Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq xalqlarımızın mənafeyinə uyğundur

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq xalqlarımızın mənafeyinə uyğundur

13.08.2014 [09:50]

Avqustun 12-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, Baş nazir Artur Rasizadə Azərbaycan və Serbiya arasında siyasi, humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, iqtisadi və hərbi-texniki sahədə də mövcud imkanlardan geniş istifadənin zəruriliyini vurğulayıb.
Bratislav Qaşiç Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlığın xalqlarımızın mənafeyinə uyğun olduğunu qeyd edib. Müdafiə naziri ölkəsində baş verən təbii fəlakət zamanı Azərbaycanın göstərdiyi yardıma görə Serbiya hökuməti adından minnətdarlığını bildirib. O, həmçinin Serbiya dövlətinin bütün beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan edib.
Sonda səmimi görüşə görə dərin təşəkkürünü bildirən serbiyalı nazir respublikamızda sürətli iqtisadi inkişafın şahidi olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Serbiya arasında əlaqələrin perspektivlərinə dair tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 800 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30