/ / ABŞ-da jurnalistlərin fəaliyyətinə yaradılan maneələr bu ölkədə mediaya ciddi təzyiqlərin olduğunu göstərir
ABŞ-da jurnalistlərin fəaliyyətinə yaradılan maneələr bu ölkədə mediaya ciddi təzyiqlərin olduğunu göstərir
28.08.2014 [09:46]
Azərbaycan media nümayəndələri ABŞ-da jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması hallarının Birləşmiş Ştatların özü barədə yaratdığı imicə uyğun gəlmədiyini bildiriblər
Məlum olduğu kimi, avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferquson şəhərində 18 yaşlı silahsız qaradərili gəncin polis tərəfindən öldürülməsindən sonra şəhərdə və Sent Luis əyalətində etirazlar davam edir. Son nümayişlərdə etirazçılar təkcə Maykl Braun olayına deyil, ondan 10 gün sonra Ferqusonda polis tərəfindən öldürülən daha bir qaradərili gənc - 25 yaşlı Kacim Pauelin qətlinə də diqqət yetirilməsini tələb edirlər. Həmçinin, bir neçə gün əvvəl Maykl Braunun minlərlə insanın iştirakı ilə keçirilən dəfn mərasiminə 2012-ci ildə polis tərəfindən öldürülən 17 yaşlı Trayvon Martinin valideynləri də qatılıblar. Onlar Braunun ailəsinə dəstək verərək sakinləri haqq-ədalət bərpa olunanadək etirazları davam etdirməyə çağırıblar.
FERQUSON BÖHRANI ABŞ-IN MEDİA AZADLIĞI İLƏ BAĞLI PROBLEMLƏRİNƏ DƏ DİQQƏTİ CƏLB EDİR
ABŞ-da həftələrlə davam edən etirazlar bütün dünyanın diqqətini bu ölkənin irqi ayrı-seçkilik, polis zorakılığı, sərbəst toplaşma azadlığının pozulması, jurnalistlərə təzyiqlərin göstərilməsi kimi problemlərinə cəlb edib. Ferquson böhranı başqa ölkələrdən demokratiya prinsiplərinə əməl etməyi tələb edən ABŞ-ın özünün bu sahədə mükəmməllikdən çox uzaq olduğunu göstərdi. Xüsusən də, nümayişləri işıqlandıran jurnalistlərin işinə əngəl törədilməsi, ən azı 11 media nümayəndəsinin saxlanması, polisin onlara güc tətbiq etməsi ABŞ-da və dünyada mediaya təzyiq kimi qiymətləndirilir.
Xatırladaq ki, Ferqusonda yaşananlar ABŞ-da jurnalistlərə təzyiqlə bağlı ilk hal deyil. 2011-2012-ci illərdə ölkənin müxtəlif ştatlarındakı “İşğal et” hərəkatını və etirazlarını işıqlandıran jurnalistlərin də bir qismi həbs olunmuşdu. Ferquson olaylarından bir müddət əvvəl ABŞ-ın 38 nüfuzlu media təşkilatının rəhbərinin Prezident Barak Obamaya ünvanladığı məktubda ölkədə mediaya təzyiqlərin artmasından şikayət edilirdi. Ferquson böhranında da jurnalistlərin əsassız olaraq saxlanması etirazlar doğurub. Xatırladaq ki, “The Washington Post” qəzetinin icraçı direktoru Martin Baron rəhbərlik etdiyi orqanın əməkdaşının saxlanılaraq polis məntəqəsinə aparılmasını mətbuat azadlığının pozulması kimi qiymətləndirib.
ABŞ-da mediaya göstərilən təzyiqlər beynəlxalq miqyasda da etiraz və ironiya doğurub. Xatırladaq ki, Ferquson nümayişləri zamanı saxlanılan media nümayəndələrinin bir qismi, məhz xarici ölkələrin KİV əməkdaşları və vətəndaşları olublar.
ABŞ MEDİA AZADLIĞI SAHƏSİNDƏ DÜNYAYA MÜSBƏT NÜMUNƏ OLA BİLMİR
Məsələyə münasibət bildirən Azərbaycan media nümayəndələri ABŞ-da jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması hallarının bu ölkənin özü barədə yaratdığı imicə uyğun gəlmədiyini bildiriblər.
