Azərbaycan-Türkiyə əlaqələri regionda sülh, rifah üçün çox önəmlidir
13.05.2015 [10:39]
Mayın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Baş nazirinin müavini Əli Babacan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, parlamentlərarası əməkdaşlıqdan danışılıb.
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, belə səfərlər və görüşlər ölkələrimizin əlaqələrinin inkişafına böyük töhfə verəcək. Əlaqələrimizin inkişafında dövlət başçılarının böyük rolu var. Azərbaycan və Türkiyə iki dost, qardaş, eyni kökə, soya, mədəniyyətə malik ölkələrdir və bizim münasibətlər dünya dövlətləri üçün nümunəvi xarakter daşıyır. Biz bunu həmişə yüksək qiymətləndiririk.
Sədr deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də ildən-ilə inkişaf edir. Azərbaycan Türkiyədə investisiya qoyan ölkələr arasında öndə gedənlərdən biridir. Türkiyədə artıq 1300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə 2400-dən çox türk şirkəti işləyir. İqtisadi əməkdaşlığın artım dinamikası var və ticarət əlaqələrimizin daha da genişləndirilməsi vacibdir. “Böyük məmnuniyyətlə deyə bilərəm ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında 200-dən çox sənəd imzalanıb və hazırda 27 sənəd imzalanmaq üzrədir. Ölkələrimiz arasında elə bir sahə yoxdur ki, əlaqələr qurulmasın, inkişaf olmasın”, - deyə Oqtay Əsədov əlavə edib.
Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu əlaqələr yüksək səviyyədə qurulub. Beynəlxalq parlament forumlarında da nümayəndə heyətlərimiz həmişə birgə çıxış edirlər, bir-birilərini dəstəkləyirlər.
Qondarma “erməni soyqırımı” məsələsinə toxunan Oqtay Əsədov vurğulayıb ki, Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təşkil edilən təntənəli mərasim ermənilərin əsassız iddialarına və cəhdlərinə çox gözəl bir cavab oldu. “Əminəm ki, gələcəkdə də Azərbaycan-Türkiyə əlaqələri həmişə belə sıx olacaq. Bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik və uğurlarımıza sevinəcəyik”, - deyə sədr vurğulayıb.
Səfərin məqsədindən, keçirdiyi məhsuldar görüşlərdən danışan Türkiyə Baş nazirinin müavini Əli Babacan Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. “Azərbaycan-Türkiyə əlaqələri bu regionda sülh, rifah üçün çox önəmlidir”, - deyən Əli Babacan ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb: “İnanıram ki, ticari əlaqələrimiz daha da inkişaf edəcək”.
Əli Babacan Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini də vurğulayıb. O deyib: “Bu, bizdə də qürur hissi yaradır və buna çox sevinirik”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

