/ / Ölkələr öz multikultural təhlükəsizliyini düzgün qursalar, onların həyatında təhlükəli məqamlar azalar
Ölkələr öz multikultural təhlükəsizliyini düzgün qursalar, onların həyatında təhlükəli məqamlar azalar
19.05.2015 [09:52]
Bakıda öz işini uğurla davam etdirən üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Multikulturalizm: Gələcək vəd edən həqiqətlər” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirə moderatorluq edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev seminarın çox aktual bir mövzuya həsr olunduğunu bildirib.
K.Abdullayev deyib ki, bu gün biz öz terminologiyamıza daha bir təhlükəsizlik konsepsiyasını əlavə edə bilərik. Bu, bir ölkə daxilində multikultural təhlükəsizlik ifadəsidir. Ölkələr öz multikultural təhlükəsizliyini doğru-düzgün qura bilsələr, onların siyasi, iqtisadi, mədəni həyatında təhlükəli məqamlar daha az olar. Azərbaycan bu gün özünün multikultural təhlükəsizliyini təmin etməyə çalışan bir ölkədir. Bu bizim həyatımızın müxtəlifliyindən, zənginliyindən, millətlərin bu ölkədə qardaş kimi yaşamasından irəli gəlir.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahov Azərbaycan paytaxtında belə bir forumun keçirilməsindən mənən qürur duyduğunu söyləyib. Dünya şöhrətli rəssam bildirib ki, Azərbaycan hazırda elmi və mədəni beynəlxalq əməkdaşlıqda ən münbit mərkəzlərdən birinə çevrilib. Bakıda Prezident İlham Əliyevin dəstəyi ilə gənc nəsil müasir incəsənət qalereyaları yaradır. Məhz bunun nəticəsində Azərbaycan rəssamları dünya incəsənət proseslərinin fəal iştirakçısına çevriliblər.
Bu istiqamətdə YARAT Müasir İncəsənət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Tahir Salahov bildirib ki, Mərkəz gənc rəssamların yaradıcılığını dəstəkləyir və onların təbliğinə öz töhfəsini verir. Azərbaycanın milli mədəniyyətini unutmayan gənclər, eyni zamanda yeni ideyaların daşıyıcılarıdırlar.
UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura Bakıda keçirilən üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb, bu tədbirin sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə töhfələr verəcəyinə əminliyini bildirib. O deyib ki, mədəniyyət təkcə musiqi, incəsənətlə bağlı deyil. Bu məfhum özlüyündə çox böyük məna daşıyır. Bakı forumu mədəniyyətin qloballığını bir daha insanlara çatdırır.
Simon Viezental Mərkəzinin dekan müavini Ravvin Abraham Kuper müasir dünyada internetin gənclərin həyatında yarada biləcəyi bir sıra təhlükəli məsələlərdən söz açıb. O, gəncləri vebsaytlarda yayımlanan neqativ çağırışlardan kənar durmağa səsləyib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycanın ev sahibliyi ilə son illər möhtəşəm tədbirlərin keçirilməsini yüksək dəyərləndirərək yaxın vaxtlarda Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini vurğulayıb, bu möhtəşəm tədbirin Avropanın idman tarixində mühüm yer tutacağını deyib.
Düsen Kaseinov TÜRKSOY-un fəaliyyətindən, gördüyü işlərdən və gələcək planlarından söz açıb.
Seminarda Simon Viezental Mərkəzinin dinlərarası məsələlər üzrə beynəlxalq məsləhətçisi Anet Blum, İstanbul 29 May Universitetinin kafedra müdiri Tahsin Görgün, Anne Frank Evində müəllim yetişdirmə və kurikulum inkişafı üzrə beynəlxalq direktor Bari van Driel və Küveyt Xarici İşlər Nazirliyinin idarə rəisi Naser Alhayen çıxış edərək öz fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