Belə ki, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başqa ölkələrdən media azadlığına, insan hüquqlarına hörmətlə yanaşmağı tələb edən ABŞ-ın özündə jurnalistlərə təzyiq göstərilməsi, insan haqlarının pozulması, irqi ayrı-seçkilik hallarına tez-tez rast gəlindiyini deyib: “İnsanların polis zorakılığına məruz qalması, silahsız qaradərili gənclərin öldürülməsi, etiraz aksiyalarının iştirakçılarına qarşı kobud davranış, jurnalistlərin, media nümayəndələrinin polis məntəqələrinə aparılması özünü “demokratiyanın beşiyi” hesab edən bir ölkədəki ciddi problemlərdən xəbər verir. Ümumiyyətlə, ABŞ-la yanaşı, dünyaya demokratiya dərsi keçməyə çalışan bir sıra digər Qərb ölkələri də var. Onlar özlərində olmayan demokratiya dəyərlərini başqalarından tələb edirlər. Demokratik prinsiplərin ən yüksək şəkildə tətbiq olunduğu Azərbaycan və digər bəzi ölkələrə qarşı isə ənənəvi olaraq qərəzli yanaşma sərgilənir. Ferquson olayları da göstərdi ki, ABŞ-da insanların hüquq və azadlıqlarının pozulması halları kifayət qədərdir. Lakin nədənsə, bu ölkədəki siyasi dairələr özlərində olan nöqsanlara göz yumaraq, başqa dövlətlərdə tənqid etməyə bir səbəb, bəhanə axtarırlar. Bu da, təbii ki, məntiqəuyğun olmayan düşüncə tərzinin məhsuludur. Hesab edirəm ki, ABŞ başqalarında qüsur axtarmazdan öncə özünün problemlərinə nəzər salsa və onların həlli ilə məşğul olsa, daha doğru olar”.
“Səs” qəzetinin baş redaktoru və “Səs” informasiya agentliyinin rəhbəri Bəhruz Quliyev bildirib ki, ABŞ demokratiya institutları daim Azərbaycanda demokratik ənənələrə ikili yanaşma nümayiş etdirməkdədir: “Demokratiya prinsiplərinin pozulması hallarına yol verən ABŞ-ın müəyyən siyasi dairələri ənənəvi olaraq başqalarını tənqid edir. Özünü “demokratiyanın beşiyi” adlandıran ABŞ-da irqi ayrı-seçkiliyin olması, insan haqlarının pozulması, jurnalistlərə təzyiqlərin göstərilməsi geniş hal alıb. Son bir neçə ildə ABŞ-da vətəndaşların hüquq və azadlıqlarının pozulması, jurnalistlərin həbsi hallarının artması onu göstərir ki, bu ölkədə ciddi dəyişikliklərə, demokratik islahatlara ehtiyac var. Müşahidə olunan hadisələr onu göstərir ki, ABŞ-da insan haqlarının pozulması halları əksər ölkələrlə müqayisədə daha çoxdur. Ona görə də, ABŞ ikili standartlardan əl çəkərək başqa dövlətlərə, o cümlədən, Azərbaycana bu istiqamətdəki yanaşmasında korrektələr etməlidir”.
