Bakıda “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində seminar
17.09.2014 [09:18]
Sentyabrın 16-da Bakıda İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi üzrə seminar öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, beynəlxalq seminarda mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, beynəlxalq aləmdə özünəməxsus nüfuz qazanmış Azərbaycan qədim tarixi-mədəni irsə malik turizm ölkəsi kimi qısa müddət ərzində dünya turizm bazarında da layiqli yer tutub.
Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Nazirliyin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti son vaxtlar özünü daha qabarıq şəkildə göstərir. Mədəni və dini oxşarlıq, ortaq mədəni irs bu təşkilata üzv ölkələrin birgə fəaliyyətinə xüsusi zəmin yaradır. Məhz bu amilin əhəmiyyətini nəzərə alaraq, təşkilat çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, birgə layihələr həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və sözügedən layihənin akademiya üçün də faydalı olacağını vurğulayıb.
Daha sonra “Ümumi mədəni irs şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi təqdim edilib.
Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
Bu ilin oktyabrında yekunlaşacaq layihənin məqsədi COMCEC regionunda beynəlxalq səviyyədə rəqabətli və davamlı turizmin inkişafına nail olmaq, əsas turizm bazarlarında bu ölkələrin mədəni turizm resursları barədə məlumatlılığı artırmaq, iştirakçı ölkələrin turizm sahəsində dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlığı gücləndirmək və bölgəyə dünya turizm bazarlarından daha çox turist cəlb etməkdir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyədə tarix-mədəni oxşarlıq, mövcud maddi irs və arxeoloji potensial, islam mədəniyyətinin əhəmiyyəti, ümumi mədəni irs şəhərlərinin ortaq cəhətləri və onların təbliğinin zəruriliyi, həmçinin bu ölkələrin dünya turizm bazarında mövqeyi, ümumi mədəni irs şəhərlərinin turizm potensialı, layihənin gələcəkdə turizm mübadiləsinə göstərəcəyi təsir və yaradılacaq yeni turizm məhsulunun əhəmiyyətinə dair təqdimatlar edilib.
Beynəlxalq seminar işini sessiyalarla davam etdirib.
Sentyabrın 18-dək davam edəcək seminarda layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, islam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19

