/ / Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
16.08.2014 [09:47]
Dünən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdırıldığını diqqətə çatdıran A.Əliyev son illər gömrük sisteminin inkişafının daha da sürətləndirildiyini, normativ hüquqi və maddi-texniki təminatın yaxşılaşdırıldığını, fəaliyyətin təkmilləşdirildiyini qonaqların diqqətinə çatdırıb.
Qanunvericilik bazasının möhkəmləndirilməsinə daima xüsusi önəm verildiyini vurğulayan komitə sədri Azərbaycanda 2012-ci ilin əvvəlindən yeni Gömrük Məcəlləsinin tətbiqi ilə əlaqədar 59 normativ-hüquqi sənədin qəbul edildiyini xatırladıb. A.Əliyev qeyd edib ki, 2009-cu ildən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilir. A.Əliyev istər ixraca nəzarət sistemi, kadr hazırlığı, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, istərsə də qanunvericilik bazasının möhkəmləndirilməsi, təcrübə mübadiləsi baxımından Azərbaycan Gömrük Xidmətinin Amerika təcrübəsindən xeyli yararlandığını da diqqətə çatdırıb.
Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan strateji müttəfiq kimi ABŞ hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini qeyd edib, iki ölkə arasında istər siyasi, istərsə də iqtisadi münasibətlərin hazırki durumundan məmnunluqla söhbət açıb. Amerikalı diplomat Azərbaycan Gömrük Təşkilatının modernləşməsi və inkişafı yolunda atılan uğurlu addımları, eləcə də qarşılıqlı münasibətlərin inkişafı naminə respublikamızın gömrük xidmətinin ölkəsinin analoji qurumu ilə bağlı əməkdaşlığını yüksək qiymətləndirib. Derek Hoqan, həmçinin, 26-28 avqust tarixlərində ABŞ-ın San-Antonio şəhərində keçiriləcək “ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsi İdarəsinin 2014-cü il üzrə Terrorizmə qarşı Gömrük-Ticarət Tərəfdaşlığı” mövzusunda konfransa dəvət məktubunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təqdim edib.
Görüşdə tərəfləri maraqlandıran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.
Zahid İLHAMOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

