Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bahar Muradova: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır

Bahar Muradova: Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır

28.05.2015 [11:17]

“Avropa İttifaqının indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi olmadığına görə Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində də münaqişə ilə bağlı birmənalı mövqe ortaya qoyulmadı”. Bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Avropa İttifaqının bu mövqeyi Azərbaycanı narahat edir. Onun sözlərinə görə, Avropa İttifaqının bu mövqeyi paradoksal bir münasibətdir.
“Çünki, ərazi bütövlüyü prinsipinin tətbiq olunması məqamı olan məsələlərdə, Dağlıq Qarabağ münaqişəsi ilə digər münaqişələr arasında fərq qoyulur. Ona görə də, bu məsələyə haqlı narazılığımızı ifadə edirik. Dövlət rəhbərliyi səviyyəsində dəfələrlə bəyan olunub ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Əgər dünyada mövcud olan münaqişələri aradan qaldırmaq istəyiriksə, beynəlxalq hüququn prinsipləri bütün münaqişələrə eyni səviyyədə tətbiq olunmalıdır” - deyə, vitse-spiker vurğulayıb.

Paylaş:
Baxılıb: 553 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31