Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozur
28.08.2014 [09:49]
BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın daimi nümayəndəsi işğalçı dövləti bir daha ifşa edib
Bu, bir həqiqətdir ki, işğalçı Ermənistan beynəlxalq müstəvidə “forpost” dövlət kimi tanınır, müstəqil daxili və xarici siyasət kursu həyata keçirmir. Digər tərəfdən, kimsəyə sirr deyil ki, Ermənistanın xarici siyasəti müəyyən hegemon güclərə güvənərək yalnız işğal, təcavüz və təxribat üzərindən fəaliyyət göstərməkdən ibarətdir. Hazırda Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil ermənilərin işğalçı, separatist əməlləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, dünyanı idarə edən güclər özlərinin maraqlarını əsas tutaraq əksər hallarda ikili standartlardan çıxış etməklə münaqişənin həlli prosesini ləngidirlər. Hər halda, böyük dövlətlər problemin həlli məsələsində daha müsbət addımlar ata bilərlər. Bundan başqa, bir sıra beynəlxalq təşkilatlar münaqişənin həllində aktiv mövqe nümayiş etdirsələr də, Ermənistanın “hansısa” amillərə görə qeyri-konstruktiv mövqe sərgiləməsi bütövlükdə problemin həlli prosesinin qarşısını alır.
Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etməklə yanaşı, eyni zamanda, ölkəmizə və digər bir sıra dövlətlərə qarşı da ərazi iddiaları ilə çıxış edir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan mütəmadi olaraq öz çıxışlarında müstəqil dövlətlərə qarşı ərazi iddialarını önə çəkib. Beynəlxalq hüququn subyekti olan bir dövlətin başçısının digər müstəqil milli dövlətlərə yönəlik bu cür şantaj, təhdid xarakterli bəyanat səsləndirməsi isə diplomatik qayda və prosedurlara görə yolverilməzdir. Bütün bunlar Ermənistanın rəsmi dövlət siyasətinin təcavüzkar xarakterə malik olduğunu göstərməklə yanaşı, həm də işğalçı ölkə rəhbərliyinin mövqe və siyasətinin beynəlxalq hüquq normaları ilə təsbit olunmuş qanunlara, dəyərlərə zidd olduğunu bir daha nümayiş etdirir. Əlbəttə, bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ermənistanın hansısa təşkilatlar çərçivəsində özünü əməkdaşlığa meyilli göstərmək cəhdləri reallığa əsaslanmır.
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi Azərbaycan dövlətinin xarici siyasətinin başlıca prioritetlərindəndir. Ölkəmiz bu istiqamətdə özünün bütün diplomatik imkanlarından səmərəli istifadə etməkdədir. Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyi bir dönəmdə Azərbaycan informasiya müharibəsində əhəmiyyətli işlər görməkdədir ki, bu da öz uğurlu nəticələrini verir. Daha dəqiq desək, həm Ermənistanın işğalçı siyasətini ifşa edən, həm də ölkəmizə dair gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə görülən tədbirlər dünya erməniliyinin “qara piar” kampaniyasının neytrallaşdırılmasında xüsusi əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, xatırladaq ki, avqustun 21-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Münaqişələrin qarşısının alınması” mövzusunda açıq iclasında çıxış edib. Münaqişələrin qarşısının alınması konsepsiyası ilə beynəlxalq mübahisələrin dinc yolla tənzimlənməsi prinsipi arasında sıx qarşılıqlı əlaqə olduğunu vurğulayan səfir Yaşar Əliyev qeyd edib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanı özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna malikdir.
Azərbaycanın daimi nümayəndəsi onu da xatırladıb ki, beynəlxalq hüquq nəinki münaqişənin qarşısının alınması və ya tənzimlənməsi üçün müəyyən nəticəyə nail olmağı, həm də və ilk növbədə, son nəticəyə nail olmazdan əvvəl konkret normalarla tam uzlaşan proses getməsini tələb edir. Bu baxımdan vurğulanıb ki, münaqişələrin nizamlanması üzrə müvafiq mexanizmlərdən hüquqa açıq-aydın zidd olan və baş vermiş fakta əsaslanan qərarların təsbit olunması vasitəsi kimi istifadə edilə bilməz. Bu cür qərarları zorla qəbul etdirmək və ya təşviq etmək cəhdləri isə uğursuzluğa məhkumdur və bu cəhdlər möhkəm sülh, uzunmüddətli sabitlik üçün zəruri əsas yaratmağa əsla kömək etməyəcək. Y.Əliyev təcavüzkar separatizm probleminə hərtərəfli beynəlxalq yanaşmanın zəruriliyini də qeyd edib. Təhlükəsizlik Şurasının diqqəti onun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə, münaqişələrin gedişində törədilmiş cinayətlərə görə məsuliyyət və cəzasızlığa qarşı mübarizə kimi mühüm məsələlərə baxılarkən prinsipial mövqe tutmağın vacibliyinə yönəldilib.
Bundan sonra Ermənistanın daimi nümayəndəsi Zöhrab Mnatsakanyan çıxış edərək Azərbaycan tərəfin arqumentlərinə qarşı heç bir dəlil ilə təsdiqlənməyən standart ittihamlar irəli sürməyə cəhd göstərib. Yaşar Əliyev isə cavab bəyanatı ilə çıxış edərək Ermənistan səfirinin beynəlxalq birliyi çaşdırmaq və öz dövlətinin ilhaqçı siyasətindən, Azərbaycan ərazisinin xeyli hissəsinin Ermənistan tərəfindən işğal edilməsi və etnik təmizləməyə məruz qalması faktından yayındırmaq üçün daha bir uğursuz cəhd göstərməsinə diqqəti cəlb edib. Yaşar Əliyev çıxışının sonunda deyib: “Danışıqların gedişində Ermənistanın mövqeyinin qeyri-konstruktivliyi, onun mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlı olması, Madrid sülh planına riayət etməkdən boyun qaçırması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi, sərt etnik təmizləmə siyasəti, habelə bu yaxınlarda törətdiyi, sülh prosesinin pozulmasına yönəlmiş təhrikçi hərəkətləri - bütün bunlar beynəlxalq birlik tərəfindən Ermənistan barəsində ciddi sanksiyalar tətbiq edilməsi üçün ən mühüm əsasdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Bununla əlaqədar, ilk növbədə, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
27 Sentyabr 09:08
Formula 1
27 Sentyabr 08:15
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36

