/ / Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının qorunması, şəffaflıq yüksək səviyyədə təmin edilir
Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquqlarının qorunması, şəffaflıq yüksək səviyyədə təmin edilir
26.08.2014 [09:28]
Qərbin “demokratiya etalonu” sayılan ölkələrində baş verən qanunsuzluqlar, polis zorakılığı və başqa faktlara ikili standartlarla yanaşılması bir sıra beynəlxalq təşkilatların dövlətimizə qarşı haqsız iradlarını ifşa edir
Son on ildə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi, o cümlədən, siyasi inkişaf tempi ölkəmizi nəinki regionun, hətta böyük bir coğrafiyanın əsas siyasi aktoruna çevirib. Vurğulamaq lazımdır ki, ölkəmizdə demokratik təsisatların inkişafı, tolerantlıq mühitinin hökm sürməsi, azad sözə hörmətlə yanaşma, vətəndaş cəmiyyətinin inkişafı yönümündə görülən tədbirlər və milli maraqlara xidmət edən dövlət siyasətinin yürüdülməsi Azərbaycanın dünyanın ən demokratik ölkələrindən biri kimi qəbul olunmasını şərtləndirib. Əldə edilən iqtisadi uğurlar isə ölkə vətəndaşlarının sosial şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Bütün bu nailiyyətlər də öz növbəsində, kompleks halda ölkəmizin dünyada demokratik imicinin daha da artmasına gətirib çıxarıb.
Amma ölkəmizin keçdiyi bu uğurlu yol dostlarımızı sevindirdiyi kimi, Azərbaycanı gözü götürməyən, uğurlarımızdan narahatlıq keçirən bir sıra xarici dairələrin qısqanclığı ilə qarşılanır. Odur ki, Azərbaycandakı demokratik inkişafa, siyasi və iqtisadi sabitliyə xələl yetirmək istəyən, şər-böhtan vasitəsilə ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa çalışan bu anti-azərbaycançı dairələr bütün güclərini səfərbər ediblər. Həmin xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər.
Məlum olduğu kimi, bu günlərdə bir sıra beynəlxalq QHT-lərin və Qərbin bəzi qurumlarının adından yenidən Azərbaycanda, guya, insan hüquqlarının vəziyyətinin pisləşməsi haqda bəyanatlar verilib. Bəyanat müəllifi olan dairələrin nəzarətindəki bəzi nəşrlərdə isə Azərbaycanın sosial və siyasi reallıqlarını təhrif edən yazılar dərc edilir, ölkəmizin korrupsiya əleyhinə uğurlu mübarizəsinə, şəffaf hökumət quruculuğuna belə, qısqanclıqla yanaşılır. Azərbaycanın dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan EITI (Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü) təşkilatına üzvlüyünü ləğv etməyə belə, çağırışlar edilir.
Amma əsl reallıq tamam fərqlidir. Bu gün ölkəmizdə demokratiyanın inkişafı olduqca yüksək səviyyədə təmin olunub. Ölkədə fərqli fikrə hörmətlə yanaşılır, hətta müxalifətin radikal kəsiminin fəaliyyəti üçün hansısa maneə törədilmir. Sadəcə, qeyd edildiyi kimi, Azərbaycandakı inkişafı gözü götürməyənlər yenə də böhtan kampaniyası vasitəsilə ölkəmizə təzyiq etmək niyyətinə düşüblər. Bundan başqa, milli maraqlara xəyanət edən bəzi insanların ifşası, qanunvericiliyin tələblərini pozan və “QHT” pərdəsi altında gizlənən bəzi şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsi, belə demək mümkündürsə, həmin xarici anti-azərbaycançı dairələri fəaliyyətə keçirib.
Vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda şəffaflıq olduqca yüksək səviyyədə təmin olunub. Ölkəmizdə tətbiq olunan “ASAN” xidmət, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsində atılan addımlar Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizənin davamlı xarakter daşımasından xəbər verir. Bu isə birinci növbədə vətəndaşlarımızın hüquqlarının qorunmasına yönəlmiş tədbirlərdəndir. Bu gün Azərbaycana qarşı kin-küdurətlə “silahlanan”, həmçinin, min bir yalanla ölkəmizə qarşı hücum edən həmin dairələr, beynəlxalq QHT-lər və başqaları, görəsən, öz gözlərindəki “tir”i niyə görmürlər? Axı, Qərb mediasına qısa nəzər saldıqda dünyaya “demokratiya etalonu” kimi təqdim edilməsinə çalışılan ölkələrdə baş verən qanun pozuntularını, ikili standartı, vətəndaş hüquqlarının tapdanması faktlarını bariz şəkildə görmək mümkündür.
Məsələn, İsveçin Malmö şəhərindəki Limhams meydanında irqçi partiyaya qarşı nümayiş keçirən irqçilik əleyhdarları polisin sərt müdaxiləsi ilə qarşılaşıblar. Süvari polislərin müdaxiləsindən sonra atların tapdaqları altında qalan onlarca nümayişçi yaralanıb, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralıların arasında aksiya üçün Malmöyə gələn 200 Danimarka vətəndaşı da olub. Hadisə şahidləri qeyd ediblər ki, polis olduqca qəddar rəftar edib.
