Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması
23.08.2014 [10:03]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirən bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olub. Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən alınıb və qrupun tərkibində olan Karen Petrosyan əsir düşüb. Həmçinin nazirliyin məlumatında bildirilib ki, naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılıb və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilib.
Azərbaycandan fərqli olaraq, bu ölkənin ərazilərini işğal edən Ermənistan tərəfindən əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəaları daimi olaraq kobud şəkildə pozulur. Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilib.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlının taleyi haqqında bu günə qədər heç bir məlumat verilmir.
Bəyanatda qeyd edilir ki, öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalması, Həsən Həsənovun isə qətlə yetirilməsi, işğalın ilk günündən Ermənistan silahlı qüvvələrinin mütəmadi əsasda qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd xətti boyunca mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların hədəfə alınması, Ermənistan silahlı qüvvələrinin 31 iyul - 1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməli və 7 avqust tarixində bunun davam etdirilməsinə cəhd Ermənistanın beynəlxalq hüquq, insaniyyət və mənəviyyatdan kənar siyasətinin göstəricisidir.
Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirdilməsi və ona siyasi don geyindirilməsi cəhdləri bu ölkənin törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır.
ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistanın bu kimi qeyri-insanı rəftarına, o cümlədən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə, eləcə də 31 iyul-1 avqust tarixində Ermənistan tərəfindən törədilmiş terror-təxribat əməlinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bu bəyanat anlaşılmaz və qəbuledilməzdir.
ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu kimi həssas məsələlərdə birtərəfli və qərəzli fəaliyyət nümayiş etdirmələri Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmır.
Minsk qrupunun həmsədr ölkələri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi üzərlərinə düşən öhdəlik və məsuliyyətə uyğun olaraq, bu kimi bəyanatların əvəzinə BMT-nin Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında tezliklə işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin həllinin təmin olunmasına doğru səylərini artırmaları və səfərbər etmələri daha məqsədəuyğun olardı.
Bəyanatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatlıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq”.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

