/ / Siyavuş Novruzov: Yaşı 25-dən yuxarı olan Azərbaycan vətəndaşı Azərbaycanda Milli Məclisin üzvü seçilə bilər
Siyavuş Novruzov: Yaşı 25-dən yuxarı olan Azərbaycan vətəndaşı Azərbaycanda Milli Məclisin üzvü seçilə bilər
08.01.2015 [10:00]
Parlamentdə təmsil olunan yaşlı deputatlar haqqında tez-tez belə ifadələrə rast gəlirik: “Filan deputat qocalıb, onun növbəti parlament seçkilərinə qatılması qeyri-məqbuldur”. Və yaxud da konkret olaraq “filan deputatlar növbəti parlament seçkilərinə qatılmayacaq”.
Parlament seçkiləri yaxınlaşdıqca, bu cür fikirlər də çoxalır. Hətta əksəriyyət daha çox gənc nəslin parlamentdə təmsil olunmasını daha vacib sayır.
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına açıqlamasında məsələylə bağlı maraqlı məqamlara toxunub: “Əvvəla yaşın bu məsələdə o qədər də önəmi yoxdur. Yaşın nə fərqi var ki?! Tez-tez belə söhbətlər eşidirəm ki, hansısa deputat seçicinin etimadını doğruldub, yoxsa yox?!. Hətta yaşlı və gənc deputatları eyni tərəziyə qoyub müqayisə edirlər.
Ölkə Konstitusiyasında Milli Məclisin üzvlüyünə seçkilər haqqında birbaşa göstərilir ki, yaşı 25-dən yuxarı olan Azərbaycan vətəndaşı Azərbaycanda Milli Məclisin üzvü seçilə bilər. Əgər Konstitusiyamız vətəndaşlara bu hüququ veribsə, “bunun yaşı filan qədərdir” deyib həmin şəxsin hüququnu kim məhdudlaşdıra bilər?! Bu məsələdə yuxarı yaş həddi deyilən bir şey yoxdur. Ümumilikdə yuxarı yaş həddi müəyyənləşdirmək bir dəfə olub. O da Ümummilli liderə qarşı 121-ci maddənin 2-ci bəndini tətbiq etmişdilər ki, “65 yaşından yuxarı şəxslər prezident seçilə bilməz”. Ayaz Mütəllibovun dövründə belə bir məhdudiyyət qoyulmuşdu. Yəni, Ümummilli lider namizədliyini irəli sürə bilməsin. Bu da sonralar ləğv olundu. Qalan bütün hallarda yaşın yuxarı həddi müəyyənləşmir. Heç kəs Allahın funksiyasını öz üzərinə götürməsin. O baxımdan gənc, orta yaşlı, ahıl insanları seçici müəyyənləşdirir. Səs verir, seçir, ya seçmir. Seçici kimi müəyyənləşdirirsə, kimə səs verirsə, onun qarşısını heç kim ala bilməz.
Yeni Azərbaycan Partiyası namizədlərini irəli sürür. Müxtəlif yaş kateqoriyaları mövcuddur. Məsələn, bələdiyyə seçkilərində çalışdıq ki, gənclərə və qadınlara üstünlük verək. O baxımdan da yuxarı yaş həddini Azərbaycan qanunvericiliyində heç kim müəyyən etməyib. Çox istəyirəm ki, insanların xətrinə dəyməsinlər. Çünki hər kəs qocalacaq”.
Yeni Azərbaycan Partiyasının növbəti parlament seçkiləri ilə bağlı toplantı keçirməsinə gəlincə, S.Novruzov deyib ki, YAP rəhbərliyin qərarı ilə namizədləri irəli sürür: “Bununla əlaqədar mətbuata bildirmişik ki, bələdiyyə seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunduqdan və tam hesabatlarımızı dərc etdikdən sonra parlament seçkiləri ilə bağlı planlarımızı təqdim edəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

