AZƏRTAC ilə Yaponiyanın JİJİ PRESS informasiya agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb
16.04.2015 [10:27]
JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini bundan sonra daha geniş yayacaqlarını vurğulayaraq bildirib ki, saziş Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır.
Aprelin 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın JİJİ PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və JİJİ PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani imzalayıblar.
Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak edib.
AZƏRTAC xəbər verir ki, saziş tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda, agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların mütəmadi yerləşdirilməsini nəzərdə tutur.
“Geniş perspektivləri olan bu sənəd Azərbaycan-Yaponiya əlaqələrinin daha da möhkəmlənməsinə, AZƏRTAC ilə JİJİ PRESS arasında təcrübə və informasiya mübadiləsinin aparılmasına böyük töhfə verəcək”, - deyə baş direktor Aslan Aslanov bildirib. O, qeyd edib ki, saziş Azərbaycan həqiqətlərinin Yaponiyanın bu informasiya agentliyi vasitəsilə yayılması, ölkəmizin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. AZƏRTAC Yaponiyanın Kyodo agentliyi ilə uzun müddətdir əməkdaşlıq edir. Eyni zamanda, AZƏRTAC Yaponiyanın həm JİJİ Press, həm də Kyodo agentliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri təşkilatı (OANA) çərçivəsində uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir.
“Azərbaycanın inkişafı bizi fərəhləndirir”, - deyən JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini Yaponiyada bundan sonra daha geniş yayacaqlarını vurğulayıb. O deyib ki, sənəd Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır. AZƏRTAC-ı 95 illiyi münasibətilə təbrik edən icraçı direktor bu ilin noyabrında JİJİ PRESS-in yaranmasının 70 illik yubileyinin qeyd olunacağını diqqətə çatdırıb. “Bu il hər iki agentlik üçün əlamətdardır və imzaladığımız müqavilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək”, - deyə Sadafumi Tani bildirib.
İmzalanma mərasimindən sonra keçirilən görüşdə qeyd olunub ki, saziş ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək, xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edəcək. Söhbət zamanı əməkdaşlığın perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, müasir dövrdə xəbər agentliklərinin qarşısında duran çağırışların həlli məsələləri müzakirə edilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

