“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb
04.04.2015 [11:08]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on doqquzuncu cildi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Salyan rayonuna səfərinə dair materiallarla başlanır.
Kitabda dövlətimizin başçısının Salyanda 2006-cı il avqustun 10-da Heydər Əliyev Muzeyinin xatirə kitabına ürək sözləri də yer alıb: “Heydər Əliyev muzeyində nümayiş etdirilən fotoşəkillər Ulu öndərin həyat və fəaliyyətini əks etdirir. Bütün dövrlərdə Heydər Əliyev doğma xalqına sədaqətlə xidmət etmişdir.
Heydər Əliyev Salyan rayonunun inkişafına həmişə böyük diqqət göstərmişdir. 1969-cu ildə Azərbaycan rəhbəri kimi ilk səfərini Salyan rayonuna etmişdir. 1998-ci ildə isə seçki kampaniyasını Salyan rayonundan başlamışdır. Bu faktlar Heydər Əliyevin Salyana və salyanlılara xüsusi münasibət və məhəbbətinin təzahürüdür.
Bu gün də Heydər Əliyev siyasəti yaşayır. Salyan rayonu inkişaf edir və rayonun gələcək inkişafına böyük diqqət göstərilir.
Bütün salyanlılara dərin hörmət və məhəbbətimi bildirirəm”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, göstərişləri öz əksini tapıb.
Kitabda dövlətimizin başçısı İlham Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin Bakı konfransında nitqi, İordaniya Kralının, Ukrayna Prezidentinin Azərbaycana səfərlərinə, Azərbaycanda 1-ci Beynəlxalq “Rus kitabı” festivalında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri ilə keçirdiyi görüşlərə dair materiallar toplanıb.
Bu cilddə, eyni zamanda, Prezident İlham Əliyevin Sloveniyaya rəsmi səfəri zamanı “Caspian Outlook - 2008” Bled Strateji Forumunda, İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun daimi qərargahının açılış mərasimində nitqi, Antalyada türkdilli dövlətlərin və topluluqların X Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında nitqi, qarşılıqlı maraq doğuran bir sıra görüşləri, Berlində “Beynəlxalq Bertelsmann - 2006” Forumunda, həmçinin “Demokratiya çağırışı” mövzusunda keçirilən müzakirələrdə dərin məzmunlu çıxışları və suallara cavabları, kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələr dərc edilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin avqustundan oktyabrınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış on doqquzuncu cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58

