Azərbaycançılıq məfkurəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub
06.05.2015 [10:08]
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib
Dünən Beynəlxalq Mətbuat Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbirdə TUMİB-nin sədri Çingiz Bayramov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Türkiyədə təhsil alan tələbələr və media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TUMİB sədri Çingiz Bayramov qeyd edib ki, Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir: “Azərbaycançılıq məfkurəsinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.
Ç.Bayramov əlavə edib ki, müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını Azərbaycançılıq ideologiyası təşkil edir: “Biz Azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği üçün bu layihə çərçivəsində müxtəlif tədbirlər keçirmişik. Tədbirlərimiz Şəmkir, Salyan, Qəbələ və Bakının Binəqədi rayonunda baş tutub. Hesab edirəm ki, bu cür layihələr milli ideologiyamızın təbliği və mənimsənilməsi baxımından əhəmiyyətlidir”.
Tədbirdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, məhz Sovet dövründə respublika rəhbəri olmaqla bərabər Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq və milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi: “Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz bu müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik!”
Millət vəkili əlavə edib ki, müstəqillik illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi: “Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara gedilən yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli liderin ideyaları - Heydər Əliyev yolu əsasında inkişaf edir. Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun məsul əməkdaşı Rahu Qurbanova isə bildirib ki, Azərbaycanın dinamik inkişafı, qazandığı çoxsaylı nailiyyətlər erməni lobbisi ilə əməkdaşlıq edən müəyyən dairələrdə narahatlıq yaradır. Gələn ay Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əks-təbliğat işləri aparan təşkilatlardan danışan R.Qurbanova əlavə edib ki, həmin təşkilatlar heç vaxt Xocalı faciəsi, Azərbaycan xalqına qarşı törədilən soyqırımıları ilə bağlı bəyanat verməyiblər: “Bunların məqsədləri bəllidir, bunlara maliyyə verən tərəflər də bəllidir. Mən Azərbaycan gənclərini bu kimi təşkilatların fikirlərinə aldanmamağa çağırıram”.
Sonda isə TUMİB Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin gənclər arasında təşkil olunan - yazı, şeir və mahnı müsabiqələrinin qaliblərini mükafatlandırıb.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

