkliyini yaradıb. Azərbaycan heç bir xarici mərkəzin deyil, xalqın iradəsi ilə xalq üçün idarə olunur. Bu gerçəkliyin danılmazlığı və sarsılmazlığı ölkəmizi sevməyən çevrələrin bir qismini yeni reallıqla barışmağa vadar edib.
Qeyd olunduğu kimi, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti, dövlət idarəçiliyi beynəlxalq aləm üçün əsl liderlik nümunəsidir. Bu baxımdan, Vladimir Jirinovskinin Rusiya telekanalında Azərbaycan Prezidenti barədə səsləndirdiyi fikirlər etiraf olmaqla yanaşı, həm də dövlət idarəçiliyinin Azərbaycan təcrübəsindən nümunə götürməyə çağırış xarakteri daşıyır.
JİRİNOVSKİ AZƏRBAYCANIN SOSİAL-İQTİSADİ İNKİŞAFINI ETİRAF EDİB
Qeyd edək ki, Vladimir Jirinovski “Rossiya 24” telekanalına müsahibəsində Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib. O, Azərbaycanda kəndlərin abadlaşdırıldığını, yeni komplekslərin, həmçinin, idman komplekslərinin tikildiyini, Bakının gözəlliyini, abadlaşdığını, bütün ölkənin inkişaf etdiyini deyib.
Əlbəttə ki, V.Jirinovskinin təsvir etdiyi firavanlıq, inkişaf bu mühitdə yaşayan Azərbaycan xalqına yaxşı bəllidir. Çünki məhz Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatın artım tempinə görə 2000-ci illərin ortalarından etibarən dünya miqyasında ilk yerlərdədir, ölkədə yoxsulluq, işsizlik səviyyəsi minimum göstəricilərlə ifadə olunur. Azərbaycandakı inkişafı ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərdə, forumlarda, regional və qlobal siyasi, iqtisadi, mədəni məsələlərin müzakirə olunduğu mühüm görüşlərdə iştirak edən minlərlə xarici qonaq, nüfuzlu siyasi liderlər, ictimai xadimlər, beynəlxalq təşkilatların rəhbərləri, media nümayəndələri də görürlər və bu barədə öz ölkələrinin ictimaiyyətini də məlumatlandırırlar.
Öz inkişafı ilə marağa səbəb olan Azərbaycan xarici turistlərin də diqqətini cəlb edir. Yeri gəlmişkən, Vladimir Jirinovski məlum müsahibəsində Azərbaycanın gözəl turizm məkanlarının olduğunu da bildirərək Rusiya vətəndaşlarını ölkəmizdə dincəlməyə çağırıb.
Ölkəmizin bu cür sürətli inkişafının səbəbini isə V.Jirinovski Azərbaycan xalqının düzgün seçimi ilə - Prezident İlham Əliyevi dövlət başçısı seçməklə izah edib. Bu da təsadüfi deyil, çünki cənab İlham Əliyev ilk dəfə Prezident seçildiyi vaxtdan bu günədək fəaliyyəti ilə xalqın Ona həvalə etdiyi bu məsuliyyətli missiyadan irəli gələn vəzifələri layiqincə yerinə yetirə bilib, etimadı, ümidləri doğruldub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddətin Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olması, Azərbaycanın hazırda tarixi boyunca ən güclü dövrünü yaşaması xalqın sonuncu prezident seçkilərindəki seçiminin də məhz Prezident İlham Əliyev olmasının səbəbini tam aydınlığı ilə izah edir.
AZƏRBAYCANLA RUSİYA ARASINDA MÖHKƏM SİYASİ, HUMANİTAR ƏLAQƏLƏR MÖVCUDDUR
Məlum olduğu kimi, Azərbaycanın bir çox sahələr üzrə yaxın əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Rusiyadır. Tarixi qonşuluq münasibətləri, iki ölkə xalqlarının sıx təmasları ilə yanaşı, bu gün Azərbaycan-Rusiya əlaqələri hər iki ölkənin siyasi, iqtisadi, regional təhlükəsizlik maraqlarına cavab verir. Təsadüfi deyil ki, iki ölkə arasında mütəmadi olaraq yüksək rəsmi görüşlər keçirilir, qarşılıqlı, rəsmi, işgüzar səfərlər yeni birgə əməkdaşlıq perspektivlərini meydana çıxarır.
Qeyd edək ki, sözügedən müsahibəsində V.Jirinovski Azərbaycan və Rusiya rəhbərlikləri arasında yüksək siyasi əlaqələrin mövcud olduğunu, ölkəmizdə rusların özlərini tamhüquqlu vətəndaş kimi hiss etdiklərini, rus dilinə olan hörməti də qeyd edib: “Azərbaycan Rusiya əleyhinə partiyanın olmadığı yeganə ölkədir. Bu, sözün əsl mənasında dost ölkədir”.
Rusiyanın Azərbaycana böyük diqqət yetirməli olduğunu deyən V.Jirnovski hesab edir ki, belə yanaşma onun ölkəsinin digər iki müsəlman dövləti - Türkiyə və İran ilə münasibətlərinin yaxşılaşmasına xidmət edəcək. O, Azərbaycanın Rusiyadan heç bir təmənna gözləmədən, müsbət əlaqələr qurduğunu da bildirib.
Həqiqətən də, Azərbaycan və Rusiya arasında mövcud olan konstruktiv siyasi, iqtisadi əlaqələrin təməlində iki ölkənin sıx humanitar münasibətləri dayanır. V.Jirnovskinin də dediyi kimi hazırda, Azərbaycanda tədrisin rus dilində həyata keçirildiyi 400 məktəb var, 27 universitetdə rus dilində tədris aparılır. Həmçinin, tədrisin rus dilində olduğu orta, orta ixtisas və ali məktəblərdə təhsil alanların sayı 100 min nəfərdən çoxdur.
Azərbaycan həqiqətən də, Rusiya ilə münasibətlərində hansısa təmənna güdmədən bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq qurur. Azərbaycan ictimaiyyətinin Rusiyadan sadəcə bir gözləntisi var - bu da Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində üzərinə götürdüyü missiyanı yerinə yetirməsi, daha doğrusu işğalçı ölkəyə təzyiq göstərilməsinin vacibliyi ilə bağlıdır.
Beləliklə, bugünkü Azərbaycan-Rusiya münasibətləri ölkəmizin müstəqil, milli maraqlara xidmət edən, eləcə də, beynəlxalq hüquqa söykənən uğurlu xarici əməkdaşlığının bariz nümunəsidir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

