/ / Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb
Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb
29.08.2014 [09:22]
Kaliforniya ştatı Senatının Dağlıq Qarabağa dair qərəzli qətnaməsi ilə bağlı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb. Bəyanatda deyilir:
“Məlum olduğu kimi, ABŞ-ın Kaliforniya ştatındakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli AJR 32 saylı qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi. Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən bütün senatorlara dəfələrlə məktub göndərilib, onlarla çoxsaylı görüşlər keçirilib, qətnamənin tam qərəzli və ABŞ-ın xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, işğala haqq qazandırdığı diqqətə çatdırılıb. Bundan başqa, Kaliforniyadakı Azərbaycan icması səfərbər olub, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırıblar. Nəticədə, 1 milyon erməninin yaşadığı Kaliforniyada erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, ştatın Qanunverici Orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq, avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib.
Eyni zamanda, erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu, həmçinin ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbul olunması göstərir ki, Birləşmiş Ştatların siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.
Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya Qanunvericilik Orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993-cü, 1997-ci və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilib. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi yoxdur. Bunlar yalnız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil”.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

