Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı dünya dövlətləri üçün nümunədir
20.09.2014 [10:37]
Sentyabrın 19-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
Oqtay Əsədov Əhməd Davudoğlunu Türkiyənin Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan-Türkiyə əlaqələrinin çox qədim köklərə əsaslandığını deyən sədr qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə yüksək səviyyədə olduğunu bildirib. Bildirilib ki, dünya dövlətləri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında dövlətlərimizin başçıları xüsusi rol oynayırlar.
Qeyd edilib ki, hər iki ölkənin qanunverici orqanları arasında da münasibətlərin səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyir. İkitərəfli hüquqi, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Oqtay Əsədov bildirib ki, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Qarşıya ölkələrimiz arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəfi qoyulub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov deyib ki, bu məsələnin həllində ölkəmiz əsas dəstəyini məhz Türkiyədən alır.
Baş nazir Əhməd Davudoğlu Azərbaycana hər səfərində ölkəmizdə gördüyü yüksək inkişafdan qürur duyduğunu deyib.
Türkiyənin Baş naziri bildirib ki, son illər dünyada baş verən böhranlar yalnız iki məsələni dəyişməyib. Birincisi, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dəyişməz qaldı. İkincisi, həm Azərbaycanın, həm də Türkiyənin inkişafında ləngimə baş vermədi. Ölkələrimiz sürətlə inkişaf edir.
Baş nazir kimi ilk səfərini Azərbaycana etdiyini xatırladan Əhməd Davudoğlu istənilən vəzifədə çalışmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan xalqlarına xidmət etmək arasında heç bir fərq olmadığını deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini vurğulayan Baş nazir diqqətə çatdırıb ki, bu problemin həlli, qardaş ölkənin ərazi bütövlüyünün təmin olunması Azərbaycan üçün nə qədər vacibdirsə, Türkiyə üçün də bir o qədər vacibdir.
Əhməd Davudoğlu ölkələrimizin parlamentləri arasında da əlaqələrin münasibətlərimizin inkişafında xüsusi rol oynadığını deyib.
Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamını xatırladan Baş nazir qardaş Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06

