/ / Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda bir neçə uşaq evində və internat məktəbində olub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda bir neçə uşaq evində və internat məktəbində olub
31.10.2014 [09:45]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri çərçivəsində bir neçə uşaq evində və internat məktəbində olub.
Şəhərdəki kimsəsiz və valideyn himayəsindən məhrum uşaqlar üçün 13 saylı uşaq evinin baş həkimi Natalya Nikiforova Leyla Əliyevaya məlumat verib ki, ixtisaslaşdırılmış psixonevroloji uşaq müəssisəsində 60-dan çox uşaq tərbiyə alır. Onların arasında uşaq serebral iflici, fiziki və zehni inkişafdan geri qalan körpələr, eləcə də müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan sağlam uşaqlar var. Xəstə uşaqlar bu müəssisədə dörd il xüsusi müalicə aldıqdan sonra övladlığa verilir, yaxud internat məktəblərə keçirilirlər. Burada uşaqların müalicəsi, tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Eyni zamanda, xəstə uşaqların Rusiyanın ən qabaqcıl tibb müəssisələrində müalicəsi təşkil edilir. N.Nikiforova qeyd edib ki, Sankt-Peterburq Dövlət Universitetinin psixologiya fakültəsinin alimləri 13 nömrəli uşaq evində apardıqları tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, ömrünün ilk iki ilini yad insanların əhatəsində keçirən körpələr ünsiyyətdən məhrum olurlar. Bu tədqiqatlar əsasında müəssisənin fəaliyyətində dəyişiklik edilib və burada uşaqlar üçün ev şəraitinə yaxın sabit sosial mühit yaradılıb.
Baş həkim həmin tədqiqatların nəticəsi olaraq ərsəyə gələn “Sosial-emosional təcrübədə ilkin dəyişikliklərin uşaq evlərində tərbiyə alan uşaqların inkişafına təsiri” (“Vliənie izmeneniə ranneqo soüialğno-gmoüionalğnoqo opıta na razvitie detey v domax rebenka”) kitabını Leyla Əliyevaya hədiyyə edib.
Leyla Əliyeva uşaq evində yaradılan şəraitlə tanış olub, buradakı masaj və infraqırmızı sauna, duz mağarası, hovuz və oyun otaqlarına baxıb. Heydər Əliyev Fondu adından uşaq evinə oyuncaqlar hədiyyə olunub. Uşaq evinin kollektivi Heydər Əliyev Fonduna və şəxsən Leyla Əliyevaya minnətdarlığını bildirib.
Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqdakı kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 31 saylı mərkəzdə olub.
Mərkəzin direktoru Oksana Zabelina və Sankt-Peterburqun Moskva rayonu administrasiyası başçısının səlahiyyətlərini yerinə yetirən Vladimir Uşakov Leyla Əliyevaya müəssisə barədə məlumat verərək bildiriblər ki, mərkəz 1957-ci ildə Uşkovo qəsəbəsində məktəbəqədər uşaq evi kimi yaradılıb. Sonradan Rusiyanın şimal paytaxtının Moskva rayonuna köçürülərək mərkəz kimi fəaliyyətə başlayıb. Yetmişə yaxın kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşağın tərbiyə aldığı mərkəzdə hovuz və dərnək məşğələləri üçün otaqlar var. Uşaqlar mütəmadi olaraq həkim müayinəsindən keçir, onların gələcəkdə müstəqil həyata sosial adaptasiyası üçün tədbirlər görülür. O.Zabelina, həmçinin vurğulayıb ki, hazırda mərkəzdə çalışan 6 tərbiyəçi bu müəssisənin yetirməsidir.
Leyla Əliyeva mərkəzin otaqlarını gəzib. Uşaqlar Heydər Əliyev Fondunun vitse-prezidentinə öz əl işlərini hədiyyə ediblər. Sonda Heydər Əliyev Fondu adından mərkəzə müasir kompyuter avadanlığı hədiyyə olunub. O.Zabelina mərkəzin kollektivi və burada tərbiyə alan uşaqlar adından Leyla Əliyevaya minnətdarlığını bildirib.
Leyla Əliyeva görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan uşaqlar üçün K.Qrot adına 1 saylı internat məktəbində və uşaq evində də olub. Müəssisənin direktoru Aleksey Muxin Heydər Əliyev Fondunun vitse-prezidentinə internat məktəbində təhsil standartları barədə məlumat verib. Bildirilib ki, internat məktəbinin tarixi 1881-ci ildə Rusiyada ilk dəfə tanınmış ictimai xadim Konstantin Qrotun görmə qabiliyyətini itirmiş oğlanlar üçün açdığı məktəbdən başlayır. Hazırda 300 uşağın təhsil aldığı məktəb Federal Dövlət Təhsil Standartları əsasında fəaliyyət göstərir. İnternat məktəbində xüsusi olaraq bu kateqoriyadan olan şagirdlər üçün hazırlanmış dərsliklər vasitəsi ilə bütün fənlər tədris edilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti fənn kabinələrini gəzib, kitabxana və fonoteka ilə tanış olub, şagirdlərlə söhbət edib, onlarla xatirə şəkilləri çəkdirib.
Daha sonra Leyla Əliyeva internat məktəbinin nəzdində fəaliyyət göstərən uşaq evində olub. Burada Diana Qurtskayanın “Ürəyin səsi ilə” xeyriyyə fondunun görmə qabiliyyətini itirmiş uşaqlar üçün keçirdiyi musiqi festivalının iştirakçıları və qalibləri məxsusi olaraq Leyla Əliyeva üçün hazırladıqları konsert proqramı ilə çıxış ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqların ifa etdikləri musiqiləri dinləyib, onlarla xatirə şəkli çəkdirib.
İnternat məktəbinə Heydər Əliyev Fondu adından hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