B.Quliyev əlavə edib ki, jurnalistlərin vətəndaş cəmiyyəti institutlarının inkişafında böyük xidmətləri var: “Media qurumlarının özləri də vətəndaş cəmiyyətinin inkişafında böyük bir institut kimi rol oynayır. Deməli, ABŞ-da jurnalist fəaliyyətinə qoyulan əngəllər vətəndaş cəmiyyətinin inkişafı prosesinə mane olur. Hesab edirəm ki, media cəmiyyətin güzgüsüdür, demokratik inkişafın mühüm keyfiyyət göstəricilərindən biridir. Ona görə də hər bir vətəndaşın olduğu kimi, jurnalistlərin də hüquqlarının qorunması, medianın azad fəaliyyətinə şəraitin yaradılması dövlətin ilkin vəzifələrindən biridir. Bu baxımdan, qeyd etmək lazımdır ki, Azərbaycanda söz, media azadlığı, jurnalist təşkilatlarının sərbəst fəaliyyəti prioritet məsələ kimi təmin olunub. Respublikamızda vətəndaş cəmiyyətinin və azad medianın inkişafında dövlət öz hərtərəfli dəstəyini verməkdə davam edir”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Mətbuat Şurasının üzvü Azər Həsrət ABŞ-da baş verən proseslərin bütün dünyanın diqqət mərkəzində olduğunu deyib. O, bəzi beynəlxalq təşkilatların və Qərb dövlətlərinin Ferquson olaylarına ikili yanaşdığını bildirib: “Həqiqətən də, ABŞ-da baş verən hadisələrə yanaşma heç də Azərbaycan və digər bir çox ölkələrdə baş verənlərə yanaşmaya uyğun deyil. ABŞ-dakı polis zorakılığı, insanların öldürülməsi və bütövlükdə sərbəst toplaşma azadlığının məhdudlaşdırılması, eyni zamanda, media təmsilçilərinin fəaliyyətinin əngəllənməsi, hətta onların saxlanması kimi halların tətbiq olunması baş verməkdədir. Bütün bunlarla bərabər, ABŞ-da insan haqlarının vəziyyəti ilə bağlı problemlərə beynəlxalq insan haqları təşkilatlarının münasibətini görmürük. Faktiki olaraq orada baş verən proseslərə ya susqunluq nümayiş etdirilir, yaxud da ötəri toxunmaqla üzərindən keçilir. Bu isə bir daha ondan xəbər verir ki, istər rəsmi Vaşinqtonun siyasəti, istərsə də onun yedəyində gedən beynəlxalq insan haqları təşkilatlarının yanaşması ədalətsizdir, qərəzlidir. Yəni, baş verən hadisələrlə bağlı heç bir beynəlxalq təşkilat jurnalistlərin saxlanması, onlara zorakılıq tətbiq edilməsi, işlərinə əngəl törədilməsi barədə haray-həşir salaraq dünyanı ayağa qaldırmır. Bu da onu göstərir ki, həmin təşkilatların işi bəzi dövlətlərin siyasətini bütün dünyaya zorla qəbul etdirmək üçün çalışmaqdan ibarətdir”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edib ki, ABŞ-ın özündə insan hüquq və azadlıqlarının, media azadlığının qorunması ilə bağlı bu qədər problemlər olduğu halda, bu ölkənin başqa dövlətlərə demokratiya dərsi verməyə çalışması ikili standartlardan xəbər verir: “Ferquson olaylarında jurnalistlərin, KİV nümayəndələrinin saxlanması halları ABŞ-da mediaya təzyiqlərlə bağlı ilk məlumat deyil. Bu barədə ABŞ-ın media orqanları zaman-zaman öz narazılıqlarını bildirir. Ölkədə keçirilən müxtəlif aksiyalar zamanı qanunsuz həbslər, saxlanmalarla bağlı juranlistlərin araşdırdığı çoxsaylı faktların şahidi olmuşuq. Təəssüflər olsun ki, bu cür yanaşma bütövlükdə dünyada demokratiya və söz azadlığı sahəsində vəziyyətin pisləşməsinə səbəb olur. Çünki demokratik dəyərlərə ikili standartlardan yanaşmaq son nəticədə bu dəyərlərin gözdən düşməsinə zəmin yaradır. Digər tərəfdən, daim demokratiya və insan haqlarından danışan Birləşmiş Ştatların hərbi müdaxilə etdiyi ölkələrdəki fəlakətlər, insan haqlarının total surətdə pozulması, terror qruplarının meydan sulaması hər kəsə bəllidir. ABŞ-ın ayağı dəyən hər yerdə insan haqlarına ən kobud surətdə müdaxilə olunur. Buna görə də, başqalarına yol göstərməzdən əvvəl, ABŞ-ın özünün insan haqlarına hörmətlə yanaşması vacibdir”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

