“The Oil and Gas Year” jurnalının Azərbaycan üzrə redaktoru AzərTAc-a əməkdaşlıq təklif edib
09.08.2014 [11:10]
“The Oil and Gas Year” jurnalının Azərbaycan üzrə redaktoru, argentinalı Tomas Gerbasio avqustun 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verilib. AzərTAc ilə İspaniyanın “EFE” və Argentinanın “TELAM” agentlikləri arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor Aslan Aslanov bu qurumların nüfuzlu beynəlxalq informasiya təşkilatlarında da uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcəyini bildirən baş direktor Aslan Aslanov bu nailiyyətlərin artıq dünya informasiya məkanına çıxmış agentliyin beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar yaratdığını vurğulayıb.
Qeyd edilib ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçulardan birinə çevrilib. İnkişafın Azərbaycan modelinə dünyada maraq getdikcə artır və ölkəmizin təcrübəsi müvafiq beynəlxalq qurumlar tərəfindən öyrənilir. Dünyanın mötəbər informasiya agentliklərinin də Azərbaycana artan marağı ölkəmizin uğurlarından və bu uğurların fonunda AzərTAc-ın beynəlxalq informasiya məkanındakı layiqli mövqeyindən qaynaqlanır.
Argentina mətbuatında Azərbaycan həqiqətlərinin və ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı xəbərlərin daha çox yayılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdıran baş direktor “TELAM” agentliyi ilə əməkdaşlığın perspektivlərindən də söhbət açıb. Məlumat verilib ki, bu agentliyin yaratmağı nəzərdə tutduğu yeni “ANSUR” informasiya portalında Azərbaycan bölməsi də fəaliyyət göstərəcək. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcək.
Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyən Tomas Gerbasio iki ölkə arasında münasibətlərin sağlam məcrada davam etməsində xəbər agentliklərinin mühüm rol oynadığını qeyd edib. Dünya informasiya məkanında nüfuzu getdikcə artan AzərTAc ilə əməkdaşlığın onlar üçün faydalı olacağını deyən Tomas Gerbasio əlaqələrin dərinləşdirilməsi ilə bağlı yeni layihəni hazırlayıb təqdim edəcəyini bildirib.
Tomas Gerbasio AzərTAc-ın loqosunun, informasiyalarının, fotomateriallarının “The Oil and Gas Year” jurnalında yerləşdirilməsində maraqlı olduğunu və onun əməkdaşlıq təklifinin müsbət qarşılanacağına əminliyini vurğulayıb. Qonaq, həmçinin “The Oil and Gas Year” jurnalının keçirəcəyi tədbirlərin AzərTAc tərəfindən işıqlandırılması təklifini də irəli sürərək, qarşılıqlı əməkdaşlığın və yardımın əhəmiyyətini qeyd edib.
Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz və nəqliyyat layihələrindən danışan Tomas Gerbasio Azərbaycan-Argentina münasibətlərinin inkişafını, eləcə də informasiya mübadiləsinin genişləndirilməsi istəyini yüksək dəyərləndirib.
Görüşdə AzərTAc ilə “The Oil and Gas Year” jurnalı arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olunub.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16

