Almaniyalı jurnalistlər Azərbaycanla bağlı həqiqətlər barədə məlumatlandırılıblar
02.05.2015 [09:36]
Azərbaycanın Almaniyadakı səfirliyində Berlin Alman Jurnalistlər Birliyinin üzvü olan 20 jurnalistlə görüş keçirilib.
Görüşdə “Bakı-2015” birinci Avropa Oyunları haqqında film nümayiş etdirilib, ölkəmizin Avropa Oyunlarına hazırlığı, Azərbaycanda ən müasir idman infrastrukturunun yaradılması, respublikamızın irimiqyaslı beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi barədə fikir mübadiləsi aparılıb. Bu cür mötəbər tədbirlərin Azərbaycanın inkişafının göstəricisi olduğu və onun beynəlxalq aləmdə tanınmasına töhfələr verdiyi diqqətə çatdırılıb. Görüşdə jurnalistlərin Azərbaycana dair sualları cavablandırılıb.
Səfir Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi və hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi haqqında danışan səfir Avropa mətbuatında bəzən Azərbaycanın guya sürətlə silahlanaraq sülh prosesinə təhlükə yaratdığının iddia edilməsini böyük yanlışlıq adlandırıb. Pərviz Şahbazov qeyd edib ki, əslində Bonn Beynəlxalq Konversiya Mərkəzinin 2014-cü üçün hərbiləşmə hesabatına görə Ermənistan 152 dünya ölkəsi arasında 3-cü, Avropada 1-ci yerdədir. Azərbaycan həm işğaldan əziyyət çəkən tərəf olmasına, həm də Ermənistandan bütün aspektlərdə üstün tərəf olmasına baxmayaraq, 20 ildən artıqdır ki, nəticəsiz sülh danışıqlarına sadiqdir. Sülh prosesi üçün təhlükəni Azərbaycanın işğal altında olan ərazilərini çoxsaylı beynəlxalq tələblərə baxmayaraq tərk etməkdən boyun qaçıran Ermənistan yaradır.
Azərbaycanın iqtisadi inkişafının həm də onun siyasi və sosial inkişafının əsasında dayandığını vurğulayan Pərviz Şahbazov ölkəmizin son illərdə əldə etdiyi yüksək iqtisadi-sosial göstəriciləri, hökumətin uğurla reallaşdırdığı sosial və infrastruktur layihələri, idarəetmə sahəsində apardığı islahatları, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün atılmış addımları, vətəndaşlara göstərilən sosial xidmətlərin müasirləşdirilməsi və şəffaflaşdırılması, xüsusilə “ASAN xidmət” mərkəzlərinin yaradılması barədə məlumatları alman jurnalistlərinin diqqətinə çatdırıb.
Daha sonra səfirliyin müşaviri Rizvan Nəbiyev Azərbaycanın xarici siyasətində enerji əməkdaşlığının yeri və rolu, Ermənistanın işğalçılıq siyasətinin ölkəmiz və region üçün ağır nəticələri, eləcə də respublikamızın xarici siyasətinə təsir göstərən geosiyasi amillər barədə mühazirə ilə çıxış edib. Rizvan Nəbiyev Azərbaycanın Avropanın enerji təchizatında indiyədək oynadığı rol, “Şahdəniz-2” qaz layihəsinin töhfələri, TAP və TANAP layihələri, Azərbaycanın Avropa ilə enerji əməkdaşlığı üçün mövcud maneələr barədə söhbət açıb.
Berlin Alman Jurnalistlər Birliyinin sədr müavini Klemens Qlade Almaniya mətbuat nümayəndələri ilə görüşün təşkili üçün Azərbaycan səfirliyinə təşəkkür edib. Alman jurnalist səfirlikdə keçirilən bu görüşü mətbuat təmsilçilərini Azərbaycana dair maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün yaxşı imkan adlandırıb.
Alman Jurnalistlər Birliyi Berlin şəhərində yaşayan və işləyən mətbuat nümayəndələrini özündə birləşdirən ən böyük jurnalist birliyidir. Təşkilatın 4000-dən artıq üzvü var.
Xəbər lenti
Hamısına baxDünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13

