Azərbaycan və Rusiya alimləri Qafqazda birgə tədqiqatlar aparacaqlar
11.04.2015 [12:02]
Azərbaycan və Rusiya alimləri Qafqazın seysmik durumu, geodinamik prosesləri, neftqazlılığı, palçıq vulkanları və ekoloji geofizikasına dair birgə tədqiqatlar aparacaqlar. Bu məqsədlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu (GGİ) ilə Rusiya Elmlər Akademiyasının O.Y.Şmidta adına Yer Fizikası İnstitutu (YFİ) arasında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, müqavilənin məqsədi Şimali və Cənubi Qafqaz, həmçinin regionun Xəzəryanı ərazilərinin geologiya və geofizikasının fundamental, tətbiqi məsələlərinin öyrənilməsi istiqamətində elmi potensialların cəmləşdirilməsidir.
İmzalanma mərasimində AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli, YFİ-nin əməkdaşı, geologiya-mineralogiya elmləri namizədi Yelena Poludetkina da iştirak ediblər.
Əvvəlcə hər iki müəssisənin elmi-tədqiqat imkanları və təcrübələri barədə məlumat verilib. Akademik A.Əlizadə bildirib ki, ilk dəfə GGİ tərəfindən “Dünya palçıq vulkanları atlası” nəşrə hazırlanıb. Burada 42 ölkədə, habelə Xəzər, Qara və Aralıq dənizlərinin dərinliklərində, hətta Antarktidada olan palçıq vulkanları üzrə materiallar ümumiləşdirilib, təhlil edilib. Atlasla əlaqədar tədqiqatların nəticəsində Yer kürəsində 2500-dən artıq palçıq vulkanı müəyyənləşdirilib ki, onların 350-dən çoxu Azərbaycandadır. YFİ-də də palçıq vulkanları üzrə geniş tədqiqatlar aparıldığını bildirən qonaqlar bu sahədə əməkdaşlıq, təcrübə və məlumat mübadiləsinə maraqlarını ifadə ediblər.
Daha sonra iki qurum arasında müqavilə imzalanıb.
Sənədi AMEA-nın prezidenti, GGİ-nin direktoru, akademik Akif Əlizadə və YFİ-nin direktoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Tixotski imzalayıblar.
Müqaviləyə əsasən, GGİ və YFİ birgə ekspedisiya və laboratoriya işləri həyata keçirəcək. Tədqiqatların nəticələrinə dair elmi-praktik konfrans və seminarlar təşkil olunacaq. Qurumların elmi-tədqiqat fondları və kitabxanalarından qarşılıqlı istifadə, elmi-texniki, metodik və maddi imkanlardan müştərək nəşrlər üçün faydalanmaq da müqavilədə nəzərdə tutulan məsələlərdəndir.
İlkin mərhələdə tədqiqatlar “Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahəsi, yeraltı quruluşu, neftqazlılığı, palçıq vulkanizmi və seysmikliyi” və “Qafqaz regionunun müasir geodinamikası, geofiziki sahəsi, yer qabığının gərgin vəziyyəti, seysmiklik və seysmik proqnoz” mövzuları üzrə aparılacaq. Bunlardan əlavə, yerin təkindəki geofiziki proseslərin ekologiyaya təsirini öyrənmək də müqavilənin hədəflərindəndir.
Bütün bu işlər beşillik müqavilənin icrasına dair tərtib olunmuş proqram əsasında həyata keçiriləcək.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

