“Dahinin istəyi, qələmin qüdrəti” kitabının təqdimat mərasimi keçirilib
05.06.2015 [10:24]
Sona Vəliyeva: Qərənfil Dünyaminqızının kitabında yer alan yazıların motivini millətə, xalqa, tarixi dəyərlərimizə sevgi təşkil edir
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin “Mətbuat tarixi” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızının “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Universitetin Jurnalistika fakültəsinin “Mətbuat tarixi” kafedrasının müdiri, İTV-nin Yayım Şurasının sədri Cahangir Məmmədli və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov ərsəyə gətirilən bu kitabın Azərbaycan mətbuat tarixinin araşdırılması baxımından mötəbər mənbə olduğunu deyib: “Dahinin istəyi, qələmin qüdrəti” adlı kitabda 45 məqalə yer alıb. Məqalələrin əksəriyyəti “Kaspi” qəzetində işıq üzü görüb. Kitabda Azərbaycan jurnalistikasına yeni elmi baxış əks olunub. Azərbaycan xalqının inkişafında mətbuatın missiyasına, milli özünüdərk prosesinə nəzər salınıb”.
Daha sonra Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının diplomunu Qərənfil Dünyaminqızına təqdim edib.
Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva deyib ki, Qərənfil Dünyaminqızı hər şeydən öncə jurnalistdir, dəyərli araşdırmaçıdır: “O artıq neçə illərdir ki, “Kaspi” qəzeti ilə əməkdaşlıq edir. O, arxiv materialları əsasında olduqca maraqlı və məzmunlu yazılar ortaya qoyub. Bu kitabı o nəşr etdirəndə gördük ki, yazıların əksəriyyəti bizim qəzetimizdə dərc edilib. Biz Qərənfil Dünyaminqızını BDU-nun Jurnalistika fakültəsinin müəllimi olmaqla yanaşı, həm də “Kaspi”çi kimi tanıyırıq. Bu kitab böyük tarixi-informativ məlumat bazası olmaqla yanaşı, eyni zamanda, xalqımıza və dövlətçilik tarixinə böyük sevgi ilə yazılıb. Azərbaycan tarixinin yaşadığı keşməkeşli hadisələr və tarixdə iz qoyanlar haqqında yazmaq, araşdırmaq, onu arxivdən tapmaq asan deyil”.
Sona Vəliyevanın sözlərinə görə, kitab hazırlanarkən arxiv materiallarından olduqca səmərəli istifadə edilib: “Qərənfil Dünyaminqızının kitabında yer alan yazıların motivini millətə, xalqa, tarixi dəyərlərimizə sevgi təşkil edir”.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov isə deyib ki, kitab mətbuat tariximizi oxuculara tam aydın şəkildə çatdırır: “Mətbuat hakimiyyətin 4-cü qoludur. Milli mətbuatımız ölkə başçısının Sərəncamı ilə 140 illik yubileyə hazırlaşır. Bu, böyük bayramdır. Hər bir xalqın tarixində mətbuatın özünəməxsus yeri var”.
Rektor qeyd edib ki, kitab çox peşəkarlıqla hazırlanıb: “Mən hər zaman elə “Kaspi” qəzetində onun məqalələrini izləmişəm. Buna görə Sona Vəliyevaya minnətdaram ki, ona belə gözəl imkan yaradıb. Bu kitab, eyni zamanda, tələbələr üçün mühüm dərs vəsaiti olacaq”.
Kitabın müəllifi Qərənfil Dünyaminqızı isə Mətbuat Şurasına, Bakı Dövlət Universitetinin rəhbərliyinə, xüsusilə də, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya öz minnətdarlığını bildirib: “Bu təkcə mənim uğurum yox, həm də “Kaspi”nin və “Kaspi”çilərin uğurudur. 3 ildən çoxdur ki, bu qəzetlə əməkdaşlıq edirəm və bu çərçivədə 3 kitabım artıq işıq üzü görüb”.
Daha sonra isə BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Mətbuat tarixi” kafedrasının müdiri Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və digərləri kitab haqqında öz fikirlərini bildiriblər. Qeyd edilib ki, bu kitab Azərbaycan mətbuat ənənələrini əks etdirməklə yanaşı, milli ideologiyamızın təbliğində də mühüm - mötəbər mənbə rolunu oynayacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

