/ / Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diplomatları üçün təlim proqramının açılışı olub
Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diplomatları üçün təlim proqramının açılışı olub
03.03.2015 [09:53]
Martın 2-də “ADA” Universitetində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının diplomatları üçün təlim proqramının açılışı olub.
Təlim proqramının keçirilməsinin məqsədi regionda baş verən prosesləri öyrənmək, eləcə də Azərbaycan diplomatiyasının perspektivləri barədə məlumat verməkdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan 30-dək gənc diplomat iştirak edib.
“ADA” Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, bu cür polemikalar türkdilli ölkələrin diplomatlarının karyerasında mühüm rol oynayır. Diplomatlar fikir mübadiləsi aparır və region haqqında geniş bilgi əldə edirlər. Rektor qeyd edib ki, bu gün universitetdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının üzvü olan bütün ölkələrdən tələbələr təhsil alır.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bildirib ki, təmsil etdiyi qurum Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş ali orqandır. Qeyd olunub ki, diplomatiya və xarici siyasət dövlətlərin əsas maraqlarındandır. Şuranın əsas istiqamətlərindən biri də xarici siyasətdə ölkələrin milli maraqlarını bir araya gətirərək müdafiə etmək və bununla bağlı sistemin inkişafından ibarətdir. Bu istiqamətdə ən vacib məsələ gənc diplomatların birgə fəaliyyəti və bununla bağlı həyata keçirilən layihələrdir. Artıq iki ildir ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu quruma üzv ölkələrin xarici işlər nazirliklərinin gənc diplomatları üçün geniş təlim kursları təşkil edir. İki həftəlik kurs çərçivəsində onlar beynəlxalq təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, dörd ölkənin birgə maraqlarının müdafiəsi, tərcümə, ikitərəfli əməkdaşlıq, çoxtərəfli əməkdaşlıq, iqtisadi, siyasi və digər istiqamətlərdə geniş aspektli mühazirələr dinləyəcəklər. R.Həsənov qeyd edib ki, birinci təlim proqramı Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilib. Bu təlim proqramını isə Azərbaycanda “ADA” Universiteti ilə birgə həyata keçiririk. İlk dəfədir ki, dörd dövlətin gənc diplomatları Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası vasitəsilə bir araya gəlib. Bu da ölkələrimizin gələcək əməkdaşlığının daha sürətli inkişafına töhfələr verəcək.
Təhsil nazirinin müavini Ceyhun Bayramov türkdilli ölkələrin bütün tədbirlərinin indiyədək yüksək səviyyədə keçirildiyini xatırladıb. O, regionun təhlükəsizliyi, gələcək inkişafı, mədəniyyəti və təhsili məsələləri barədə müzakirələrin vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32

