Azərbaycanın Qərbə inteqrasiya kursu səmərəli nəticələr verir
06.09.2014 [09:40]
Qərb, öz növbəsində, müstəqil daxili və xarici siyasət kursuna malik olan, demokratik təsisatların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi-hüquqi islahatların keçirildiyi Azərbaycanla əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verir
Demokratik dəyərlərin təşəkkül tapdığı, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Qərbə inteqrasiya təşkil edir. Dövlətimiz Qərb dövlətləri, eləcə də, Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir.
Şübhəsiz, Qərb də, öz növbəsində, müstəqil daxili və xarici siyasət kursuna malik olan, demokratik təsisatların qanunlar çərçivəsində sərbəst fəaliyyət göstərdiyi, mütəmadi olaraq siyasi-hüquqi islahatların keçirildiyi bir dövlətlə - Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə böyük önəm verir. Bu və ya digər formatda davam etdirilən əməkdaşlıq bu əlaqələrin inkişafında mühüm rol oynayır.
Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiya prosesinə mühüm töhfə kimi...
Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Qərb dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Ölkəmizin Qərbə inteqrasiyası həm də bəhs olunan region dövlətləri ilə qarşılıqlı-faydalı ikitərəfli əməkdaşlığa söykənir. Azərbaycan əksər Qərb dövlətləri ilə siyasi, iqtisadi, mədəni, humanitar əlaqələrə malikdir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər Qərb dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir.
Xüsusi vurğulamaq gərəkdir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları, o cümlədən, bu gün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olan Avropa İttifaqı, Avropa Şurası kimi qurumlar ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını, həmçinin, sağlam əsaslara söykənən milli-mənəvi dəyərlərin cəmiyyət həyatının bütün sahələrinə sirayət etməsini yüksək qiymətləndirir. Bu məqamda qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir və reallaşdırılan bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Bununla yanaşı, söz, fikir və özünüifadə, eləcə də, internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır.
Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu əminliklə bəyan etməkdədir. Məsələn, bir müddət öncə Avropa Qonşuluğu İnformasiya Mərkəzinin yaydığı məlumata əsasən, “Avropa Qonşuluğu Barometri” çərçivəsində Azərbaycanda keçirilən sorğunun nəticələri vətəndaşların böyük əksəriyyətinin ölkədəki demokratiyadan razı olduğunu təsdiqləyib. Belə ki, 2013-cü ilin dekabr və 2014-cü ilin yanvar aylarında rəyi soruşulan 974 respondentin 65 faizi Azərbaycandakı demokratiyadan razı qalıb. Bu göstərici orta hesabla digər “Şərq Tərəfdaşlığı” ölkələri üzrə olan göstəricidən 29 faiz yüksəkdir. Sorğuda iştirak edənlərin 62 faizi öz həyatlarından məmnundur. Həyatdan məmnunluq səviyyəsi gənclər və təhsil alan respondentlər arasında daha yüksəkdir. Xatırladaq ki, təşkilatın ötən il açıqladığı digər bir sorğunun nəticələrində respondentlərin 60 faizinin ölkədə gedən demokratik proseslərdən razı olduğu əksini tapmışdı.
Beləliklə, demokratik dəyərlərə sadiq olan, öz daxili və xarici siyasətini sırf milli maraqlar üzərində quran Azərbaycanla əməkdaşlıq Qərb tərəfindən strateji prioritet kimi müəyyən edilib.
Avroatlantik strukturlarla əməkdaşlıq uğurla davam etdirilir
Dolayısı ilə, Avroatlantik strukturlarla əməkdaşlıq həm Azərbaycanın milli maraqlarına, həm də ölkəmizin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu əməkdaşlığı mümkün edən əhəmiyyətli faktorlardan biri isə ölkəmizin Qərbin müvafiq qurumlarında uğurla təmsil olunmasıdır. Məlum olduğu kimi, mayın 6-da Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrlik Azərbaycana keçib. 14 may tarixindən başlayan sədrlik müddəti altı ay davam edəcək. Qeyd edək ki, 2001-ci ilin yanvarından Avropa Şurasının üzvü olan Azərbaycan ilk dəfə bu qurumun Nazirlər Komitəsinə sədrlik edir.
Bundan başqa, Avropa İttifaqı ilə də əməkdaşlıq əlaqələri, xüsusilə də “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində uğurla davam etdirilir. Bu istiqamətdə müxtəlif sazişlər imzalanır, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılır. Bu kontekstdə son olaraq imzalanan sazişlər (Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında Saziş, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş və s.) tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını göstərir.
Qərb dövlətləri və Avroatlantik strukturlar Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir
Qərb dövlətləri, eləcə də, Avroatlantik strukturlar hazırda Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bir məqama xüsusi toxunmaq gərəkdir ki, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi ilk növbədə Qərb üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Əvvəla, Azərbaycanın rasional enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən Qərb üçün mühüm önəm daşıyır. Sirr deyil ki, ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin, o cümlədən, Avropanın, bütövlükdə Qərbin enerji strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə Qərb dövlətlərinin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

