Milli Məclisin sədri Osloda Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək
10.09.2014 [09:56]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün sentyabrın 10-dan 13-dək Norveçin paytaxtı Osloda səfərdə olacaq.
AzərTAc xəbər verir ki, bunu Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında deyib.
A.Təvəkküloğlu qeyd edib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Sahibə Qafarova, Xanlar Fətiyev, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Konfransda “Konstitusional hüquq və azadlıqlar demokratiyanın şərti kimi”, “Avropada demokratiya, suverenlik və təhlükəsizlik”, “Çoxluq və müxalifət-tarazlığın əldə olunması” mövzularında müzakirələr keçiriləcək. Nümayəndə heyətinin üzvləri müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Səfər çərçivəsində Oqtay Əsədovun konfransda iştirak edən nümayəndə heyəti rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.
Səfa Mirzəyev milli nümayəndə heyətləri baş katiblərinin görüşündə iştirak edəcək, qaldırılan məsələlərə münasibətini bildirəcək.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə konfransda MDB Parlament Assambleyasının xətti ilə iştirak edəcək.
Nümayəndə heyətinin Norveç Konstitusiyasının 200 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcəyi də gözlənilir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

