Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı-2015” Brüsseldə təqdim olunub
16.04.2015 [10:28]
Aprelin 14-də Belçikanın paytaxtı Brüsseldə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Heydər Əliyev Fondundan AZƏRTAC-a bildiriblər ki, Brüsselin “Egmont” sarayında təşkil olunan təqdimat mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe, Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski çıxış ediblər.
Belçikanın ictimai-siyasi xadimlərinin, bu ölkədə akkreditasiya olunan səfirliklərin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq işlərindən bəhs olunub və “Bakı-2015”ə həsr olunan film nümayiş etdirilib. Filmdə Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə “Bakı-2015” üzrə hazırlıqlar, Azərbaycanda idman sahəsinin inkişaf etdirilməsi baxımından həyata keçirilmiş işlər barədə məlumat verilir.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlardan danışaraq birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin bu nailiyyətin və idmana dövlət qayğısının nəticəsi olduğunu bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqe Azərbaycanın ev sahibliyi edəcəyi bu mötəbər tədbirin idmançıları, o cümlədən dünya gənclərini ruhlandıracağına əminliyini bildirib və çox qısa vaxtdan sonra, iyun ayında Azərbaycanda böyük idman bayramının şahidi olacaqlarını söyləyib.
“Bakı-2015” birinci Avropa Oyunlarının uzun müddət yaddaşlarda qalacağını diqqətə çatdıran Belçika Olimpiya Komitəsinin baş katibi Filip Vander Putten və Avropa Parlamentinin vitse-prezidenti Riçard Henri Çarnetski bu önəmli idman tədbirinin ölkələr arasında əlaqələrin genişlənməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra qonaqlara pianoçu, caz ifaçısı Elçin Şirinov və onu müşayiət edən musiqiçilər tərəfindən müxtəlif caz kompozisiyaları təqdim edilib. Tədbir iştirakçıları, eyni zamanda, paytaxt Bakı və Azərbaycanın regionları ilə tanışlıq imkanı yaradan fotosərgi ilə də tanış olublar. Sonda qonaqlara Heydər Əliyev Fondunun müxtəlif nəşrləri - kitablar, musiqi diskləri hədiyyə edilib.
Xatırladaq ki, iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Heydər Əliyev Fondu tərəfindən bir sıra ölkələrdə “Bakı-2015”in təqdimatına həsr olunan tədbirlər keçirilir. Bu təqdimat mərasimləri birinci Avropa Oyunlarının əhəmiyyətinin çatdırılması, Təşkilat Komitəsi tərəfindən görülən işlər barədə məlumatlandırma, Azərbaycanın tarixi və mədəniyyətinin təbliğı baxımından önəmlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20