Amma Qərb dünyası, beynəlxalq təşkilatlar bu faktın üstündən sükutla keçirlər. İsveçdə baş verən bu hadisəyə nə üçün adekvat reaksiya verilmir? Axı dünyada tolerantlığın, multikulturalizmin təminatı bu təşkilatların “əsas fəaliyyət istiqamətləri olmalıdır”. Görəsən, hansı səbəbdəndir ki, elə həmin təşkilatlar tərəfindən bir sıra hallarda baş vermiş polis zorakılığının üstünün örtülməsinə, hətta hüquqları tapdanmış vətəndaşları günahkar çıxarmağa cəhdlər edilir.
Məlumat üçün bildirək ki, həmin qarşıdurmada polis nümayəndələrinin nümayişi dağıtmaq üçün atlardan istifadə etdikləri təsdiqlənib. Məlumatda bildirilir ki, 1000 nəfərlik nümayişin dağıdılmasına 400 nəfər polis cəlb edilib, odur ki, atlardan aksiya iştirakçıları əleyhinə istifadə edilməsi əsaslandırılmamış zorakılıq aktı olub.
Budurmu insan haqlarına “hörmət”? Qərb dünyası, Azərbaycanı ittiham etməyə çalışan, ölkəmizə qarşı böhtan kampaniyası aparan həmin dairələr Avropanın bu “demokratik” ölkəsində baş verənləri nə üçün görmürlər? Görürlərsə belə, fərqli yanaşma yolu seçənlərin ikili standart tətbiqi haradan qaynaqlanır? Bu gün “insan haqlarının qoruyucusu” qismində Azərbaycana qarşı təzyiq göstərməyə cəhd edənləri Malmödə polislərin atının ayaqları altında qalan insanlar maraqlandırmırmı?
Bəli, bir zamanlar sosial ədalətin, tolerantlığın və fərdi azadlıqların simvolu kimi təqdim olunan Skandinaviya ölkələrində indi irqçiliyin tüğyan etməsi halı ilk dəfə qeydə alınmır. Skandinaviya deyiləndə indi həm də norveçli irqçi qatil Anders Breyvik, islamofobiyanın vətəni, parlament seçkilərində yüksək nəticələr göstərən irqçi “Əsl finlər” partiyası və s. yada düşür. Amma özünü “demokratiya keşikçiləri” sayan bəzi QHT-lərin haqsız tənqid hədəfinə çevrilmiş Azərbaycanda hökm sürən tolerantlıq mühiti dünyaya nümunə olaraq göstərilir. Azərbaycanda dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaş bərabərhüquqludur. Ölkəmizdə hökm sürən tolerantlıq mühiti hətta aparıcı Qərb ölkələri tərəfindən belə, təqdir edilir.
Maraqlıdır ki, İsveçdə baş verən hadisədə bu ölkənin hüquq-mühafizə orqanlarının “İsveçlilərin Partiyası” kimi açıq faşist partiyasını xüsusi canfəşanlıqla mühafizə etməsi yeni hadisədir. Bu, bir daha Qərbdə, xüsusilə yalançı “demokratiyanı” özünə bayraq etmiş ölkələrdə təhlükəli tendensiyaların yaranmasından xəbər verir.
Bundan başqa, qeyd etdiyimiz kimi, Azərbaycanı haqsız yerə korrupsiyada ittiham etməyə çalışanlar öz ölkələrində baş verən qanunsuzluqlar qarşısında susmağa üstünlük verirlər.
Məsələn, ABŞ nəşrləri Virciniya ştatında korrupsiya skandalı haqda məlumat veriblər. Belə ki, ştatın keçmiş qubernatoru Bob Makdonell və həyat yoldaşı Morin varlı iş adamından onun şirkətinə üstünlük verilməsi müqabilində 165 min dollar dəyərində rüşvət almaqda ittiham olunurlar.
Əslində ABŞ siyasətçilərinin məhkəmə işləri yeni bir şey deyil. Məsələn, San Diyeqo şəhərinin keçmiş meri Bob Filner keçən il seksual zəmində təzyiqə görə məhkum edilib. Florida ştatından konqresmen Trey Radel isə kokaindən istifadə etməkdə günahkar bilindikdən sonra vəzifəsindən istefa verib. Makdonellərin işi kimi siyasi korrupsiya çox vaxt ABŞ mətbuatında jurnalist araşdırmalarının dərc olunmasından sonra başlayır. ABŞ ekspertləri baş verənlərə belə bəraət qazandırırlar: “İnsan təbiəti olduğu kimi qaldıqca korrupsiya da olacaq”.
Bir sözlə, görünən odur ki, əsl demokratiyanın hökm sürdüyü, antikorrupsiya mübarizəsinin günü-gündən daha da gücləndirildiyi, insan hüquq və azadlıqlarının qorunduğu Azərbaycanın bu tip QHT-lərin, beynəlxalq təşkilatların hədəfinə çevrilməsinin arxasında məhz ölkəmizin müstəqil siyasi kursu durur. Hər zaman milli maraqlara əsaslanan siyasi kursa üstünlük verən Azərbaycan hakimiyyəti həmin dairələrin, ermənipərəst qüvvələrin arzularının ürəklərində qalmasına nail olub. Ölkəmizdə hökm sürən vətəndaş-hakimiyyət birliyi isə bütün böhtanların, qarayaxma kampaniyalarının ən yaxşı cavabıdır...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

