/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra körpələr evi-uşaq bağçasının açılışında iştirak edib
04.10.2014 [11:09]
Oktyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Nizami rayonunda əsaslı təmirdən sonra istifadəyə verilən 175 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbəqədər təhsil müəssisəsinin 2 korpusdan ibarət olduğunu bildirib. Burada 6 qrup üzrə 110 uşaq tərbiyə alırdı. Amma bağçaya tələbatın çox olduğu nəzərə alınaraq bu il bağçanın yeni korpusu inşa edilib. Əvvəlki korpusda isə əsaslı təmir işləri aparılıb. Bununla da bağçada qrupların sayı 6-dan 12-yə çatdırılıb, uşaqların sayı isə 230 nəfər olub. Müəssisədə balacaların təlim tərbiyəsi ilə 70 nəfərdən ibarət heyət məşğul olacaq. Bağçadakı 12 qrupdan 10-u Azərbaycan, 2-si isə rusdilli qrupdur. Burada 2 yaş qrupu - 2-3 yaş arası və 3-6 yaş arasında olan uşaqlara qayğı göstəriləcək.
Mehriban Əliyeva və Leyla Əliyeva bağçadakı Heydər Əliyev guşəsində olublar, həmçinin milli guşəyə baxıblar. Burada uşaqların və pedaqoji heyətin əl işləri sərgilənir. Bağçada uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi üçün “Vətənpərvərlik guşəsi” adlı otaq da var. Burada balacalara öz yaradıcı potensialını üzə çıxarmaq imkanı da veriləcək. Uşaqlar ingilis dili və kompyuter biliklərinə də yiyələnmək imkanı qazanacaqlar.
Bildirilib ki, ikinövbəli müəssisədə “planetari” guşəsi də yaradılıb. Burada balacalar astronomiyanın əsaslarını öyrənə biləcəklər. Əsaslı təmir olunan binada idman zalı, mətbəx yerləşir. Həyətdə isə futbol, qolf meydançaları, uşaqların yol hərəkəti qaydalarını öyrənmələri üçün xüsusi meydança, istirahət guşələri var.
Mehriban Əliyeva buradakı şəraitin yüksək səviyyədə olduğunu bildirib.
Heydər Əliyev Fondunun prezidentinə binanın ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

